VTB (Azərbaycan) nağd pul kreditləri üzrə faiz dərəcələrini endirdi

VTB (Azərbaycan) nağd pul kreditləri üzrə faiz dərəcələrini endirdi®VTB (Azərbaycan) nağd kreditlər və yenidən maliyyələşdirmə üzrə faiz dərəcələrini 0.5 faiz bəndi azaldıb. Onlar üzrə minimum faiz dərəcəsi illik 14% təşkil edəcək. Qeyd edək ki, bankın nağd pul kredit portfeli ilin əvvəlindən 4% artaraq 72.7 milyon manat təşkil edib.
VTB (Azərbaycan)-da 300 manatdan 40 000 manatadək nağd pul krediti komissiyasız və zaminsiz 6 aydan 5 ilədək müddətə verilir. Yenidən maliyyələşdirmə proqramı çərçivəsində siz digər banklardan bir neçə daha bahalı krediti birləşdirə, həmçinin istənilən məqsəd üçün əlavə vəsait əldə edə bilərsiniz. Krediti almaq üçün yalnız şəxsiyyət vəsiqəsini təqdim etmək kifayətdir, gəliri və məşğulluğu təsdiq edən sənədlər, habelə zamin tələb olunmur. Endirimli təklif iyunun sonuna kimi keçərlidir.
"Bahar bayramları ərəfəsində əhali arasında ən populyar məhsullardan biri olan nağd pul kreditlərinin şərtlərini yaxşılaşdırmaq və daha da münasib etmək qərarına gəldik. İlin əvvəlindən bank müştərilərə 7.5 milyon manat məbləğində 760-dan çox nağd pul krediti verib. Eyni zamanda, biz borcalanların borc yükündən yayınaraq, onların borc yükünü diqqətlə izləməyə davam edirik", – deyə VTB (Azərbaycan)-ın İdarə Heyətinin üzvü, Pərakəndə Biznesin İnkişafı Departamentinin direktoru Yevgeni Borodin bildirib.
Nağd pul krediti üçün bankın rəsmi saytından, eləcə də 986 qısa nömrəli əlaqə mərkəzi vasitəsilə məsafədən müraciət edə bilərsiniz. Kredit Bakı şəhəri və Abşeron yarımadası daxilində müştəri üçün əlverişli olan istənilən ünvana çatdırılır. / banker.az

Banklar     Tarix: 07 mart 2023

Oxşar xəbərlər

Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var

Azərbaycanda bank sektorunun izafi likvidliyi yüksək səviyyədə qalmaqda davam edir. Bankların mövcud tənzimləyici tələblər nəzərə alındıqdan sonra kreditləşməyə yönəldə biləcəyi sərbəst vəsaitlərinin həcmi 4,6 milyard mana

"PAŞA Kapital" "Ziraat Bank Azərbaycan"ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib

Azərbaycanın kapital bazarlarının liderlərindən biri olan "PAŞA Kapital" İnvestisiya Şirkəti növbəti korporativ istiqraz emissiyasının yerləşdirilməsini uğurla tamamlayıb. Belə ki, "Ziraat Bank Azərbaycan"

Mərkəzi Bank maliyyə sektorunun inkişafı üzrə hədəflərinin 15 faizini icra edə bilməyib

Azərbaycan Mərkəzi Bankının 2024–2026-cı illəri əhatə edən Maliyyə Sektorunun İnkişafı Strategiyasında nəzərdə tutulan hədəf və təşəbbüslərin təxminən 85 faizi indiyədək icra olunub. xəbər verir ki, bunu Azərbaycan Mərkəz

Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da

Kinosevərlər üçün bilet almaq daha asan olacaq. Rəqəmsal xidmətləri bir çətir altında birləşdirən Bir ekosistemi Azərbaycanın ən böyük kinoteatr şəbəkələrindən biri CineMastercard ilə yeni əməkdaşlığa başlayır. Tərəfdaşlı

İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi

İpoteka və Kredit Zəmanət Fondu (Fond) ipoteka kreditlərinin verilməsi qaydalarına edilən dəyişikliklər barədə məlumat yayıb. Marja xəbər verir ki, məlumatda bildirilir:. "İpoteka və Kredit Zəmanət Fondu (Fond) 2006-c

Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar

Dövlət Bankı Azər Türk Bank atb360 mobil tətbiqini yeniləyərək müştərilərinə daha geniş rəqəmsal bankçılıq imkanları təqdim edir. Yenilənmiş dizaynı, optimallaşdırılmış fəaliyyəti və əlavə funksiyaları ilə atb360 istifadəçiləri

Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq

Azərbaycanda "Mastercard" və "Visa" tariflərinin bu ilin sonuna qədər azaldılması gözlənilir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. "Həm "Mastercard"

Azərbaycanda pul bazası 25 milyard manatı ötüb

2026-cı il oktyabrın 30-na Azərbaycanda pul bazasının həcmi 25 milyard 146,1 milyon manata yüksəlib. Bu, sentyabrın sonundakı 24 milyard 817,9 milyon manatla müqayisədə 328,2 milyon manat və ya 1,3% çoxdur. xəbər verir ki

Kino biletləri də ABB mobile tətbiqində

Müştərilərin həyat tərzi tərəfdaşı olan ABB bu sahədə imkanların daha da genişləndirilməsi üçün yeni tərəfdaşlıqlar qurur. 3 noyabr 2026-cı ildə Bankla CineMastercard şirkəti arasında əməkdaşlıq sənədi imzalanıb. Sənəd kinoteatrlard


iqtisadi xeberler dollar mezenne biznes krediti dollar manat kursu valyuta mezennesi