Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Rabitəbankdan sosial məsuliyyət nümunəsi

Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Rabitəbankdan sosial məsuliyyət nümunəsi®1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Rabitəbank sosial məsuliyyət və ailə dəyərlərinə sadiqliyini bir daha nümayiş etdirib. Bank tərəfindən gələcəyin təminatçısı olan uşaqların maariflənməsi və sağlam cəmiyyətin qurulması istiqamətində silsilə tədbirlərdən ibarət layihə gerçəkləşdirilib.
Bankın təşəbbüsü ilə həyata keçirilən layihənin əsas məqsədi – uşaqların maliyyə savadlılığını artırmaqla yanaşı, onlarda sahibkarlıq ruhunu formalaşdırmaq, paylaşma və sosial məsuliyyət kimi dəyərləri aşılamaq olub. İki mərhələdən ibarət olan bu təşəbbüs, həm öyrədici, həm də mənəvi baxımdan zəngin bir təcrübə yaradıb.
Layihənin ilk mərhələsində Rabitəbankın əməkdaşlarının övladları üçün maliyyə savadlılığı üzrə xüsusi təlim keçirilib. Uşaqlar interaktiv oyunlar, real həyat simulyasiyaları və əyləncəli tapşırıqlar vasitəsilə pulun idarə olunması, qənaət, büdcə planlaması və düzgün xərcləmə kimi həyati vacib bacarıqları öyrəniblər.
İkinci mərhələdə uşaqlar qazandıqları bilikləri təcrübədə tətbiq edərək "Möcüzə Yarmarkası"nda iştirak ediblər. Bankın əməkdaşlarına öz hazırladıqları əl işlərini və məhsulları təqdim edən balacalar, satış bacarıqları, müştəri məmnuniyyəti və təşəbbüskarlıq prinsiplərini praktik şəkildə öyrəniblər. Bu təcrübə, onların azyaşlı sahibkarlar kimi özlərinə olan inamını artırıb.
Layihənin ən təsirli məqamlarından biri isə uşaqların və valideynlərinin əldə olunan gəlirin bir hissəsini uşaq sığınacağında yaşayan həmyaşıdları üçün hədiyyələr almağa sərf etməsi olub. Bu jest, layihənin yalnız iqtisadi deyil, eyni zamanda mənəvi və sosial dəyər daşıdığını bir daha göstərib. Uşaqlar paylaşma və sosial məsuliyyət hissini real həyatda tətbiq edərək cəmiyyətə faydalı fərdlərə çevrilmək yolunda ilk addımlarını atıblar.
Rabitəbank hər zaman gələcək nəsillərin həm maliyyə biliklərini, həm də mənəvi dəyərlərini eyni zamanda inkişaf etdirmək istiqamətində sadiqliyini qoruyur. Buna görə də bank təhsil təşəbbüslərində uşaqlara maliyyə bacarıqları ilə yanaşı, həm də sosial məsuliyyət hissini aşılayan layihələr həyata keçirir. Bank gələcəkdə də bu istiqamətdə innovativ və təsirli proqramlar icra edərək, cəmiyyətin inkişafına və daha güclü nəsillərin yetişməsinə töhfə verməkdə davam edəcək.
Qeyd edək ki, hal-hazırda "Rabitəbank" ASC 16 region və Bakı şəhəri üzrə ümumilikdə 28 xidmət məntəqəsi, 75 ATM-i, "Rabita Mobile" tətbiqi, İnternet Bankçılıq platforması, "RabitaBot" çatbotu və 133 Çağrı Mərkəzi ilə öz müştərilərinə ən müasir standartlar səviyyəsində geniş spektrli bank xidmətləri təqdim edir.
Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Rabitəbankdan sosial məsuliyyət nümunəsiUşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Rabitəbankdan sosial məsuliyyət nümunəsiUşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Rabitəbankdan sosial məsuliyyət nümunəsiUşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Rabitəbankdan sosial məsuliyyət nümunəsiUşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Rabitəbankdan sosial məsuliyyət nümunəsiUşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Rabitəbankdan sosial məsuliyyət nümunəsiUşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Rabitəbankdan sosial məsuliyyət nümunəsiUşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Rabitəbankdan sosial məsuliyyət nümunəsi/ banker.az

Banklar     Tarix: 30 may 2025

Oxşar xəbərlər

"PAŞA Kapital" "Ziraat Bank Azərbaycan"ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib

Azərbaycanın kapital bazarlarının liderlərindən biri olan "PAŞA Kapital" İnvestisiya Şirkəti növbəti korporativ istiqraz emissiyasının yerləşdirilməsini uğurla tamamlayıb. Belə ki, "Ziraat Bank Azərbaycan"

Nağdsız ödənişlərin artım tempi zəifləyib – Elektron ticarətdə isə geriləmə var

Azərbaycanda dövriyyədə olan ödəniş kartlarının sayı artmaqda davam edir. 2026-cı ilin sentyabr ayının sonuna banklar və "Azərpoçt" MMC üzrə dövriyyədə olan ödəniş kartlarının sayı 23 milyon 388 min ədədə çatıb

"Fitch Solutions": Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini bu il 6%-ə kimi endirəcək

Azərbaycanda uçot dərəcəsi 2026-cı ilin sonunda 6%-ə, 2027-ci ilin sonunda 5,88%-ə, 2028-ci ilin sonunda 5,44%-ə kimi enəcək, 2029-cu ilin sonunda isə 5,66% təşkil edəcək. Bu barədə "Fitch Group"a daxil olan "Fitc

Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir

Azərbaycan Mərkəzi Bankı yerli bankların xarici ölkələrin maliyyə bazarlarına çıxışını müsbət qiymətləndirir və belə təşəbbüsləri dəstəkləməyə hazırdır. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo

BOKT-lərin xalis mənfəəti 2,5 dəfədən çox artaraq 153 milyon manatı keçib

Azərbaycanda fəaliyyət göstərən bank olmayan kredit təşkilatlarının (BOKT) 2026-cı ilin yanvar–sentyabr aylarında xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 dəfədən çox artıb. bank olmayan kredit təşkilatlarını

İcbari Sığorta Bürosu "We Invest in People – Silver" beynəlxalq akkreditasiyasına layiq görülüb

İcbari Sığorta Bürosu (İSB) insan kapitalının idarə edilməsi, təşkilati mədəniyyətin inkişafı, liderlik, əməkdaşların motivasiyası və peşəkar inkişafı sahəsində tətbiq etdiyi idarəetmə təcrübələrinin beynəlxalq qiymətləndirilməs

Süd vəzi xərçənginə qarşı necə sığortalanmaq olar? ®

Bu xəstəliklə mübarizədə erkən diaqnostika və vaxtında müalicə mühüm rol oynayır. Çünki süd vəzi xərçəngi dünyada qadınlar arasında ən geniş yayılmış onkoloji xəstəlikdir. Ümumdünya Səhiyyə Təşkilatı süd vəzi xərçəngini müasi

Azərbaycanda POS-terminalların sayı bir ildə 27 minə yaxın azalıb

2026-cı ilin sentyabr ayında ölkə üzrə fəaliyyət göstərən bankomat və POS-terminalların sayında azalma qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının statistik məlumatlara əsasən xəbər verir. Avqust ayında 3 596 ədə

"Kredit Evi" 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır

"Kredit Evi" ASC 15 milyon 300 min manat dəyərində daşınmaz əmlakın alınması ilə bağlı qərar qəbul edib. xəbər verir ki, qərar şirkətin səhmdarlarının 23 oktyabr 2026-cı il tarixində keçirilmiş növbədənkənar ümum


iqtisadi xeberler valyuta mezennesi en son xeberler rubl mezenne biznes krediti