Unibankın kapitalı 31 milyon manat artıb

Unibankın kapitalı 31 milyon manat artıbUnibank 2022-ci il ərzində nəzərdə tutulan kapitallaşma prosesini uğurla başa çatdırıb.
Unibankın yaydığı məlumatda bildirilir ki, Bank kapitallaşmanı nəzərdə tutulan proqrama uyğun, investisiya qiymətli kağızlarının həm səhm, həm də subordinasiya borcu olan istiqraz buraxılışı formasında həyata keçirərək, Bakı Fond Birjasında kütləvi təklif üsulu ilə yerləşdirilməsi nəticəsində kapitalını ümumilikdə 31 milyon manata yaxın artırıb.
İllik 12.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
Hər iki komponent üzrə nəzərdə tutulan kapital artımı il ərzində mərhələli şəkildə həyata keçirilib və 2022-ci ilin sonunda uğurla yekunlaşıb. 
Kapitallaşma prosesinin başa çatması nəticəsində bankın təkcə nizamnamə kapitalı 19 milyon manata yaxın artaraq, hazırda 149 milyon 386 min 358 manat təşkil edir. Bank tərəfindən investisiya qiymətli kağızı olan istiqrazların buraxılışı ilə reallaşan ikinci komponent üzrə kapital artımı isə 12 milyon 200 min manat olub. 
Hazırda bankın nominal dəyəri 2,72 manat olan adi adlı, səs hüququ verən sənədsiz səhmlərinin sayı 54 921 455 ədəddir. 
Kapitallaşmanın artırılması bankın uğurlu inkişafını dəstəkləmək, innovativ bankçılıq həllərinin tətbiqində liderliyi qorumaq, sahibkarlıq subyektlərinin maliyyələşmə imkanlarını artırmaq və müştərilərə yeni rəqəmsal məhsul və xidmətlərin təqdim edilməsinə xidmət edir. Uğurla yekunlaşdırılan kapitallaşma prosesi bankın davamlı inkişafına da öz təsirini göstərib. Ötən il ərzində "Unibank"ın aktivlərinın həcmində 35%-dən çox artım qeydə alınıb.  / marja.az

Banklar     Tarix: 06 yanvar 2023

Oxşar xəbərlər

"PAŞA Bank" yarımillik nəticələrini açıqladı - Aktivləri 10 milyard manata yaxınlaşıb

PAŞA Bank 2026-cı ilin ilk yarısının maliyyə və biznes nəticələrini mətbuat konfransında açıqlayıb. Bu, Bankın Azərbaycanda özəl bank sektorunda ilk IPO-nu uğurla başa çatdırmasından sonra keçirdiyi ilk mətbuat konfrans

"Kapital Bank"ın işçi sayı 6 minə yaxınlaşıb

"Kapital Bank" ASC 2026-cı ilin ilk yarısı üzrə işçi heyətinin rüblük dinamikasını açıqlayıb. bu barədə bankın yarımillik hesabatına istinadən xəbər verir. 2026-cı ilin yanvarın 1-nə olan məlumata görə bankda

ING AMB-nin uçot dərəcəsinin 6,5% səviyyəsində saxlanılacağını gözləyir

Azərbaycan Mərkəzi Bankının gələn çərşənbə günü keçiriləcək növbəti iclasında uçot dərəcəsini 6,5 faiz səviyyəsində saxlayacağı gözlənilir. Niderlandın ING bank qrupunun analitik icmalında bildirilib ki, Azərbaycanın Mərkəz

"Bundan sonra da bank birləşməsi olacaqsa, ancaq və ancaq şad olarıq"

"PAŞA Bank" ASC son vaxtlar sektorda baş verən konsolidasiyanı bazarda daha güclü rəqiblərin olması baxımından dəstəkləyir. XBunu Bankın İdarə Heyətinin sədr müavini Bəhruz Nağıyev I yarımilin yekunlarına həsr olunmu

Azərbaycanın Gürcüstana investisiyası 48% artıb

Azərbaycanın Gürcüstan iqtisadiyyatına yönəltdiyi birbaşa investisiyaların həcmi 2026-cı ilin ilk yarısında illik müqayisədə 47,7% artaraq 114 milyon dollara çatıb. Ötən ilin eyni dövründə bu göstərici 77,1 milyon dolla

Bank of Baku subordinasiya istiqrazları buraxmağa hazırlaşır – səhmdarlar növbədənkənar toplanır

"Bank of Baku" ASC subordinasiya borc öhdəlikləri kimi istiqrazların emissiyasını müzakirəyə çıxarır. xəbər verir ki, bankın səhmdarlarının növbədənkənar ümumi yığıncağı 18 sentyabr 2026-cı il tarixində, saat 10:00-d

ABB İnnovasiya Pirallahı Yüksək Texnologiyalar Parkının rezidenti statusunu əldə etdi

ABB İnnovasiya şirkəti Pirallahı Yüksək Texnologiyalar Parkının rezidenti statusunu əldə edib. Bu status şirkətə texnoloji məhsulların inkişafı, kommersiyalaşdırılması, eləcə də yerli və qlobal bazarlarda təqdim edilməs

"Sizin Lombard" ödənişləri "M10"-da ®

Sizin Lombard müştərilərinin Lombard krediti ödəniş prosesini daha rahat və operativ etmək məqsədilə yeni ödəniş imkanını istifadəyə verib. Artıq müştərilər kredit ödənişlərini M10 vasitəsilə, evdən çıxmadan, rahat həyat

Azərbaycanın turizmdən gəlirləri 21% azalıb – İlk yarımildə 748 mln. dollar

Azərbaycanın turizm xidmətləri üzrə dövriyyəsi 2026-cı ilin ilk altı ayında illik müqayisədə 14,7% azalaraq 1,4 milyard dollar təşkil edib. Buna baxmayaraq, ölkənin turizm xidmətləri üzrə gəlirləri xərclərini üstələyib v


iqtisadi xeberler bitkoin almaq iqtisadiyyat xeberleri bitcoin internetden pul qazanmaq