Xalq Bank 2023-cü ilin II rübünün yekunlarını açıqladı
®2023-cü ilin II rübünün yekunlarına əsasən ASC "Xalq" Bankının aktivləri ötən ilin analoji dövrü ilə müqayisədə 13.4% artaraq 2 871.3 mln manat, kredit portfelinin həcmi 22.9% artaraq 1 810.7 mln manat təşkil etmişdir. Qeyd olunan tarixə Bankın banklar və digər maliyyə institutları istisna olmaqla depozitlərinin həcmi 2 054.1 mln manat təşkil etmişdir ki, bu da 2022-ci ilin II rüb göstəriciləri ilə müqayisədə 20.4% çoxdur.
2023-cü ilin II rübünün sonuna Bankın xalis mənfəəti 37.9 mln manat təşkil etmişdir. Bankın qeyri-faiz gəlirləri ötən ilin analoji dövrü ilə müqayisədə 40.9%, faiz gəlirləri isə 43.3% artmışdır. Hesabat dövrünə Bankın cəmi kapitalı 485.7 mln manat təşkil etmişdir.
Beləliklə, əsas maliyyə göstəriciləri: aktivlərinin, kredit portfelinin, banklar və digər maliyyə institutları istisna olmaqla, depozitlərin həcminə görə Xalq Bank Azərbaycanın ən böyük özəl banklarının üçlüyündə olan yerini qoruyub saxlamışdır.
Xalq Bankın xidmət və məhsulları, eləcə də kampaniyalar və yenilikləri haqqında ətraflı məlumatı Bankın filiallarından, rəsmi Facebook və Instagram səhifələrindən, www.xalqbank.az saytından və 138 Məlumat mərkəzindən əldə etmək mümkündür. / banker.az

"Yapı Kredi Bank Azərbaycan" Hüquq Büro xidmətini satın alır - TENDER ®
Müəssisələr vəsaitlərini qanundankənar xərcləyə bilər - Yeni təklif
"Bank of Baku"da növbədənkənar yığıncaq keçiriləcək – istiqraz məsələsi gündəmdə
Dolların sabaha olan məzənnəsi - AÇIQLANDI
AMB maliyyə qruplarına da nəzarət edəcək
ABB ölkə üzrə ən yaxşı və innovativ rəqəmsal bank elan edildi! ®
Vergi ödəyicilərinin nağd əməliyyatlarına tətbiq olunan limitlər
Bank of Baku subordinasiya istiqrazları buraxmağa hazırlaşır – səhmdarlar növbədənkənar toplanır
Biznes qurmaq istəyənlərə 10 sadə məsləhət
Green Card nədir və onu necə əldə etmək olar?
Hazır biznes, yoxsa sıfırdan qurulan biznes?
Dünyanın TOP-5 bahalı geyim şirkətləri
Layihə menecmenti nədir?