"Unibank"ın xalis mənfəəti 12 dəfəyə yaxın artıb - BANKIN SON VƏZİYYƏTİ

"Unibank Kommersiya Bankı" ASC 2023-cü ilin birinci yarısını (yanvar-iyun) 9 milyon 202 min manat xalis mənfəət ilə başa vurub. Bank ötən ilin eyni dövrünü 790 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, "Unibank"ın xalis mənfəəti 2023-cü ilin birinci yarısında 2022-ci ilin birinci yarısı ilə müqayisədə 8 milyon 412 min manat və ya 11,6 dəfə artıb. Xalis mənfəətin artması gəlirlərin artmasından qaynaqlanır.
6 AYLIQ FAİZ GƏLİRLƏRİ 100 MİLYON MANATDAN ÇOXDUR
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.99%-dən
Marja.az xəbər verir ki, "Unibank"ın faiz gəlirləri 2023-cü ilin birinci yarısında 2022-ci ilin birinci yarısı ilə müqayisədə 24 milyon 582 min manat və ya 32,6%  artaraq 100 milyon 68 min manat, qeyri-faiz gəlirləri isə 24 milyon 15 min manat və ya 2 dəfə artaraq 48 milyon 271 min manat təşkil edib.
ƏMƏLİYYAT MƏNFƏƏTİ 3,5 DƏFƏ ARTIB
2023-cü ilin birinci yarısında "Unibank"ın cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 148 milyon 339 min manat, cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 120 milyon 156 min manat, gəlirlər xərcləri üstələdiyindən əməliyyat mənfəəti 28 milyon 183 min manat təşkil edib. Bank əməliyyat mənfəətindən 18 milyon 982 min manat mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara ayırıb.
Müqayisə üçün qeyd edək ki, ötən ilin birinci yarısında "Unibank"ın əməliyyat mənfəəti 8 milyon 150 min manat təşkil etmidi və 7 milyon 361 min manat mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara ayırmışdı.
CƏMİ AKRİVLƏRİ 1,5 MİLYARD MANATI KEÇİB
"Unibank"ın cəmi aktivləri ötən ilin sonu ilə müqayisədə 2023-cü ilin birinci yarısında 119 milyon 907 min manat və ya 8,3% artaraq 30 iyun 2023-cü il tarixində 1 milyard 560 milyon 550 manat təşkil edib.
KREDİT PORTFELİ İLK DƏFƏ 1 MİLYARD MANATI AŞIB
"Unibank"ın kredit portfeli (müştərilərə verilmiş kreditlər) ötən ilin sonu ilə müqayisədə 2023-cü ilin birinci yarısında 115 milyon 856 min manat və ya 13% artaraq1 milyard 5 milyon 449 min manata çatıb. O cümlədən, Bankın istehlak kreditləri portfeli 70 milyon 899 min manat artaraq 618 milyon 104 min manata, biznes kreditləri portfeli 36 milyon 637 min manat artaraq 310 milyon 962 min manata, ipoteka kreditləri portfeli 8 milyon 320 min manat artaraq 76 milyon 382 min manata yüksəlib.
"Unibank"da  depozitlər 2023-cü ilin birinci yarısında 2022-ci ilin sonu ilə müqayisədə 114 milyon 628 min manat və ya 11,6% artaraq 1 milyard 104 milyon 372 min manata çatıb.
30 İyun 2023-cü il tarixində "Unibank" 139 milyon 574 min manat məcmu kapitala malik olub.

Banklar     Tarix: 25 iyul 2023

Oxşar xəbərlər

"PAŞA Kapital" "Ziraat Bank Azərbaycan"ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib

Azərbaycanın kapital bazarlarının liderlərindən biri olan "PAŞA Kapital" İnvestisiya Şirkəti növbəti korporativ istiqraz emissiyasının yerləşdirilməsini uğurla tamamlayıb. Belə ki, "Ziraat Bank Azərbaycan"

Bank sektorunda son vəziyyət - YENİ GÖSTƏRİCİLƏR AÇIQLANDI

30 sentyabr 2026-cı il tarixinə fəaliyyət göstərən 21 bankın filiallarının sayı 507, şöbələrinin sayı 80, ATM-lərin sayı 3,500 olmuşdur. Bank sektorunda çalışanların sayı 27,775 nəfər təşkil etmişdir. Bu barədə Azərbayca

Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib

2026-cı ilin sentyabr ayının sonuna olan məlumata görə, ölkədə bank müştərilərinin və müştəri hesablarının sayında həm aylıq, həm də illik müqayisədə artım qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının dərc etdiyi statisti

Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"

Xarici bankların Azərbaycana gəlməsində maraqlıyıq. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov deyib. Onun sözlərinə görə, AMB-nin xarici bankların Azərbaycana gəlməsində maraqlı olmaması fikri yanlış yanaşmadır

Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı

Azərbaycanda bank müştəriləri kartlarına pul qəbul etmək üçün müəyyənləşdirilmiş gündəlik və aylıq limitlərin artırılmasını istəyə bilərlər. Bunun üçün əməliyyatların məqsədi banka izah edilməli, müraciət əsaslandırılmalıdır

Mərkəzi Bank BOKT-lar üçün yeni gəlir mənbələri yaratmağı planlaşdırır

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) fəaliyyət imkanlarının genişləndirilməsi məqsədilə qanunvericiliyə dəyişikliklər üzərində işləyir. Bunu AMB-nin Bank Olmayan Kredit Təşkilatların

"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"

Azərbaycanda bankların 4 milyard 600 milyon manat sərbəst vəsaitinin olmasına baxmayaraq, kredit bazarında, xüsusilə biznes kreditləşməsi sahəsində tələbin zəifliyi müşahidə edilir. Nəticədə banklar yeni borcalanlar tapma

ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur

ABB-nin ("Azərbaycan Beynəlxalq Bankı" ASC) Bakı Fond Birjasında (BFB) ticarət olunan  səhmlərinin nominal qiymətdən yuxarı səviyyədə ticarəti davam edir. BFB-nin 28 oktyabr 2026-cı il tarixinə olan məlumatların

Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək

"Yelo Bank" ASC-nin İdarə Heyətinin sədri və üzvlərinin vəzifəyə yenidən təyin edilməsi məsələsi səhmdarların müzakirəsinə çıxarılacaq. Bankın 2027-ci il üzrə büdcəsinin və növbəti üç ili əhatə edən strateji planını


iqtisadi xeberler birbank bitcoin bitcoin qiymeti dollar mezenne