USAID və​ Caspian Energy Club əməkdaşlıq etmək haqqında - RAZILIĞA GƏLİB

USAID və​ Caspian Energy Club əməkdaşlıq etmək haqqında - RAZILIĞA GƏLİBUSAID və​ Caspian Energy Club əməkdaşlıq etmək haqqında razılığa gəlib. 
FED.az xəbər verir ki, "USAID və​ Caspian Energy Club əməkdaşlığa başlayır"—​ bu barədə "Caspian Energy Club"-un sədri və baş icraçı direktoru Telman Əliyev məlumat verib.​
Telman Əliyevin sözlərinə görə, "USAID" çox nüfuzlu təşkilatdır və biz sizinlə əməkdaşlığa başladığımız üçün şadıq.
Bu razılaşma Özəl Sektorun İnkişafına Dəstək Layihəsi (PSA) çərçivəsində həyata keçiriləcək və "Caspian Energy Club" ilə "USAID" arasında əməkdaşlığın yeni istiqamətinin əsasını qoyacaq. Bu da öz növbəsində sosial xarakterli tədbirlər keçirməyə imkan verəcək, həmçinin, "Caspian Energy Club"-un regionlarda keçirdiyi tədbirlərin spektrini daha da genişləndirəcək. Əməkdaşlığın prioritetini biz kiçik və orta biznes sahəsində, aqrosənaye sektorunda,​ gender bərabərliyi və təhsil məsələləri istiqamətində birgə layihələrin və tədbirlərin həyata keçirilməsində görürük. Bundan üçün biz daha çox sayda forum, meetup, dəyirmi masa, seminar və treninqlər təşkil edəcəyik. Biz dəstəyə​ və​ iştiraka görə​ "USAID Azerbaijan"-ın rəhbərliyinə və komandasına təşəkkür edirik. Əminik ki, əməkdaşlığımız ən yaxın zamanda öz bəhrəsini verəcək".​
USAID-in Özəl Sektorun İnkişafı Layihəsi (PSA) (2019-2024) Azərbaycan iqtisadiyyatının dayanıqlığını gücləndirmək və əlverişli biznes mühitini yaxşılaşdırmaq məqsədi ilə birgə investisiyaların yatırılmasına və tərəfdaşlıqların qurulmasına şərait yaradır. Layihənin məqsədi Azərbaycanda özəl sektorun rəqabətliliyini (əsas diqqəti kənd təsərrüfatının inkişafına və kənd yerlərində iqtisadi fəaliyyətə yönəltməklə) və biznesə dəstək xidmətlərinin potensialını gücləndirmək, eləcə də mikro, kiçik və orta sahibkarlığın inkişafını yubadan inzibati maneələri aradan qaldırmaqdır. PSA layihəsi qadınların rəhbərlik etdiyi müəssisələri, peşəkar assosiasiyaları və onların üzvlərini bir araya gətirir, onların potensialını gücləndirir, kənd yerlərində qadınlar üçün yeni imkanlar yaradaraq qadınların iqtisadi fəaliyyətinə təkan verir.
Sıralarında 50 ölkədən 5 mindən çox şirkət və təşkilatı birləşdirən "Caspian Energy Club" 2002-ci ilin iyununda yaradılıb. "Biznes-hökumət" dialoqunun fəal iştirakçısı olan "Caspian Energy Club"un əsas məqsədi Azərbaycanda və "Caspian Energy Club"un fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından, həmçinin B2G, B2B və B2C formatlarında dialoqların stimullaşdırılmasından və onlarda fəal iştirak etməkdən ibarətdir.
Biznes-netvorkinq üçün beynəlxalq platforma olan "Caspian Energy Club" mütəmadi olaraq müxtəlif tədbirlər təşkil edir.
Mənzil-qərargahı Bakıda yerləşən "Caspian Energy Club"un Gürcüstan və Qazaxıstanda rəsmi nümayəndəlikləri, həmçinin dünyanın müxtəlif ölkələrində səlahiyyətli nümayəndələri, həmçinin dünyanın müxtəlif ölkələrində səlahiyyətli nümayəndələri var.

Biznes     Tarix: 17 sentyabr 2022

Oxşar xəbərlər

Bloomberg milyarderlər reytinqində ilk 10-luğun hamısını amerikalılar tutub

İlk dəfə olaraq ABŞ sahibkarları "Bloomberg" agentliyinin milyarderlər indeksində ilk on pillənin hamısını tutublar. xəbər verir ki, Fransanın dəbdəbəli məhsullar sektorunda fəaliyyət göstərən milyarderi Bernar

"Özbəkistan investisiyalı 130-dan çox kommersiya təşkilatı qeydiyyatdan keçib"

"İki ölkə arasında tranzit daşımalarında artım müşahidə olunur. 2025-ci ildə daşımaların həcmi 6,7 faiz artıb və 1,4 milyon tona çatıb. Bu ilin yanvar-iyun aylarında da 12,2 faizlik artım qeydə alınıb və həmin göstəric

"Dolları Azərbaycana qaytarmalısan" - ŞİRKƏTLƏRƏ YENİ ŞƏRT QOYULACAQ

Azərbaycanda iri şirkətlərin qarşısında yeni tələblər qoyulacaq. xəbər verir ki, bu müxtəlif qanunlara edilən dəyişikliklərlə bağlı yeniliklərdə nəzərdə tutulub. Söhbət Vergi Məcəlləsi, Miqrasiya Məcəlləsi, "Sosial sığort

Bizon lotereyasında daha 4 avtomobil sahibini tapıb - FOTOLAR

"Bizon"un təşkil etdiyi "13 həftə, 13 avtomobil" lotereya kampaniyası çərçivəsində iyul ayı üzrə növbəti 4 qalib müəyyən olunub. xəbər verir ki, lotereyanın V tirajının qalibi Nəsimi Quliyev, VI tirajını

Azərbaycanda 7 ayda haqsız rəqabətlə bağlı 37 subyektin fəaliyyəti araşdırılıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda haqsız rəqabətlə bağlı 37 subyekt haqqında araşdırma aparılıb. xəbər verir ki, bunu Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin şöbə müdiri Şahi

İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib - FOTOLAR

Azərbaycan  Prezidenti İlham Əliyev sentyabrın 24-də Çinin "01.AI" və "Sinovation Ventures" şirkətlərinin baş icraçı direktoru Kei-Fu Lini, İtaliyanın "TEHA Group" şirkətinin Beynəlxalq sammitlə

Azərbaycanda şirkətlər ayrıldı - NİZAMNAMƏ KAPİTALI 50 MİN MANAT AZALDILDI 

"Digital Technologies-Azərbaycan" MMC-nin (VÖEN: 1703662611) nizamnamə kapitalında dəyişiklik edilib. . Azərbaycandakı Rusiya şirkəti bağlanır – YENİ YARADILMIŞDI. biznes və maliyyə xəbərləri portalı xəbər veri

Azərbaycan bazarına 263 milyard dollarlıq ərəb şirkəti gəlir – L"IMAD hansı şirkətlərə sahibdir?

Xəbər verildiyi kimi, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Əbu-Dabi Əmirliyi hakiminin müavini, BƏƏ-nin milli təhlükəsizlik müşaviri Şeyx Tahnun bin Zayed Al Nəhyanının Bakıya səfəri zamanı sentyabrın 14-də Azərbaycan prezident

Azərbaycanda 7 şirkət ləğv edildi – EYNİ HOLDİNQƏ QOŞULDU

Azərbaycanda fəaliyyət göstərən 7 şirkət ləğv edilib. Böyük Britaniya şirkətinin Azərbaycandakı filialı – BAĞLANIR. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, şirkətlər ləğv edilərək "İntegra Holding" MMC-y


iqtisadi xeberler biznes xeberleri bitkoin almaq en son xeberler avtomobil xeberleri