VTB (Azərbaycan)-dan yeni kredit aksiyası

VTB (Azərbaycan)-dan yeni kredit aksiyası®VTB (Azərbaycan) sentyabrın 30-dan dekabrın 27-dək nağd pul krediti üçün müraciət edən müştərilər üçün xüsusi aksiya keçirəcək. Qaliblər qiymətli hədiyyələr alacaqlar.
İllik 13.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
Aksiyanın nəticələri oktyabrın 28-də, noyabrın 28-də və dekabrın 28-də bilinəcək. İştirak etmək üçün siz nağd pul krediti üçün müraciət etməli və bank filialında məlumatlarınızı xüsusi lotereya biletlərinə daxil etməlisiniz. Aksiya keçirildiyi müddət ərzində borcalanın krediti aktiv olmalıdır. Qeyd olunan tarixlərin birində hədiyyə qazanan müştərilər aksiyada iştirakını tamamlayırlar. Aksiya həm də bir kreditlə məhdudlaşır.
VTB (Azərbaycan)-da 300 manatdan 40 000 manatadək nağd pul krediti illik 13,99%-dən başlayan faiz dərəcəsi ilə komissiyasız və zaminsiz 6 aydan 5 ilədək müddətə verilir. Yenidən maliyyələşdirmə proqramı çərçivəsində siz digər banklardan bir neçə daha bahalı krediti birləşdirə, həmçinin istənilən məqsəd üçün əlavə vəsait əldə edə bilərsiniz.
"Ənənəvi olaraq dördüncü rübdə əhali tərəfindən maliyyə məhsullarına, o cümlədən istehlak kreditlərinə yüksək tələbat var. Strateji olaraq, biz həmişə bütün borcalanlar üçün onların mövcudluğunu və qiymət parametrlərini qorumağa çalışırıq. İlin sonuna qədər yeni kredit üçün müraciət edən müştərilər nəinki ehtiyac duyduqları vəsaiti, həm də qiymətli hədiyyələr qazanmaq imkanı əldə edəcəklər", - deyə VTB (Azərbaycan)-ın İdarə Heyətinin üzvü, Pərakəndə Biznesin İnkişafı Departamentinin direktoru Yevgeni Borodin bildirib.
İstehlak kreditləri ölkədə əhali arasında ən populyar məhsullardan biridir. 2022-ci ilin yanvar-avqust aylarında VTB (Azərbaycan) 34,3 milyon manatdan çox məbləğdə 6,9 min nağd pul krediti verib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 30% çoxdur. Bankın bu seqment üzrə portfeli ilin əvvəlindən 24,5% artaraq 2022-ci ilin avqust ayının sonunda 66,6 milyon manat təşkil edib.
İstehlak krediti üçün bankın internet saytında, filiallarda və ya 986 nömrəsinə zəng edərək, əlaqə mərkəzi vasitəsilə müraciət edə bilərsiniz. Kredit Bakı şəhəri və Abşeron yarımadası daxilində müştəri üçün əlverişli olan istənilən ünvana çatdırılır. / marja.az

Banklar     Tarix: 30 sentyabr 2022

Oxşar xəbərlər

"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"

Azərbaycanda bankların 4 milyard 600 milyon manat sərbəst vəsaitinin olmasına baxmayaraq, kredit bazarında, xüsusilə biznes kreditləşməsi sahəsində tələbin zəifliyi müşahidə edilir. Nəticədə banklar yeni borcalanlar tapma

Yapı Kredi Bank Azərbaycan müştərilərinə Çinin maliyyə mərkəzi Şanxay üzərindən birbaşa köçürmə imkanı təqdim edir

"Yapı Kredi Bank Azərbaycan" QSC müştərilərinin beynəlxalq əməliyyatlarını asanlaşdırmaq və xarici ticarət üzrə ödəniş imkanlarını genişləndirmək istiqamətində fəaliyyətini davam etdirir. Bank bu məqsədlə Çini

"BOKT-lara demişik ki, bu kreditləşmə bizim üçün maraqlı deyil

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) verdiyi yüksək faizli gündəlik kreditlərlə bağlı tənzimləmə tələblərini daha da sərtləşdirməyi planlaşdırır. xəbər verir ki, bunu Azərbaycan Mərkəz

Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var

Azərbaycanda bank sektorunun izafi likvidliyi yüksək səviyyədə qalmaqda davam edir. Bankların mövcud tənzimləyici tələblər nəzərə alındıqdan sonra kreditləşməyə yönəldə biləcəyi sərbəst vəsaitlərinin həcmi 4,6 milyard mana

Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır

"İpək Yolu Sığorta" ASC nizamnamə kapitalını 15 milyon 242 min 500 manat və yaxud 2 dəfə artıraraq 14 milyon 770 min manatdan 30 milyon 012 min 500 manata çatdırmağı planlaşdırır. Kapital artımı qurumun dövriyyəd

Expressbank Bərdədə 300 ağac əkib

Expressbank "Təbiətə qayğı – Gələcəyə miras" korporativ sosial məsuliyyət layihəsi çərçivəsində növbəti ağacəkmə aksiyasını həyata keçirib. Bərdə Rayon İcra Hakimiyyətinin dəstəyi ilə rayonun Əliyanlı və Şirvanl

Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar

Dövlət Bankı Azər Türk Bank atb360 mobil tətbiqini yeniləyərək müştərilərinə daha geniş rəqəmsal bankçılıq imkanları təqdim edir. Yenilənmiş dizaynı, optimallaşdırılmış fəaliyyəti və əlavə funksiyaları ilə atb360 istifadəçiləri

Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib

2026-cı ilin sentyabr ayının sonuna olan məlumata görə, ölkədə bank müştərilərinin və müştəri hesablarının sayında həm aylıq, həm də illik müqayisədə artım qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının dərc etdiyi statisti

"PAŞA Kapital" "Ziraat Bank Azərbaycan"ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib

Azərbaycanın kapital bazarlarının liderlərindən biri olan "PAŞA Kapital" İnvestisiya Şirkəti növbəti korporativ istiqraz emissiyasının yerləşdirilməsini uğurla tamamlayıb. Belə ki, "Ziraat Bank Azərbaycan"


iqtisadi xeberler dollar mezenne iqtisadiyyat xeberleri biznes ideyalari biznes xeberleri