Unibank və AYİB tərəfdaşlığı yenidən başlayır: Azərbaycanda KOB-lara 10 milyon ABŞ dolları məbləğində dəstək

Unibank və AYİB tərəfdaşlığı yenidən başlayır: Azərbaycanda KOB-lara 10 milyon ABŞ dolları məbləğində dəstək®Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) "Unibank Kommersiya Bankı" ASC-yə 10 milyon ABŞ dolları məbləğində kredit ayırıb. Yerli valyutada təqdim olunan bu kredit vəsaiti Azərbaycandakı mikro, kiçik və orta sahibkarlıq subyektlərinin (MKOB) maliyyələşdirilməsinə yönəldiləcək.
Bu əməkdaşlıq AYİB ilə Unibank arasında tərəfdaşlığın bərpasını ifadə etməklə yanaşı, Azərbaycanda özəl sektorun inkişafı üçün əhəmiyyətli bir mərhələ sayılır. Əməliyyatın məqsədi güclü və çevik maliyyə tərəfdaşı olan Unibank vasitəsilə ölkədəki KOB-ların rəqabət qabiliyyətini artırmaq, onların maliyyə resurslarına çıxış imkanlarını genişləndirməkdir.
Kredit vəsaitinin ayrılması ilə bağlı imzalanma mərasimində bildirilib ki, AYİB bununla yanaşı, "Unibank"ın MKOB-lar üzrə kredit strategiyası, məhsulları və monitorinq mexanizmlərinin inkişafına dəstək göstərəcək. Bu proses çərçivəsində bankda ekoloji və sosial idarəetmə sisteminin formalaşdırılması da nəzərdə tutulur.
"Unibank"ın İdarə Heyəti sədrinin müavini Heybət Qədirov bildirib: " Avropa Yenidənqurma və İnkişaf Bankı ilə Unibank arasında əməkdaşlığın tarixi uzun illərə dayanır. Biz çox məmnunuq ki, bu faydalı əməkdaşlıq yenidən başlayır. Unibank olaraq KOB sektorunun inkişafını və ölkədə dayanıqlı iqtisadi artımı prioritet istiqamətlərimizdən biri hesab edirik. Bu əməkdaşlıq bizə sahibkarlara daha çox maliyyə dəstəyi göstərmək imkanı yaradacaq. Cəlb olunan vəsait "Unibank"ın KOB kreditləşməsi üzrə strategiyasını daha da gücləndirəcək və ölkə iqtisadiyyatının şaxələndirilməsinə töhfə verəcək."
AYİB-in Azərbaycandakı rəhbəri Natali Mouravidze bildirib:
"Unibank kimi sistem əhəmiyyətli bir maliyyə tərəfdaşımızla əməkdaşlığımızı yenidən başlatmaqdan məmnunuq. Bu kimi razılaşmalar ölkə iqtisadiyyatı üçün olduqca önəmlidir. Təqdim olunan bu maliyyə paketi ilə biz həm yerli bizneslərin inkişafına dəstək oluruq, həm də ölkənin maliyyə sektorunun kreditvermə potensialını gücləndiririk."
Unibank haqqında:
Unibank KB ASC Azərbaycanın aparıcı kommersiya banklarından biridir. Bank həm fiziki, həm də hüquqi şəxslərə geniş spektrli bank xidmətləri təqdim edir. Rəqəmsal bankçılıq və sahibkarlığın dəstəklənməsi sahəsində tanınan Unibank, beynəlxalq maliyyə institutları ilə əməkdaşlıq etməklə yerli bizneslər üçün yeni imkanlar yaradır.
AYİB haqqında
Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) isə Azərbaycanda aparıcı institusional investorlardan biri olmaqla, bu günədək ölkə üzrə demək olar ki, 200 layihəyə 4 milyard avroya yaxın sərmayə qoyub. Bankın yenilənmiş ölkə strategiyası qeyri-neft sektorunun və yaşıl iqtisadiyyatın inkişafını hədəfləyir.
Unibank və AYİB tərəfdaşlığı yenidən başlayır: Azərbaycanda KOB-lara 10 milyon ABŞ dolları məbləğində dəstəkUnibank və AYİB tərəfdaşlığı yenidən başlayır: Azərbaycanda KOB-lara 10 milyon ABŞ dolları məbləğində dəstək/ banker.az

Banklar     Tarix: 01 may 2025

Oxşar xəbərlər

Nağdsız ödənişlərin artım tempi zəifləyib – Elektron ticarətdə isə geriləmə var

Azərbaycanda dövriyyədə olan ödəniş kartlarının sayı artmaqda davam edir. 2026-cı ilin sentyabr ayının sonuna banklar və "Azərpoçt" MMC üzrə dövriyyədə olan ödəniş kartlarının sayı 23 milyon 388 min ədədə çatıb

"PAŞA Kapital" "Ziraat Bank Azərbaycan"ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib

Azərbaycanın kapital bazarlarının liderlərindən biri olan "PAŞA Kapital" İnvestisiya Şirkəti növbəti korporativ istiqraz emissiyasının yerləşdirilməsini uğurla tamamlayıb. Belə ki, "Ziraat Bank Azərbaycan"

"Moody’s": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır

Beynəlxalq reytinq agentliyi "Moody"s Ratings" Azərbaycan banklarının kapital və likvidlik ehtiyatlarının kreditləşmənin genişləndirilməsi üçün kifayət qədər olduğunu bildirib. bu barədə reytinq agentliyin

Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı

Azərbaycanda bank müştəriləri kartlarına pul qəbul etmək üçün müəyyənləşdirilmiş gündəlik və aylıq limitlərin artırılmasını istəyə bilərlər. Bunun üçün əməliyyatların məqsədi banka izah edilməli, müraciət əsaslandırılmalıdır

AMB: Bank Milli İranın fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur

Bank Milli İranın Azərbaycanda fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur.  xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. Onun sözlərinə görə, Bank Milli İranın Azərbaycand

İcbari Sığorta Bürosu "We Invest in People – Silver" beynəlxalq akkreditasiyasına layiq görülüb

İcbari Sığorta Bürosu (İSB) insan kapitalının idarə edilməsi, təşkilati mədəniyyətin inkişafı, liderlik, əməkdaşların motivasiyası və peşəkar inkişafı sahəsində tətbiq etdiyi idarəetmə təcrübələrinin beynəlxalq qiymətləndirilməs

Kredit ittifaqlarının vəziyyəti pisləşir: Aktivlər, kreditlər və kapital kəskin azalıb

Azərbaycanda fəaliyyət göstərən kredit ittifaqlarının maliyyə göstəricilərində geriləmə davam edir. 2026-cı ilin sentyabr ayının sonuna sektorun aktivləri, kredit portfeli və kapitalı ötən ilin eyni dövrü ilə müqayisədə əhəmiyyətl

Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar

Dövlət Bankı Azər Türk Bank atb360 mobil tətbiqini yeniləyərək müştərilərinə daha geniş rəqəmsal bankçılıq imkanları təqdim edir. Yenilənmiş dizaynı, optimallaşdırılmış fəaliyyəti və əlavə funksiyaları ilə atb360 istifadəçiləri

İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir

Azərbaycanda İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən ipoteka kreditləri ilə bağlı qaydalara dəyişiklik edilib. Yeniliklər həm kredit götürə biləcək şəxslərə, həm də müraciət prosesinə aiddir. xəbər veri


iqtisadi xeberler biznes xeberleri dollarin kursu bu gun bitcoin internetden pul qazanmaq