Xalq Bank 2025-ci ilin yekunlarını açıqladı

Xalq Bank 2025-ci ilin yekunlarını açıqladıÖlkənin aparıcı banklarından olan Xalq Bank 2025-ci ili 61 milyon manat mənfəətlə başa vurub.
Bankın yaydığı press-relizdə bildirilir ki, il ərzində əsas maliyyə göstəricilərində artım nümayiş etdirən Bankın aktivlərinin həcmi ötən ilin sonu ilə müqayisədə 4% artaraq hesabat dövrünün sonuna 3 milyard 184 milyon manat təşkil etmişdir.
2025-ci ilin sonunda Bankın kredit portfelinin həcmi 1 milyard 912 milyon manat təşkil etmiş, depozit portfelinin həcmi 2024-cü ilin sonu ilə müqayisədə 7% artaraq 2 milyard 97 milyon manat təşkil etmişdir.
Bankın cəmi kapitalı artaraq 542.5 milyon manata çatmışdır ki, bu da 2024-cü ilin sonu ilə müqayisədə 6% çoxdur.
Qeyd edilib ki, Xalq Bankın faiz gəlirləri 2025-ci ildə 2024-cü illə müqayisədə 24 % artaraq 228,6 milyon manata, qeyri-faiz gəlirləri isə 22% artaraq 52,3 milyon manata yüksəlib.
2025-ci ildə Moody"s Ratings beynəlxalq reytinq agentliyi Xalq Bankın fəaliyyətini təhlil edərək kredit ödəmə qabiliyyətinin baza səviyyəsini (Baseline Credit Assessments) b1 səviyyəsində təsdiqləyib. Agentlik Bankın reytinq üzrə proqnozu "stabil" olmaqla, yerli və xarici valyutada uzunmüddətli depozit reytinqini Ba3 səviyyəsində, yerli və xarici valyutada qısamüddətli və uzunmüddətli kontragent risk reytinqini (CRR) Ba2/NP səviyyəsində təsdiqləyib. Moody"s Ratings ekspertləri BCA b1 qiymətləndirməsini Bankın möhkəm gəlirlilik qabiliyyəti, güclü kapitalı və sabit depozit portfelinə əsaslanan sağlam maliyyə və likvidlik mövqeyi ilə əlaqələndirir.
2025-ci il ərzində Bank maliyyə dayanıqlığının gücləndirilməsi, kapital bazarlarına çıxışın genişləndirilməsi və sosial-mədəni təşəbbüslər üzrə fəaliyyətini genişləndirmişdir.
Xalq Bank ölkədə investisiya xidmətləri üzrə lisenziya alan ilk bank olaraq kapital bazarlarında iştirakını genişləndirmiş, Milli Depozit Mərkəzinə və Bakı Fond Birjasına üzv olmaqla qiymətli kağızların emissiyası və dövriyyəsində birbaşa iştirak edən aparıcı maliyyə institutlarından birinə çevrilmişdir. 2025-ci ilin dekabr ayında Xalq Bank istiqraz buraxılışını həyata keçirərək investorlar üçün yeni investisiya imkanları yaratmışdır.
Eyni zamanda, Bank 2025-ci ildə nizamnamə kapitalını 446.6 milyon manata artırmaqla özünün maliyyə dayanıqlığını möhkəmləndirmişdir.
Xalq Bank 2025-ci ildə beynəlxalq əlaqələrin genişləndirilməsi istiqamətində fəaliyyətini genişləndirmiş, törəmə maliyyə alətləri üzrə əməliyyatların həyata keçirilməsi məqsədilə Xalq Bank və "Commerzbank AG" arasında beynəlxalq təcrübəyə əsaslanan və bazar üçün mühüm əhəmiyyət daşıyan ISDA razılaşması əldə edilmişdir.
2025-ci ildə XalqOnline internet və mobil bankçılıq sistemində SİMA yeni nəsil rəqəmsal imzanın inteqrasiyası bank əməliyyatlarının daha təhlükəsiz, sürətli və rahat həyata keçirilməsinə imkan yaratmış, müştərilərin məsafədən bankçılıq xidmətlərinə çıxışını daha da genişləndirmişdir.
Ötən il ərzində sosial-mədəni təşəbbüslər çərçivəsində Xalq Bankın "Xalq Əmanəti" layihəsi üzrə 2 nəşri təqdim edilmişdir. Layihənin 25-ci buraxılışı Güney Azərbaycan poeziyasına, 26-cı nəşri isə Azərbaycanın görkəmli rəssamı, dəzgah boyakarlığının banisi Mirzə Qədim İrəvaninin həyat və yaradıcılığından bəhs edən bədii alboma həsr olunmuşdur. Bu kitablar layihə çərçivəsində nəşr olunmuş digər nüsxələr kimi milli-mədəni irsin qorunmasına töhfə vermişdir.
2025-ci ildə Xalq Bank idman və ictimai tərəfdaşlıqlar üzrə fəaliyyətini genişləndirmiş, Azərbaycan Boks Federasiyasına üzv olaraq sağlam həyat tərzinin təşviqi və idman infrastrukturunun inkişafına dəstəyini nümayiş etdirmişdir. Həmçinin Bank gənc istedadların inkişafını dəstəkləyərək 31 avqust – 5 sentyabr 2025-ci il tarixlərdə Bakıda keçirilmiş 49-cu Beynəlxalq Proqramlaşdırma Müsabiqəsinin (ICPC – International Collegiate Programming Contest) dünya finalının tərəfdaşı kimi çıxış etmişdir.

Banklar     Tarix: 15 yanvar 2026

Oxşar xəbərlər

İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir

Azərbaycanda İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən ipoteka kreditləri ilə bağlı qaydalara dəyişiklik edilib. Yeniliklər həm kredit götürə biləcək şəxslərə, həm də müraciət prosesinə aiddir. xəbər veri

AMB: Bank Milli İranın fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur

Bank Milli İranın Azərbaycanda fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur.  xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. Onun sözlərinə görə, Bank Milli İranın Azərbaycand

Hər 100 manatdan 71 manatı ödənişə gedib - Azərbaycanda sığorta ödənişləri kəskin artıb

Azərbaycanda sığorta bazarında ödənişlərin artım tempi sığorta haqlarının artım tempini xeyli üstələyib. Azərbaycan Mərkəzi Bankının statistik məlumatlarına istinadən xəbər verir ki, 2026-cı ilin yanvar–sentyabr aylarınd

Nağdsız ödənişlərin artım tempi zəifləyib – Elektron ticarətdə isə geriləmə var

Azərbaycanda dövriyyədə olan ödəniş kartlarının sayı artmaqda davam edir. 2026-cı ilin sentyabr ayının sonuna banklar və "Azərpoçt" MMC üzrə dövriyyədə olan ödəniş kartlarının sayı 23 milyon 388 min ədədə çatıb

Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib

Bir ekosistemi Qarabağın bərpası və yenidən qurulmasına verdiyi töhfələri genişləndirərək, doğma yurdlarına qayıdan vətəndaşların peşəkar inkişafını və əmək bazarına inteqrasiyasını dəstəkləyən yeni təşəbbüsə start verib

Kredit ittifaqlarının vəziyyəti pisləşir: Aktivlər, kreditlər və kapital kəskin azalıb

Azərbaycanda fəaliyyət göstərən kredit ittifaqlarının maliyyə göstəricilərində geriləmə davam edir. 2026-cı ilin sentyabr ayının sonuna sektorun aktivləri, kredit portfeli və kapitalı ötən ilin eyni dövrü ilə müqayisədə əhəmiyyətl

Taleh Kazımov kreditlərə dair ekspertlərin fikirlərini SƏRT TƏNQİD ETDİ - "Həmin maddəni masanın üstünə qoyun

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bank sektorunda izafi likvidliyin artmasının biznes kreditləşməsinə tətbiq edilən sərt prudensial tələblərlə əlaqələndirilməsi barədə fikirlərlə razılaşmır. xəbər veri

Süd vəzi xərçənginə qarşı necə sığortalanmaq olar? ®

Bu xəstəliklə mübarizədə erkən diaqnostika və vaxtında müalicə mühüm rol oynayır. Çünki süd vəzi xərçəngi dünyada qadınlar arasında ən geniş yayılmış onkoloji xəstəlikdir. Ümumdünya Səhiyyə Təşkilatı süd vəzi xərçəngini müasi

Bank sektorunda son vəziyyət - YENİ GÖSTƏRİCİLƏR AÇIQLANDI

30 sentyabr 2026-cı il tarixinə fəaliyyət göstərən 21 bankın filiallarının sayı 507, şöbələrinin sayı 80, ATM-lərin sayı 3,500 olmuşdur. Bank sektorunda çalışanların sayı 27,775 nəfər təşkil etmişdir. Bu barədə Azərbayca


iqtisadi xeberler birbank pul qazanmaq dollarin kursu bu gun valyuta xeberleri