Unibank Frontclear və TCX ilə növbəti valyuta hedcinq sazişi imzalayıb

Unibank Frontclear və TCX ilə növbəti valyuta hedcinq sazişi imzalayıbFrontclear Unibank KB ilə AZN/USD-də çatdırılmayan kross-valyuta svop (NDCCS) sazişini təşkil edib və strukturlaşdırıb.
"Unibank"ın yaydığı məlumatda bildirilir ki, bu saziş "Unibank"ın ABŞ dolları üzrə öhdəliklərini effektiv şəkildə manat öhdəliyinə çevirmək imkanı yaradır, bu isə bankın müştərilərinin milli valyutada maliyyələşdirilməsi imkanlarını daha da artıracaq.
NDCCS əməliyyatı Baş ISDA Müqaviləsinə əsasən sənədləşdirilib. Frontclear-ın sövdələşməni səmərəli təşkili və strukturlaşdırması ilə Azərbaycanda ləğvetmə nettinqi ilə əlaqəli olan bəzi hüquqi məsələlərə də aydınlıq gətirilib. 
"Biz Azərbaycanda daha bir ISDA törəmə əməliyyatını həyata keçirməkdən və Azərbaycanın pul bazarlarının inkişafını daha da irəli aparmaqdan məmnunuq. Bu sövdələşmə dünya bazarlarında oyunçuların Azərbaycan bazarına çıxış imkanlarını genişləndirir və ölkədə bu cür əməliyyatların hüquqi risklərini azaldır. Bizim iştirakımız Azərbaycanda bu istiqamətdə ən yaxşı təcrübələri təbliğ edir"– Andrey Şinkeviç, "Frontclear"ın baş vitse-prezidenti bildirib.
Unibank KB-nin İdarə Heyətinin sədri Faiq Hüseynov isə hesab edir ki, Frontclear və TCX kimi mötəbər təşkilatlarla əməkdaşlıq, bankın müştəriləri üçün yeni imkanlar yaradacaq: "Biz çox şadıq ki, NDCCS əməliyyatı "Unibank"ın strategiyasında mühüm hədəflərdən biri olan yerli biznesin maliyyələşdirilməsi üçün yeni fürsətlər açır. Bu müqavilə korporativ müştərilərimizi ucuz və aşağı riskli maliyyə resursları ilə təmin etmək üçün daha çox imkanlar yaradacaq. Beləliklə, Unibank real iqtisadiyyatın inkişafına dəstəyini daha da artıra biləcək".
"Biz Frontclear ilə əməkdaşlıqdan məmnunuq, çünki TCX-yə "Unibank"ın öz ABŞ dolları öhdəliklərini AZN-ə dəyişdirmək yolunu təklif etmək imkanı yaradıb. Bu təklif "Unibank"a öz müştərilərinin milli valyutada maliyyələşdirilməsi tələbini ödəməyə imkan verir. Frontclear kredit və hüquqi riskləri əhatə etdiyi üçün TCX də bu tərəfdaşlığın benefisiarıdır. Hal-hazırda TCX-nin qarşısında Fondun uzunmüddətli münasibətlərinə xidmət edən, gələcəkdə daha rahatlıqla birbaşa əlaqələrə girməsi və  tərəfdaşlarla birbaşa əlaqələr qurmaq üçün imkanlar açılır.– Jerome Pirouz, strukturlaşdırma üzrə baş vitse-prezident, TCX
Frontclear haqqında
Frontclear Amsterdam yerləşən maliyyə inkişaf inistutudur. Frontclear Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB), Hollandiyanın FMO inkişaf bankı, Financial Sector Deepening Africa (FSDA), Fransız İnkişaf Bankı Proparco, Valyuta Mübadilə Fondu (TCX) daxil olmaqla, Avropa inkişaf maliyyə institutları, Böyük Britaniyanın Xarici İşlər, Birlik və İnkişaf Ofisi (FCDO) və Almaniya İnkişaf Əməkdaşlıq Nazirliyi (BMZ) tərəfindən maliyyələşdirilir. Frontclear-ın zəmanətləri AAA reytinqli Alman İnkişaf Bankı olan KfW tərəfindən əks-zəmanət verilir. Frontclear-ın inkişaf mandatı qarşı tərəfin kredit riskini ödəmək üçün maliyyə zəmanətlərinin təmin edilməsi yolu ilə inkişaf etməkdə olan və sərhəd bazarlarında daha sabit və inklüziv maliyyə bazarlarını katalizləşdirməyə yönəlib. Frontclear həmçinin maliyyə infrastrukturunun, hüquqi mühitin, habelə yerli bazar iştirakçılarının bacarıq və potensialının inkişafı üçün texniki yardım təklif edir.
Unibank haqqında
Unibank KB ASC 1992-ci ildən fəaliyyət göstərir. Azərbaycanın iri özəl banklarından biridir. Bank paytaxtda və regionlarda geniş xidmət şəbəkəsinə malikdir. 30 ildir fəaliyyət göstərən Unibank, 1 milyondan çox fərdi və korporativ müştəriyə xidmət göstərir. Unibank uğurlu kommersiya fəaliyyətinə və sosial layihələrdə iştirakına görə beynəlxalq və yerli təşkilatlar tərəfindən çoxsaylı mükafatlara layiq görülüb. 
TCX haqqında
TCX bu cür məhsulların mövcud olmadığı və ya əlçatan olmayan 100-dən çox maliyyə bazarında uzunmüddətli valyuta svopları və forvard təklifləri təklif edən qlobal inkişaf maliyyə təşəbbüsüdür. Fond 2007-ci ildə fəaliyyətə başlayıb və o vaxtdan bəri 11 milyard ABŞ dollarından çox yerli valyuta kreditləri üçün hedcinq alətləri təqdim edib. 2021-ci ilin sonuna fondun portfeli 1,2 milyard ABŞ dolları fondun kapitalı ilə dəstəklənən 55 valyutada yayılmış 5 milyard ABŞ dolları təşkil etmişdir. TCX S&P tərəfindən tək A və Moodys tərəfindən A1 olaraq qiymətləndirilib.  /marja.az

Banklar     Tarix: 13 iyul 2022

Oxşar xəbərlər

Mərkəzi Bank maliyyə sektorunun inkişafı üzrə hədəflərinin 15 faizini icra edə bilməyib

Azərbaycan Mərkəzi Bankının 2024–2026-cı illəri əhatə edən Maliyyə Sektorunun İnkişafı Strategiyasında nəzərdə tutulan hədəf və təşəbbüslərin təxminən 85 faizi indiyədək icra olunub. xəbər verir ki, bunu Azərbaycan Mərkəz

Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib

2026-cı ilin sentyabr ayının sonuna olan məlumata görə, ölkədə bank müştərilərinin və müştəri hesablarının sayında həm aylıq, həm də illik müqayisədə artım qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının dərc etdiyi statisti

Taleh Kazımov kreditlərə dair ekspertlərin fikirlərini SƏRT TƏNQİD ETDİ - "Həmin maddəni masanın üstünə qoyun

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bank sektorunda izafi likvidliyin artmasının biznes kreditləşməsinə tətbiq edilən sərt prudensial tələblərlə əlaqələndirilməsi barədə fikirlərlə razılaşmır. xəbər veri

Bank sektorunda iri əqd tamamlandı – AccessBank və Bank Respublika birləşir

Bank Respublika və AccessBank arasında strateji əqd uğurla tamamlanıb. Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər. Əqd nəticəsində Bank Respublika AccessBank-ın səhmlərinin 100%-ni əld

PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®

PAŞA Bank kiçik və orta sahibkarların maliyyələşməyə çıxışını asanlaşdırmaq məqsədilə yeni POS Kredit məhsulunu təqdim edib. Məhsul bankın POS və mobil POS (mPOS) terminallarından istifadə edən hüquqi şəxslərə və fərdi sahibkarlar

AMB: Bank Milli İranın fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur

Bank Milli İranın Azərbaycanda fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur.  xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. Onun sözlərinə görə, Bank Milli İranın Azərbaycand

Yapı Kredi Bank Azərbaycan müştərilərinə Çinin maliyyə mərkəzi Şanxay üzərindən birbaşa köçürmə imkanı təqdim edir

"Yapı Kredi Bank Azərbaycan" QSC müştərilərinin beynəlxalq əməliyyatlarını asanlaşdırmaq və xarici ticarət üzrə ödəniş imkanlarını genişləndirmək istiqamətində fəaliyyətini davam etdirir. Bank bu məqsədlə Çini

Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var

Azərbaycanda bank sektorunun izafi likvidliyi yüksək səviyyədə qalmaqda davam edir. Bankların mövcud tənzimləyici tələblər nəzərə alındıqdan sonra kreditləşməyə yönəldə biləcəyi sərbəst vəsaitlərinin həcmi 4,6 milyard mana

Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək

"Yelo Bank" ASC-nin İdarə Heyətinin sədri və üzvlərinin vəzifəyə yenidən təyin edilməsi məsələsi səhmdarların müzakirəsinə çıxarılacaq. Bankın 2027-ci il üzrə büdcəsinin və növbəti üç ili əhatə edən strateji planını


iqtisadi xeberler internetden pul qazanmaq depozit faizleri iqtisadiyyat xeberleri bu gunun xeberleri