VTB (Azərbaycan)-dan yeni kredit aksiyası

VTB (Azərbaycan)-dan yeni kredit aksiyası®VTB (Azərbaycan) sentyabrın 30-dan dekabrın 27-dək nağd pul krediti üçün müraciət edən müştərilər üçün xüsusi aksiya keçirəcək. Qaliblər qiymətli hədiyyələr alacaqlar.
Aksiyanın nəticələri oktyabrın 28-də, noyabrın 28-də və dekabrın 28-də bilinəcək. İştirak etmək üçün siz nağd pul krediti üçün müraciət etməli və bank filialında məlumatlarınızı xüsusi lotereya biletlərinə daxil etməlisiniz. Aksiya keçirildiyi müddət ərzində borcalanın krediti aktiv olmalıdır. Qeyd olunan tarixlərin birində hədiyyə qazanan müştərilər aksiyada iştirakını tamamlayırlar. Aksiya həm də bir kreditlə məhdudlaşır.
VTB (Azərbaycan)-da 300 manatdan 40 000 manatadək nağd pul krediti illik 13,99%-dən başlayan faiz dərəcəsi ilə komissiyasız və zaminsiz 6 aydan 5 ilədək müddətə verilir. Yenidən maliyyələşdirmə proqramı çərçivəsində siz digər banklardan bir neçə daha bahalı krediti birləşdirə, həmçinin istənilən məqsəd üçün əlavə vəsait əldə edə bilərsiniz.
"Ənənəvi olaraq dördüncü rübdə əhali tərəfindən maliyyə məhsullarına, o cümlədən istehlak kreditlərinə yüksək tələbat var. Strateji olaraq, biz həmişə bütün borcalanlar üçün onların mövcudluğunu və qiymət parametrlərini qorumağa çalışırıq. İlin sonuna qədər yeni kredit üçün müraciət edən müştərilər nəinki ehtiyac duyduqları vəsaiti, həm də qiymətli hədiyyələr qazanmaq imkanı əldə edəcəklər", – deyə VTB (Azərbaycan)-ın İdarə Heyətinin üzvü, Pərakəndə Biznesin İnkişafı Departamentinin direktoru Yevgeni Borodin bildirib. 
İstehlak kreditləri ölkədə əhali arasında ən populyar məhsullardan biridir. 2022-ci ilin yanvar-avqust aylarında VTB (Azərbaycan) 34,3 milyon manatdan çox məbləğdə 6,9 min nağd pul krediti verib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 30% çoxdur. Bankın bu seqment üzrə portfeli ilin əvvəlindən 24,5% artaraq 2022-ci ilin avqust ayının sonunda 66,6 milyon manat təşkil edib.
İstehlak krediti üçün bankın internet saytında, filiallarda və ya 986 nömrəsinə zəng edərək, əlaqə mərkəzi vasitəsilə müraciət edə bilərsiniz. Kredit Bakı şəhəri və Abşeron yarımadası daxilində müştəri üçün əlverişli olan istənilən ünvana çatdırılır. / banker.az

Banklar     Tarix: 30 sentyabr 2022

Oxşar xəbərlər

Bankda səhmdar dəyişikliyi işdən çıxarılmaya əsas ola bilərmi? – Ali Məhkəmədən mühüm qərar

Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar əmək müqaviləsinə xitam verilməsinin halları ilə bağlı vahid məhkəmə təcrübəsini müəyyən edən qərar qəbul edib

PAŞA Bank "ZirvədəSən" təcrübə proqramı üzrə qeydiyyata başladı

PAŞA Bank karyerasını inkişaf etdirmək, real iş təcrübəsi əldə etmək və nəticəyönümlü bilik qazanmaq istəyən tələbə və məzunlar üçün "ZirvədəSən" təcrübə proqramının qeydiyyatına start verib. Proqram çərçivəsind

"Naxçıvanbank"ın əmanətçiləri və depozit hesabı sahibləri üçün yenilik

Mərkəzi Bank tərəfindən vətəndaşların məmnunluğunun artırılması və xidmətlərdən istifadədə rahatlığın təmin edilməsi məqsədilə "Naxçıvanbank" ASC-nin əmanətçilərinə və digər depozit hesabı sahiblərinə məxsus hesa

ABB Invest ABB istiqrazlarını növbəti dəfə kapital bazarına çıxarır

ABB Invest növbəti dəfə ABB istiqrazlarının anderrayteri qismində kapital bazarında çıxış edir. Bu dəfə ümumilikdə hər biri 5 milyon manat olmaqla iki istiqraz investorlara təklif olunur. Təklif edilən istiqrazların gəlirliliy

ABB Özbəkistandakı "Davr Bank"da pay alır

ABB Özbəkistandakı "Davr Bank" Səhmdar Cəmiyyətində pay alır. xəbər verir ki, səhmdarların ümumi yığıncağı müsbət cavab verib. Qeyd edək ki, "Azərbaycan Beynəlxalq Bankı" Açıq Səhmdar Cəmiyyətinin ( "ABB"

Mərkəzi Bankı faiz qərarını açıqladı

Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə faiz dəhlizinin bütün parametrləri dəyişməz saxlanılıb. Bu -ın analitiklərinin ötən gün gözlədiyi proqnozla üst-üstə düşür. Faiz dəhlizi ilə bağlı qərar qəbul olunarkə

"TuranBank"da yeni təyinat olub

"TuranBank" ASC-də yeni kadr dəyişikliyi baş verib. xəbər verir ki, Ramin Qasımov "TuranBank" ASC-nin Risklərin İdarə Edilməsi Departamentinə yeni direktor təyin edilib. O, bu vəzifədə Asif Əzizovu əvə

ABB bu il də səhmdarlarına 200 000 000 manat dividend ödəyəcək

7 may 2026-cı il tarixində ABB Səhmdarlarının Ümumi Yığıncağı keçirilib. Yığıncaqda ABB-nin 2025-ci il üzrə kənar auditor tərəfindən təqdim olunmuş maliyyə hesabatı təsdiqlənib, bir sıra təşkilati məsələlərə baxılıb, eyn

ABB-nin Özbəkistan bankının nəzarət səhm paketini alması üzrə əqdin dəyərinin 100 milyon dollardan çox olacağı proqnozlaşdırılır

ABB səhmdarlarının qərarı ilə Özbəkistanın "Davr Bank"ından nəzarət səhm paketinin alınması barədə razılıq əldə olunub. Müqaviləyə əsasən, ABB bankın 51%-ni əldə etməyi planlaşdırır. Bunu bu gün keçirilən mətbua


iqtisadi xeberler bitcoin qiymeti bitkoin qiymeti internetden pul qazanmaq biznes qurmaq