VTB (Azərbaycan) vətəndaşlara öz biznesini açmağa kömək edib

VTB (Azərbaycan) vətəndaşlara öz biznesini açmağa kömək edib®Bu il VTB (Azərbaycan) ölkəmizin 8 vətəndaşına öz biznesini açmağa yardım edib.
VTB (Azərbaycan) 2020-ci ildən aztəminatlı ailələrə dəstək və onlar üçün kiçik bizneslərin yaradılmasına yönəlmiş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin proqramında fəal iştirak edir. Bu il ölkəmizin 8 sakini VTB Bankın dəstəyi ilə kiçik dərzi sexi, kişi bərbər salonu, dülgər sexi, PVC pəncərə və qapı istehsalı, un məmulatlar sexi açdılar və öz işlərinə başlaya bildilər.
«Bu gün ölkə bankları dövlətin sosial siyasətinin aparıcı qüvvələrindən biridir. VTB (Azərbaycan) üçün ölkəmizin ailələrinə ünvanlı yardım ən mühüm vəzifələrdən birinə çevrilib. Özünüməşğulluq proqramı çərcivəsində bank üç il ərzində 40-dan çox sakinə öz biznesini açmağa kömək edib. Müavinətlərdən fərqli olaraq, bu cür dövlət dəstəyi bir insanın çətin maliyyə vəziyyətindən çıxmasına və gəlir səviyyəsinin artırılmasına kömək edir. Biz gələn il də dövlət proqramında iştirakımızı davam etdirməyi, yeni biznes ideyaları dətəkləməyə planlaşdırırıq», – deyə VTB (Azərbaycan) Bankının İdarə Heyətinin üzvü, Korporativ biznesin inkişafı departamentinin direktoru Tural Hüseynov bildirib.
Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi "Özünüməşğulluq" proqramını 2017-ci ildən həyata keçirir. Nazirlik, Mərkəzi Bank və Banklar Assosiasiyasının birgə icra etdiyi "Özünüməşğulluğa dəstək – 2023" layihəsi üzrə işsiz şəxslərə aktivlərin verilməsi prosesi davam edib. Özünüməşğulluq proqramının genişləndirilməsində önəmli rol oynayan "Özünüməşğulluğa dəstək – 2023" layihəsinə 23 bank qoşulub. Banklar tərəfindən layihə üzrə 2023-cü ildə 300 işsiz şəxsin kiçik bizneslərinin yaradılması nəzərdə tutulub.
Bank VTB (Azərbaycan)-ın məhsul və xidmətləri haqqında ətraflı məlumatı internet saytından və ya 986 qısa nömrəyə zəng etməklə əldə edə bilərsiz. / banker.az

Banklar     Tarix: 07 dekabr 2023

Oxşar xəbərlər

ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur

ABB-nin ("Azərbaycan Beynəlxalq Bankı" ASC) Bakı Fond Birjasında (BFB) ticarət olunan  səhmlərinin nominal qiymətdən yuxarı səviyyədə ticarəti davam edir. BFB-nin 28 oktyabr 2026-cı il tarixinə olan məlumatların

Mərkəzi Bank maliyyə sektorunun inkişafı üzrə hədəflərinin 15 faizini icra edə bilməyib

Azərbaycan Mərkəzi Bankının 2024–2026-cı illəri əhatə edən Maliyyə Sektorunun İnkişafı Strategiyasında nəzərdə tutulan hədəf və təşəbbüslərin təxminən 85 faizi indiyədək icra olunub. xəbər verir ki, bunu Azərbaycan Mərkəz

Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"

Xarici bankların Azərbaycana gəlməsində maraqlıyıq. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov deyib. Onun sözlərinə görə, AMB-nin xarici bankların Azərbaycana gəlməsində maraqlı olmaması fikri yanlış yanaşmadır

"BOKT-lara demişik ki, bu kreditləşmə bizim üçün maraqlı deyil

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) verdiyi yüksək faizli gündəlik kreditlərlə bağlı tənzimləmə tələblərini daha da sərtləşdirməyi planlaşdırır. xəbər verir ki, bunu Azərbaycan Mərkəz

"Moody’s": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır

Beynəlxalq reytinq agentliyi "Moody"s Ratings" Azərbaycan banklarının kapital və likvidlik ehtiyatlarının kreditləşmənin genişləndirilməsi üçün kifayət qədər olduğunu bildirib. bu barədə reytinq agentliyin

Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu

Yelo Bank yığım vərdişini oyuna, hədəfə çatmağı isə qazanca çevirən yeni əmanət məhsulunu – "Yelo Hədəf"i təqdim edir. Məhsulun əsas yanaşması sadədir: müştəri əmanət açarkən özü üçün hədəf məbləğ müəyyən edir

Azərbaycanda POS-terminalların sayı bir ildə 27 minə yaxın azalıb

2026-cı ilin sentyabr ayında ölkə üzrə fəaliyyət göstərən bankomat və POS-terminalların sayında azalma qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının statistik məlumatlara əsasən xəbər verir. Avqust ayında 3 596 ədə

"PAŞA Kapital" "Ziraat Bank Azərbaycan"ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib

Azərbaycanın kapital bazarlarının liderlərindən biri olan "PAŞA Kapital" İnvestisiya Şirkəti növbəti korporativ istiqraz emissiyasının yerləşdirilməsini uğurla tamamlayıb. Belə ki, "Ziraat Bank Azərbaycan"

Bankların xalis mənfəəti 18,8 faiz artıb, lakin depozit və risk xərcləri də yüksəlib

Azərbaycanın bank sektoru 2026-cı ilin yanvar–sentyabr aylarını mənfəətlə başa vurub. Bankların xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 171 milyon 100 min manat və ya 18,8 faiz artaraq 1 milyard 81 milyon 800 mi


iqtisadi xeberler leobank kart valyuta kurslari biznes qurmaq telefonla pul qazanmaq