VTB (Azərbaycan)-ın xalis mənfəəti 2,4 dəfə artıb
"Bank VTB (Azərbaycan)" ASC 2022-ci ilin 3-cü rübünün maliyyə göstəricilərini açıqlayıb.
Bankın yaydığı press-relizdə bildirilir ki, 30 sentyabr 2022-ci il tarixinə bankın əməliyyat gəlirləri 29.5 milyon manat, o cümlədən faiz gəlirləri – 18.6 milyon manat, qeyri-faiz gəlirləri – 10.9 milyon manat təşkil edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bankın faiz gəlirləri 52.6%, qeyri-faiz gəlirləri isə 2 dəfə artıb.
Bank hesabat dövrünü 9.6 milyon manat xalis mənfəətlə bitirib ki, bu da ötən ilin üçüncü rübünün sonuna olan göstəricidən 2.4 dəfə çoxdur.
Sentyabrın sonuna bankın kredit portfeli 156.1 milyon manat, depozit portfeli – 76.9 milyon manat təşkil edib. Onu da qeyd edək ki, fiziki şəxslərin əmanətləri ilin əvvəlindən 13.3% artıb.
Bankın məcmu kapitalı ilin əvvəlindən 13.2% artaraq 77.8 milyon manat təşkil edib. / marja.az

PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
"Rabitəbank"ın Müşahidə Şurası sədrinə müavin təyin edilib
Pekində Azərbaycan dili üçün yeni rəqəmsal resurs yaradılıb — istifadə pulsuzdur
Bank sektorunda iri əqd tamamlandı – AccessBank və Bank Respublika birləşir
Expressbank Bərdədə 300 ağac əkib
Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub
Kino biletləri də ABB mobile tətbiqində
Dövlət şirkətlərinin idarəetmə orqanlarının üzvlərinin mükafatlandırılması qaydası dəyişib
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Elon Musk kimdir?
5 liderlik göstəricisi
Biznes nədir?
İşəgötürənlərin müsahibə zamanı ən çox verdiyi suallar
Biznes təlimlər və tədris üsulları