USAID və​ Caspian Energy Club əməkdaşlıq etmək haqqında - RAZILIĞA GƏLİB

USAID və​ Caspian Energy Club əməkdaşlıq etmək haqqında - RAZILIĞA GƏLİBUSAID və​ Caspian Energy Club əməkdaşlıq etmək haqqında razılığa gəlib. 
FED.az xəbər verir ki, "USAID və​ Caspian Energy Club əməkdaşlığa başlayır"—​ bu barədə "Caspian Energy Club"-un sədri və baş icraçı direktoru Telman Əliyev məlumat verib.​
Telman Əliyevin sözlərinə görə, "USAID" çox nüfuzlu təşkilatdır və biz sizinlə əməkdaşlığa başladığımız üçün şadıq.
Bu razılaşma Özəl Sektorun İnkişafına Dəstək Layihəsi (PSA) çərçivəsində həyata keçiriləcək və "Caspian Energy Club" ilə "USAID" arasında əməkdaşlığın yeni istiqamətinin əsasını qoyacaq. Bu da öz növbəsində sosial xarakterli tədbirlər keçirməyə imkan verəcək, həmçinin, "Caspian Energy Club"-un regionlarda keçirdiyi tədbirlərin spektrini daha da genişləndirəcək. Əməkdaşlığın prioritetini biz kiçik və orta biznes sahəsində, aqrosənaye sektorunda,​ gender bərabərliyi və təhsil məsələləri istiqamətində birgə layihələrin və tədbirlərin həyata keçirilməsində görürük. Bundan üçün biz daha çox sayda forum, meetup, dəyirmi masa, seminar və treninqlər təşkil edəcəyik. Biz dəstəyə​ və​ iştiraka görə​ "USAID Azerbaijan"-ın rəhbərliyinə və komandasına təşəkkür edirik. Əminik ki, əməkdaşlığımız ən yaxın zamanda öz bəhrəsini verəcək".​
USAID-in Özəl Sektorun İnkişafı Layihəsi (PSA) (2019-2024) Azərbaycan iqtisadiyyatının dayanıqlığını gücləndirmək və əlverişli biznes mühitini yaxşılaşdırmaq məqsədi ilə birgə investisiyaların yatırılmasına və tərəfdaşlıqların qurulmasına şərait yaradır. Layihənin məqsədi Azərbaycanda özəl sektorun rəqabətliliyini (əsas diqqəti kənd təsərrüfatının inkişafına və kənd yerlərində iqtisadi fəaliyyətə yönəltməklə) və biznesə dəstək xidmətlərinin potensialını gücləndirmək, eləcə də mikro, kiçik və orta sahibkarlığın inkişafını yubadan inzibati maneələri aradan qaldırmaqdır. PSA layihəsi qadınların rəhbərlik etdiyi müəssisələri, peşəkar assosiasiyaları və onların üzvlərini bir araya gətirir, onların potensialını gücləndirir, kənd yerlərində qadınlar üçün yeni imkanlar yaradaraq qadınların iqtisadi fəaliyyətinə təkan verir.
Sıralarında 50 ölkədən 5 mindən çox şirkət və təşkilatı birləşdirən "Caspian Energy Club" 2002-ci ilin iyununda yaradılıb. "Biznes-hökumət" dialoqunun fəal iştirakçısı olan "Caspian Energy Club"un əsas məqsədi Azərbaycanda və "Caspian Energy Club"un fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından, həmçinin B2G, B2B və B2C formatlarında dialoqların stimullaşdırılmasından və onlarda fəal iştirak etməkdən ibarətdir.
Biznes-netvorkinq üçün beynəlxalq platforma olan "Caspian Energy Club" mütəmadi olaraq müxtəlif tədbirlər təşkil edir.
Mənzil-qərargahı Bakıda yerləşən "Caspian Energy Club"un Gürcüstan və Qazaxıstanda rəsmi nümayəndəlikləri, həmçinin dünyanın müxtəlif ölkələrində səlahiyyətli nümayəndələri, həmçinin dünyanın müxtəlif ölkələrində səlahiyyətli nümayəndələri var.

Biznes     Tarix: 17 sentyabr 2022

Oxşar xəbərlər

YAP-ın Sabunçu təşkilatı və "Balakhani Operating Company LTD"nin birgə təşəbbüsü ilə ağacəkmə aksiyası keçirilib

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Yeni Azərbaycan Partiyası Sabunçu Rayon Təşkilatı və "Balakhani Operating Company LTD"nin birgə təşəbbüsü ilə ağacəkmə aksiyası təşki

Bizon Diamond Baku Fashion Week-də: Üç günlük stil, enerji və parıltı marafonu

1-3 may tarixlərində Bizon Diamond brendinin sponsorluğu ilə Azərbaycan Dövlət Filarmoniyasının möhtəşəm ab-havasında ölkənin ən gözlənilən moda hadisəsi — Baku Fashion Week baş tutub.  biznes və maliyyə xəbərləri portal

Azərbaycanlı milyarder 1 gündə 51 milyon dollar itirdi

Azərbaycan əsilli rusiyalı iş adamı, "Lukoil" şirkətinin təsisçisi Vahid Ələkbərovun sərvətində dəyişiklik qeydə alınıb. Lukoil-dan alınan İraqın iri neft yatağı ABŞ şirkətinə verilir.   biznes və maliyyə xəbərlər

McDonald's Azərbaycan şəhid və qazi ailələrinin uşaqları ilə birlikdə Uşaqların Beynəlxalq Müdafiəsi Gününü qeyd edib - FOTO

McDonalds Azərbaycan və Dövlət Sosial Müdafiə Fondu (DSMF) şəhid və qazi ailələrinin uşaqları üçün təşkil olunan birgə tədbirilə Uşaqların Beynəlxalq Müdafiəsi Gününü yenidən birlikdə qeyd ediblər. McDonalds-ın Şüvəlan qəsəbəsind

Azərbaycanda 2 şirkət "Təbii inhisar subyektlərinin Siyahısı"ndan çıxarılıb

Nazirlər Kabineti 1 avqust 2024-cü il tarixli qərarı ilə təsdiq edilmiş "Təbii inhisar subyektlərinin Siyahısı"nda dəyişiklik edib.  biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bununla bağlı Baş nazir Əl

Trendyol və PAŞA Holding-in dəstəyi ilə gənc qadınlar üçün süni intellekt düşərgəsi keçirilib - FOTOLAR

Qadınların süni intellekt sahəsində iştirakı son illərdə texnoloji inkişafın əsas müzakirə mövzularından birinə çevrilib. Fərqli baxış bucaqlarının innovasiyanın keyfiyyətinə birbaşa təsir etdiyi vurğulandıqca, bu sahəd

Komissiya: Azərbaycan və Ermənistanın biznes dairələri arasında görüş keçirilib

Azərbaycan ərazisi ilə Ermənistana yüklərin tranziti uğurla həyata keçirilir və hazırda da davam edir. Azərbaycan Ermənistana 887 ton dizel göndərib - FOTO.  biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu barədə apreli

Tahir Rzayev: "Dövlətin bazara müdaxiləsi ciddi problemlər yarada bilər"

Bu gün dövlətin bazara müdaxiləsi yolverilməzdir, çünki ciddi problemlər yarada bilər. "7 il ərzində tətbiq edilən vergi güzəştlərinin nəticəsini görürük" - Mikayıl Cabbarov .  biznes və maliyyə xəbərləri portal

"AZZA"ya yeni rəhbər təyin edilib - DETALLAR

Azərbaycanda şirniyyat evi olan "AZZA"ya yeni rəhbər təyin edilib. biznes və maliyyə xəbərləri portalı "Banker"ə istinadən xəbər verir ki, Nəriman Hüseynov Eldar oğlu "AZZA" QSC-yə yeni rəhbə


iqtisadi xeberler pul qazanmaq kripto bitkoin almaq online pul qazanmaq