VTB uşaqlar üçün düşərgə təşkil etdi
®Bank VTB (Azərbaycan) artıq üçüncü ildir ki, aztəminatlı ailələrdən və sığınacaqlardan olan uşaqlar üçün "Yay düşərgəsi" təşkil edir. Bakıdakı Rus Evi, GİD CSR Consulting və Rus Pravoslav Kilsəsinin Bakı-Azərbaycan yeparxiyası ilə birlikdə VTB Bakıdakı bazar günü məktəblilərini və "Təmiz dünya" sığınacağının balaca sakinlərini bir araya topladı. Budəfəki ikigünlük uşaq düşərgə "Maricel Astara Resort"da təşkil olunmuşdur.
Artıq ənənə halını almış layihənin proqramına əsasən uşaqlar üçün intellektual və idman oyunları, maliyyə savadlılığına dair qısa mühazirələr və faydalı master-klaslar keçirildi. Təlim və oyunlar zamanı gənc iştirakçılar pulun rolu və şəxsi büdcənin aparılması prinsipləri haqqında məlumat əldə edib, əsas bank məhsulları ilə, həmçinin marketinqin əsasları ilə tanış oldular.
Layihənin sonunda VTB (Azərbaycan)-ın İdarə Heyətinin üzvü, Pərakəndə Biznesin İnkişafı Departamentinin Direktoru Y.Borodin, VTB (Azərbaycan)-ın Reklam, Marketinq və Xüsusi Layihələr şöbəsinin rəhbəri K.Danyalova, Bakıdakı Rus Evinin rəhbəri İ.Zinnurov, həmçinin Müqəddəs Arxangel Kilsəsinin baş keşişi Mefodiy ata uşaqlara xatirə hədiyyələri təqdim etdilər.


/ banker.az

Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub
ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə üstələyib
"Rabitəbank"ın Müşahidə Şurası sədrinə müavin təyin edilib
Pekində Azərbaycan dili üçün yeni rəqəmsal resurs yaradılıb — istifadə pulsuzdur
Bill Qeyts kimdir?
5 liderlik göstəricisi
"iPhone 15" modelinin üstünlükləri
SMM nə deməkdir?
Bitcoin necə işləyir?