"Unibank"ın depozitləri böyüyüb, faiz xərcləri artıb

"Unibank KB" ASC-nin depozit portfelinin həcmi 2023-cü ilin ilk yarımilində artmaqla 1 mlrd. üzərinə çıxıb ki, bu da bankın faiz xərclərini yüksəldib.
Banker.az xəbər verir ki, bu barədə bankın rüblük hesabatında qeyd edilir.
Bankın depozit portfeli qeyd edilən müddət ərzində 114.62 mln. manat və ya 11.6% artımla 1 mlrd. 104.37 mln. manata yüksəlib.
Bank 2023-cü ilin ilk yarısında depozitlər üzrə müştərilərinə 13.04 mln. manat faiz ödənişləri edib. Bu, illik 18% artımdır.
Qeyd edək ki, "Unibank" fiziki şəxslərin manatda depozit yerləşdirmələri üçün TOP3 ən yuxarı illik faiz gəliri təklif edən bankdır. Banker.az-ın bank məhsulları üçün nəzərdə tutulan kredit.banker.az bölməsindəki monitorinqə əsasən bank iyulun əvvəlində müddətli manat əmanətləri üçün illik 10.5% gəlirlilik təklif edir. Bununla bağlı iyul sayındakı tam siyahı ilə tanış olmaq olar.
Bank depozitlərinin 76%-i və ya 838.21 mln. manatı fiziki şəxslərdən, qalan 266.17 mln. manatı isə hüquqi şəxslərdən cəlb edilmiş depozitlər olub.
Bankın "likvidlik riski" ilə bağlı təqdim etdiyi göstəricilərdə bildirilir ki, müştərilərin bu bankda 490.03 mln. manatı ani (tələbli) depozitlər və qalan 614.35 mln. manatı isə müddətli depozitlərdir. Müddətli depozitlərin böyük hissəsi bir ildən aşağıdır. Belə ki, depozitlərin 561.61 mln. manatı 1 ildən aşağı olan hissəsidir.
Bankın "valyuta riski" ilə bağlı şərhindən isə məlum olur ki, cəlb edilmiş depozitlərin 825.3 mln. manatı milli valyutada, 178.01 mln. manat ekvivalenti ABŞ dollarında, 88.43 mln. dollar ekvivalenti isə avrodadır.
Burada manatda olan depozitlərin 500.16 mln. manatı müddətli və 325.14 mln. manatı isə tələblidir.

Banklar     Tarix: 27 iyul 2023

Oxşar xəbərlər

Taleh Kazımov kreditlərə dair ekspertlərin fikirlərini SƏRT TƏNQİD ETDİ - "Həmin maddəni masanın üstünə qoyun

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bank sektorunda izafi likvidliyin artmasının biznes kreditləşməsinə tətbiq edilən sərt prudensial tələblərlə əlaqələndirilməsi barədə fikirlərlə razılaşmır. xəbər veri

Süd vəzi xərçənginə qarşı necə sığortalanmaq olar? ®

Bu xəstəliklə mübarizədə erkən diaqnostika və vaxtında müalicə mühüm rol oynayır. Çünki süd vəzi xərçəngi dünyada qadınlar arasında ən geniş yayılmış onkoloji xəstəlikdir. Ümumdünya Səhiyyə Təşkilatı süd vəzi xərçəngini müasi

Bank sektorunda son vəziyyət - YENİ GÖSTƏRİCİLƏR AÇIQLANDI

30 sentyabr 2026-cı il tarixinə fəaliyyət göstərən 21 bankın filiallarının sayı 507, şöbələrinin sayı 80, ATM-lərin sayı 3,500 olmuşdur. Bank sektorunda çalışanların sayı 27,775 nəfər təşkil etmişdir. Bu barədə Azərbayca

İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir

Azərbaycanda İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən ipoteka kreditləri ilə bağlı qaydalara dəyişiklik edilib. Yeniliklər həm kredit götürə biləcək şəxslərə, həm də müraciət prosesinə aiddir. xəbər veri

ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb

ABŞ-ın bankçılıq və investisiya xidmətləri sahəsində fəaliyyət göstərən "JPMorgan Chase" bankı Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində varlı müştərilərə xidmət göstərmək üçün yeni özəl bankçılıq filialı açıb

"Rabitəbank"ın Müşahidə Şurası sədrinə müavin təyin edilib

Rabitəbankın Müşahidə Şurasında yeni təyinat olub. Bankın audit və korporativ idarəetmə sistemində iyirmi ildən artıq təcrübəyə malik Rəşad Abasov Müşahidə Şurası sədrinin müavini vəzifəsinə təyin edilib. O, eyni zamanda

"Kredit Evi" 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır

"Kredit Evi" ASC 15 milyon 300 min manat dəyərində daşınmaz əmlakın alınması ilə bağlı qərar qəbul edib. xəbər verir ki, qərar şirkətin səhmdarlarının 23 oktyabr 2026-cı il tarixində keçirilmiş növbədənkənar ümum

"PAŞA Kapital" "Ziraat Bank Azərbaycan"ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib

Azərbaycanın kapital bazarlarının liderlərindən biri olan "PAŞA Kapital" İnvestisiya Şirkəti növbəti korporativ istiqraz emissiyasının yerləşdirilməsini uğurla tamamlayıb. Belə ki, "Ziraat Bank Azərbaycan"

Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı

Azərbaycanda bank müştəriləri kartlarına pul qəbul etmək üçün müəyyənləşdirilmiş gündəlik və aylıq limitlərin artırılmasını istəyə bilərlər. Bunun üçün əməliyyatların məqsədi banka izah edilməli, müraciət əsaslandırılmalıdır


iqtisadi xeberler bitkoin almaq valyuta xeberleri biznes krediti en son xeberler