Unibank ötən il biznes kreditləşməsini kəskin artırıb

Unibank ötən il biznes kreditləşməsini kəskin artırıb"Unibank" KB ASC 2022-ci il ərzində biznes kreditləşməsinə xüsusi diqqət yetirib. Bankın tarixində ilk dəfə olaraq biznes kreditləri portfeli 31 dekabr 2022-ci il tarixinə 274 milyon manatı ötüb. Bu əvvəlki illə müqayisədə 32 milyon manata yaxın artım deməkdir.
Bankın yaydığı məlumatda bildirilir ki, ötən il ərzində biznes sektoruna ayrılmış kreditlərin məbləği 336 milyon manat təşkil edib. O cümlədən real sektora, kiçik, orta sahibkarlığa verilən kreditlərin həcmi 2021-ci illə müqayisədə 56% yüksəlib. Hesabat dövründə təkcə dövlət fondları hesabına maliyyələşən güzəştli kreditlərin həcmi 2021-ci illə müqayisədə 8 % artaraq 22 milyon manat olub.  Biznesə ayrılan vəsaitlərin artımı ilə yanaşı, "Unibank"ı seçən biznes sahblərinin sayı da 37% artıb. 
İllik 12.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
Biznes üzrə digər göstəricilərdə də xüsusi artımlar var. Belə ki, hesablaşma kassa əməliyyatları üzrə 32%, aktiv biznes müştəriləri sayında 40%  artım qeydə alınıb. Ötən il biznes müştəriləri hesablarında qalıq üzrə artım  65% olub. Kiçik, orta sahibkarlar üzrə kredit satış artımı 36.6%, işlək kredit portfelin artımı isə 19.1% təşkil edib. Ümumilikdə isə biznesə yönəlik məhsul və xidmətlərin əksəriyyəti avtomatlaşdırıldığından, biznes sahibləri onlayn xidmətlərə üstünlük verib. Təkcə onlayn kreditlərin satışında 2021-ci illə məbləğ olaraq müqayisədə 2022-ci ildə 92% artım var. Biznes sahibləri üçün istifadəyə verilən mobil əlavə sahibkarların bank xidmət və məhsulları ilə məsafədən təminatını bir qədər də artıracaq.  
Biznesə yönəldilən kreditlərin içərisində mikrokreditlərin xüsusi çəkisi də kəskin artıb. 2022-ci ildə mikrokedit portfelində 2021-ci illə müqayisədə 74 % artım qeydə alınıb. Əvvəlki ilə baxdıqda, 2022-ci il ərzində verilən mikrokreditlərin həcmi məbləğ olaraq 81%-dək, sayı isə 61% artıb. 2020-ci illə müqayisədə isə ötən il verilən mikrokreditlərin məbləğində 229%, sayında isə 170% artım olub.  
"Unibank"ın kiçik və mikro sahibkarlar üçün istifadəyə verdiyi avtomatlaşdırılmış kredit sistemi sahibkarların işini xeyli asanlaşdırdığından, ötən il ərzində ayrılan mikrokreditlərin böyük hissəsi  avtomatlaşdırılmış formada həyata keçirilib. 2022-ci ildə verilən kreditlərin 99%-i planşet üsulu ilə rəsmiləşdirilib. Planşetlərdə tətbiq olunan skorinq sistemi isə ötən il sahibkarların kredit almasını dəfələrlə asanlaşdırıb. Scorinqin vasitəsilə bank əməkdaşı rəqəmləri planşetə əlavə etməklə, müştərini avtomatik analiz edərək anında ona ayrılacaq kreditin məbləğini və şərtlərini təyin edə bilir.  Ötən il rəsmiləşdirilən mikrokreditlərin say baxımından 55%-i skorinq sistemi ilə verilib.   / marja.az

Banklar     Tarix: 31 yanvar 2023

Oxşar xəbərlər

Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir

Azərbaycan Mərkəzi Bankı lombardların fəaliyyətinin tənzimlənməsi ilə bağlı qanunvericilik təşəbbüsünün 2027-ci ildə təsdiqlənəcəyinə ümid edir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov oktyabrı

"Moody’s": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır

Beynəlxalq reytinq agentliyi "Moody"s Ratings" Azərbaycan banklarının kapital və likvidlik ehtiyatlarının kreditləşmənin genişləndirilməsi üçün kifayət qədər olduğunu bildirib. bu barədə reytinq agentliyin

PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®

PAŞA Bank kiçik və orta sahibkarların maliyyələşməyə çıxışını asanlaşdırmaq məqsədilə yeni POS Kredit məhsulunu təqdim edib. Məhsul bankın POS və mobil POS (mPOS) terminallarından istifadə edən hüquqi şəxslərə və fərdi sahibkarlar

Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var

Azərbaycanda bank sektorunun izafi likvidliyi yüksək səviyyədə qalmaqda davam edir. Bankların mövcud tənzimləyici tələblər nəzərə alındıqdan sonra kreditləşməyə yönəldə biləcəyi sərbəst vəsaitlərinin həcmi 4,6 milyard mana

"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə  üstələyib

"Ziraat Bank Azərbaycan" ASC-nin kapital bazarına təqdim etdiyi 15 milyon manatlıq istiqraz emissiyası investorların yüksək marağı ilə qarşılanıb. İllik 10 faiz gəlirlilik təklif edən istiqrazlara ümumilikdə 45,

"Rabitəbank"ın Müşahidə Şurası sədrinə müavin təyin edilib

Rabitəbankın Müşahidə Şurasında yeni təyinat olub. Bankın audit və korporativ idarəetmə sistemində iyirmi ildən artıq təcrübəyə malik Rəşad Abasov Müşahidə Şurası sədrinin müavini vəzifəsinə təyin edilib. O, eyni zamanda

Rabitəbank Xankəndidə sahibkarlarla görüş keçirib ®

Rabitəbank Qarabağda sahibkarlığın inkişafının dəstəklənməsi, biznes subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi və regionda dayanıqlı iqtisadi əlaqələrin qurulması istiqamətində fəaliyyətin

Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək

"Yelo Bank" ASC-nin İdarə Heyətinin sədri və üzvlərinin vəzifəyə yenidən təyin edilməsi məsələsi səhmdarların müzakirəsinə çıxarılacaq. Bankın 2027-ci il üzrə büdcəsinin və növbəti üç ili əhatə edən strateji planını

Sığorta şirkətləri üçün yeni kapital tələbləri tətbiq ediləcək – Mərkəzi Bankdan mühüm açıqlama

Azərbaycan Mərkəzi Bankı (AMB) sığorta sektorunda beynəlxalq "Solvency II" tələblərinin yaxın aylarda tətbiqini planlaşdırır. Yeni tənzimləmə çərçivəsində sığorta şirkətlərinin tələb olunan kapitalının hesablanmas


iqtisadi xeberler dollar manat kursu telefonla pul qazanmaq 1000 manatla biznes rubl mezenne