VTB (Azərbaycan) sahibkarlar üçün QR ödəniş xidmətini istifadəyə verdi

VTB (Azərbaycan) sahibkarlar üçün QR ödəniş xidmətini istifadəyə verdiVTB (Azərbaycan) fərdi sahibkarlar üçün AniPay vasitəsilə QR‑kodla ödəniş xidmətini istifadəyə verib.
Marja xəbər verir ki, yeni xidmət sahibkarlara smartfon vasitəsilə QR‑kod yaratmaqla nağdşız ödəniş qəbul etməyə imkan verir. Müştəri QR‑kodu skan etdikdən sonra ödənişi təsdiqləyir və vəsait dərhal sahibkarın hesabına köçürülür.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Xidmət VTB (Azərbaycan)-ın rəqəmsal ekosisteminə tam inteqrasiya olunub və məsafədən qoşulur ki, bu da kiçik biznes sahibkarları üçün prosesi maksimum rahat edir. Yeni həll AniPay vasitəsilə QR‑ödənişlərin tətbiq imkanlarını genişləndirir və ticarət və xidmət sahəsində fəaliyyət göstərən sahibkarlar üçün hesablaşmaları daha da sadələşdirir.
"Biz sahibkarlar üçün rəqəmsal ekosistemi ardıcıl şəkildə genişləndirir və təkmilləşdiririk, daha rahat, sürətli və əlçatan hesablaşma həlləri təqdim edirik. AniPay ilə inteqrasiya biznesə smartfon vasitəsilə ödənişləri qəbul etmək üçün əlavə imkanlar yaradır və müasir, effektiv xidmət modelini dəstəkləyir", - deyə VTB (Azərbaycan) bankının idarə heyətinin üzvü, korporativ biznesin inkişafı departamentinin direktoru Tural Hüseynov bildirib.
AniPay (Ani Ödənişlər Sistemi - AÖS), Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən yaradılmış, fiziki şəxslər, biznes subyektləri və dövlət orqanları arasında 24/7 rejimində real vaxtda və təhlükəsiz pul köçürmələrini təmin edən sistemdir. Bu sistem vasitəsilə telefon nömrəsi, VÖEN, FİN kod və ya e-mail istifadə edərək saniyələr ərzində köçürmələr həyata keçirmək mümkündür. / marja.az

Banklar     Tarix: 20 fevral 2026

Oxşar xəbərlər

AMB: Bank Milli İranın fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur

Bank Milli İranın Azərbaycanda fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur.  xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. Onun sözlərinə görə, Bank Milli İranın Azərbaycand

Sentyabr ödəniş kartlarının sayı 414 min ədəd artıb

Banklar və "Azərpoçt" MMC sistemləri üzrə sentyabr ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 414 min ədəd artaraq 23 milyon 388 min ədəd təşkil etmişdir. Bu barədə Azərbaycan Mərkəz

"PAŞA Kapital" "Ziraat Bank Azərbaycan"ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib

Azərbaycanın kapital bazarlarının liderlərindən biri olan "PAŞA Kapital" İnvestisiya Şirkəti növbəti korporativ istiqraz emissiyasının yerləşdirilməsini uğurla tamamlayıb. Belə ki, "Ziraat Bank Azərbaycan"

Bank of Baku-dan növbəti ağacəkmə aksiyasını təşkil etdi

"Hər ağac təbiətə dəyər, insanlığa nəfəsdir" – ekoloji təşəbbüslərə xüsusi əhəmiyyət verən Bank of Baku növbəti dəfə həyata keçirdiyi ağacəkmə aksiyasında bu mesajı vurğulayıb. Bank of Baku-nun təşəbbüsü,  Ekologiy

Sığorta şirkətləri üçün yeni kapital tələbləri tətbiq ediləcək – Mərkəzi Bankdan mühüm açıqlama

Azərbaycan Mərkəzi Bankı (AMB) sığorta sektorunda beynəlxalq "Solvency II" tələblərinin yaxın aylarda tətbiqini planlaşdırır. Yeni tənzimləmə çərçivəsində sığorta şirkətlərinin tələb olunan kapitalının hesablanmas

Nağdsız ödənişlərin artım tempi zəifləyib – Elektron ticarətdə isə geriləmə var

Azərbaycanda dövriyyədə olan ödəniş kartlarının sayı artmaqda davam edir. 2026-cı ilin sentyabr ayının sonuna banklar və "Azərpoçt" MMC üzrə dövriyyədə olan ödəniş kartlarının sayı 23 milyon 388 min ədədə çatıb

İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir

Azərbaycanda İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən ipoteka kreditləri ilə bağlı qaydalara dəyişiklik edilib. Yeniliklər həm kredit götürə biləcək şəxslərə, həm də müraciət prosesinə aiddir. xəbər veri

Azərbaycanda kredit kartları üzrə faizlər 27%-ə çatıb – Avtomobil kreditləri də bahalaşıb

Banklarda ən bahalı və ən ucuz kreditlər məlum oldu. Azərbaycanda bankların istehlak kreditləri üzrə orta faiz dərəcələrində fərqli istiqamətlərdə dəyişikliklər qeydə alınıb. Kredit kartları və avtomobil kreditləri üzrə faizlə

Bank sektorunda son vəziyyət - YENİ GÖSTƏRİCİLƏR AÇIQLANDI

30 sentyabr 2026-cı il tarixinə fəaliyyət göstərən 21 bankın filiallarının sayı 507, şöbələrinin sayı 80, ATM-lərin sayı 3,500 olmuşdur. Bank sektorunda çalışanların sayı 27,775 nəfər təşkil etmişdir. Bu barədə Azərbayca


iqtisadi xeberler dollar manat kursu investisiya bitkoin qiymeti dollar məzənnəsi