Unibank Zəngilanın Ağalı kəndində sosial layihə həyata keçirib
®Korporativ sosial məsuliyyət "Unibank"ın brend strategiyasında əsas istiqamətlərdən biridir. Bank fəaliyyət göstərdiyi 30 il ərzində müxtəlif sahələrdə sosial layihələr həyata keçirib. Torpaqlarımızın işğaldan azad olunmasından sonra isə şəhid və qazı ailələrinə dəstək, eləcə də Qarabağ mövzusu bankın əsas KSM istiqamətinə çevrilib. Bank bu istiqamətdə növbəti layihəsini işğaldan azad olunmuş torpaqlarımızda- Zəngilanın Ağalı kəndində reallaşdırıb. Unibank Ağalı kənd məktəbinin şagirdlərinə evlərində dərslərini daha rahat şəraitdə hazırlamaları üçün yazı masası dəsti hədiyyə edib. 80-dən çox şagird yazı masası dəsti ilə təmin olunub. Bank əməkdaşları məktəb kollektivi ilə görüşdə məktəbin kitabxanasına kitab dəstləri də təqdim ediblər.
Unibank KB ASC 1992-ci ildən fəaliyyət göstərir. 30 illik fəaliyyəti dövründə Bank uğurlu kommersiya fəaliyyətinə və sosial layihələrdə iştirakına görə beynəlxalq və yerli təşkilatlar tərəfindən çoxsaylı mükafatlara layiq görülüb.
Unibank-Sənin Bankın! / banker.az

PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
"Rabitəbank"ın Müşahidə Şurası sədrinə müavin təyin edilib
Pekində Azərbaycan dili üçün yeni rəqəmsal resurs yaradılıb — istifadə pulsuzdur
Rabitəbank Xankəndidə sahibkarlarla görüş keçirib ®
Bank sektorunda iri əqd tamamlandı – AccessBank və Bank Respublika birləşir
Expressbank Bərdədə 300 ağac əkib
Kino biletləri də ABB mobile tətbiqində
Dövlət şirkətlərinin idarəetmə orqanlarının üzvlərinin mükafatlandırılması qaydası dəyişib
SMM nədir?
Dizaynerlər üçün TOP-5 Freelance sayt
"Coca-Cola" haqqında 5 maraqlı fakt
Dünyanın əh bahalı brendləri - TOP-10
Startup nədir və necə olur?