Unibankın aktivləri 2 milyard manatı keçib

Unibankın aktivləri 2 milyard manatı keçibUnibank Kommersiya Bankı 2025-ci ilin maliyyə nəticələrini açıqlayıb. Bank hesabat dövründə ölkənin real iqtisadiyyatına töhfənin artırılması, nağdsız dövriyyənin yüksəldilməsi, rəqəmsallaşma və müştəri bazasının genişlənməsi sahələrində mühüm nəticələr əldə edib.
Hesabat dövründə nağdsız əməliyyatların həcmində və sayında yüksək artım qeydə alınıb. Əvvəlki ilin eyni dövrü ilə müqayisədə nağdsız əməliyyatların həcmi 22%, sayı isə 29 % artıb. İlin sonuna nağdsız əməliyyatların həcmi 15 milyard manatı, sayı isə 465 milyonu ötüb.
Bankın müştəri bazası ötən ilin eyni dövrü ilə müqayisədə 14 % artdığı üçün ümumi müştəri sayı 2,3 milyon nəfəri keçib. 2024-cü ilin sonu ilə müqayisədə sahibkar müştərilərin sayı 38 %, hüquqi şəxslərin sayı isə 14 %-dək artıb.
Dövr ərzində depozit portfeli də sabit artım nümayiş etdirib və ümumi depozit portfelinin həcmi 1 milyard 377 milyon manatı ötüb.
Hesabat dövrünə bankın məcmu gəlirlərinin cəmi 398 milyon manata çatıb. Bu əvvəlki ilin eyni dövrü ilə müqayisədə 43 milyon manat artım deməkdir. Bu dövrə əməliyyat mənfəəti 70 milyon manat olub, xalis mənfəət isə  25,8 milyon manat təşkil edib.
Bankın kapital və aktiv bazasında yüksək artım qeydə alınıb. Məcmu kapital 30 % artaraq, 230 milyon manata çatıb, aktivlərin həcmi isə 373 milyon manat artaraq 2,1 milyard manatı ötüb.
İl ərzində bank kapital adekvatlılığı əmsalını xeyli yüksəldib. Bu göstərici 31 dekabr 2025-ci il tarixə 14,14 % təşkil edib.
Unibank KB ASC-nin İdarə Heyəti sədrinin vəzifəsini müvəqqəti icra edən Heybət Qədirov bildirib ki, 2025-ci il bank  üçün əhəmiyyətli və strateji baxımdan xüsusi bir il olub: Bottom of Form
"Əldə etdiyimiz maliyyə nəticələri doğru istiqamətdə irəlilədiyimizi aydın şəkildə göstərir. Ötən il bizim üçün yalnız uğurlu göstəricilərlə deyil, eyni zamanda bir strateji dövrün yekun hesabat ili kimi yadda qaldı.
2026-cı il isə bankımız üçün yeni və daha iddialı bir mərhələnin başlanğıcı olacaq. Bu il, qəbul etdiyimiz yeni 3 illik strategiyanın ilk ilidir və qarşımıza daha böyük hədəflər qoymuşuq. Bu dövrdə bank bazarında yeniliklərə imza atmaq, müştərilərimiz üçün daha çevik, daha müasir məhsul və xidmətlər təqdim etmək, həmçinin bankçılığa yanaşmamızı müasir tələblərə uyğun şəkildə yeniləmək əsas prioritetlərimiz olacaq.
Biz inanırıq ki, güclü və stabil maliyyə bazası, aydın strategiya və müştəriyönümlü yanaşma 2026-cı ili bankımız üçün yeni inkişaf imkanları ilə zəngin bir il edəcək."
Hesabat dövründə Bankın strateji hədəflərinə uyğun olaraq biznes kreditlərinin həcmi əhəmiyyətli dərəcədə artaraq, ümumi kredit portfelində payını yüksəltməkdə davam edib.  Belə ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə biznes kreditlərinin həcmi 27%-dən çox artaraq, 555 milyon manata yaxınlaşıb. Biznes portfelin tərkibində kiçik biznesə verilmiş kreditlərin də payında ciddi artım olub. 2024-cü ilin sonu ilə müqayisədə bu kreditlərin portfeldəki payında 53 %-lik artım qeydə alınıb. Bankın ümumi kredit portfelində əvvəlki ilin uyğun dövrü ilə müqayisədə qeydə alınan artım isə 150 milyon manat təşkil edib və kredit portfeli 1,3 milyard manatı ötüb.
Unibank – Sənin Bankın! / banker.az

Banklar     Tarix: 14 yanvar 2026

Oxşar xəbərlər

İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir

Azərbaycanda İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən ipoteka kreditləri ilə bağlı qaydalara dəyişiklik edilib. Yeniliklər həm kredit götürə biləcək şəxslərə, həm də müraciət prosesinə aiddir. xəbər veri

AMB: Bank Milli İranın fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur

Bank Milli İranın Azərbaycanda fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur.  xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. Onun sözlərinə görə, Bank Milli İranın Azərbaycand

Hər 100 manatdan 71 manatı ödənişə gedib - Azərbaycanda sığorta ödənişləri kəskin artıb

Azərbaycanda sığorta bazarında ödənişlərin artım tempi sığorta haqlarının artım tempini xeyli üstələyib. Azərbaycan Mərkəzi Bankının statistik məlumatlarına istinadən xəbər verir ki, 2026-cı ilin yanvar–sentyabr aylarınd

Nağdsız ödənişlərin artım tempi zəifləyib – Elektron ticarətdə isə geriləmə var

Azərbaycanda dövriyyədə olan ödəniş kartlarının sayı artmaqda davam edir. 2026-cı ilin sentyabr ayının sonuna banklar və "Azərpoçt" MMC üzrə dövriyyədə olan ödəniş kartlarının sayı 23 milyon 388 min ədədə çatıb

Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib

Bir ekosistemi Qarabağın bərpası və yenidən qurulmasına verdiyi töhfələri genişləndirərək, doğma yurdlarına qayıdan vətəndaşların peşəkar inkişafını və əmək bazarına inteqrasiyasını dəstəkləyən yeni təşəbbüsə start verib

Kredit ittifaqlarının vəziyyəti pisləşir: Aktivlər, kreditlər və kapital kəskin azalıb

Azərbaycanda fəaliyyət göstərən kredit ittifaqlarının maliyyə göstəricilərində geriləmə davam edir. 2026-cı ilin sentyabr ayının sonuna sektorun aktivləri, kredit portfeli və kapitalı ötən ilin eyni dövrü ilə müqayisədə əhəmiyyətl

Taleh Kazımov kreditlərə dair ekspertlərin fikirlərini SƏRT TƏNQİD ETDİ - "Həmin maddəni masanın üstünə qoyun

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bank sektorunda izafi likvidliyin artmasının biznes kreditləşməsinə tətbiq edilən sərt prudensial tələblərlə əlaqələndirilməsi barədə fikirlərlə razılaşmır. xəbər veri

Süd vəzi xərçənginə qarşı necə sığortalanmaq olar? ®

Bu xəstəliklə mübarizədə erkən diaqnostika və vaxtında müalicə mühüm rol oynayır. Çünki süd vəzi xərçəngi dünyada qadınlar arasında ən geniş yayılmış onkoloji xəstəlikdir. Ümumdünya Səhiyyə Təşkilatı süd vəzi xərçəngini müasi

Bank sektorunda son vəziyyət - YENİ GÖSTƏRİCİLƏR AÇIQLANDI

30 sentyabr 2026-cı il tarixinə fəaliyyət göstərən 21 bankın filiallarının sayı 507, şöbələrinin sayı 80, ATM-lərin sayı 3,500 olmuşdur. Bank sektorunda çalışanların sayı 27,775 nəfər təşkil etmişdir. Bu barədə Azərbayca


iqtisadi xeberler birbank pul qazanmaq dollarin kursu bu gun valyuta xeberleri