Vətəndaşların ən çox üzləşdiyi fırıldaqçılıq halları və təhlükəsizlik qaydaları
Bank Respublika, hazırda 110-dan çox ölkədə qeyd edilən Beynəlxalq Təhlükəsiz İnternet Günü münasibətilə müştərilərini rəqəmsal mühitdə artan fırıldaqçılıq (fraud) risklərinə qarşı diqqətli olmağa çağırır.
Qeyd edək ki, Beynəlxalq Təhlükəsiz İnternet Günü 2004-cü ildən Avropa Komissiyasının "Təhlükəsiz internet" proqramı çərçivəsində fəaliyyət göstərən Avropa Təhlükəsiz İnternet Şəbəkəsi tərəfindən təşkil olunur və əsas məqsədi istifadəçilərin onlayn təhlükəsizlik barədə maarifləndirilməsidir.
Rəqəmsal bank xidmətlərindən istifadənin genişlənməsi fonunda fırıldaqçılıq üsulları da daha hədəfli, daha inandırıcı və daha sürətli xarakter alır. Bank Respublika müştərilərinin maliyyə təhlükəsizliyinin qorunmasını prioritet hesab edərək, son dövrlərdə ən çox rast gəlinən risklər və onlardan qorunma yolları barədə maarifləndirici məlumatları diqqətə çatdırır.
Hazırda vətəndaşların ən çox üzləşdiyi fırıldaqçılıq halları aşağıdakılardır:
· Saxta e-mail və SMS-lər vasitəsilə kart və hesab məlumatlarının ələ keçirilməsi (phishing, smishing);
· Bank əməkdaşı adı ilə edilən telefon zəngləri (vishing);
· Saxta onlayn mağazalar və həddindən artıq ucuz alış təklifləri;
· Sosial şəbəkələrdə tanışların adından göndərilən "təcili pul" mesajları;
· Saxta QR-kodlar və kampaniya elanları;
· İş təklifi, investisiya və ya bonus adı altında kart məlumatlarının tələb olunması;
· Mobil nömrənin ələ keçirilməsi (SIM-swap) və saxta mobil tətbiqlər.
Bank Respublika müştərilərə aşağıdakı təhlükəsizlik qaydalarına ciddi əməl etməyi tövsiyə edir:
· Bank kartının PIN, CVV və OTP kodlarını heç bir halda paylaşmamaq;
· SMS və e-maillərdəki naməlum və şübhəli keçidlərə daxil olmamaq;
· Tələsdirən və qorxuducu zəng və mesajlara emosional reaksiya verməmək;
· Pul köçürməzdən əvvəl məlumatı bankın rəsmi əlaqə kanalları vasitəsilə yoxlamaq;
· Mobil tətbiqləri yalnız rəsmi tətbiq mağazalarından yükləmək;
· "Zəmanətli qazanc" vədi verilən təkliflərə ehtiyatla yanaşmaq.
Bank Respublika heç bir halda müştərilərindən telefon, SMS, e-mail və ya sosial şəbəkələr vasitəsilə kartın məxfi məlumatlarını tələb etmir. Şübhəli vəziyyətlə qarşılaşdıqda əməliyyatı dərhal dayandırmaq və bankın rəsmi əlaqə kanalları ilə əlaqə saxlamaq tövsiyə olunur.










/ marja.az

Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar
ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur
Cənubi afrikalı yazıçı süni intellektin köməyi ilə 371 kitab yazaraq 1 milyon dollar qazanıb
Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq
AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb
Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı
Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu
Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"
AzInTelecom-un rəqəmsal imza infrastrukturu beynəlxalq "WebTrust for CA" auditindən uğurla keçib
Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri
Swift nədir?
IMEI kod nədir?
Green Card nədir və onu necə əldə etmək olar?
Startup nədir və necə olur?
Biznes nədir və hansı növləri var?