Xalq Bank ağacəkmə aksiyasında iştirak etdi

Xalq Bank ağacəkmə aksiyasında iştirak etdi®Xalq Bankın rəhbər heyəti və əməkdaşları Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə martın 15-də Müşfiqabad qəsəbəsində təşkil olunmuş ağacəkmə aksiyasında iştirak etdi. 
Aksiya Azərbaycan Respublikasının Mərkəzi Bankı, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Banklar Assosiasiyası, Azərbaycan Sığortaçılar Assosiasiyası, Azərbaycan Mikromaliyyə Assosiasiyası, Azərbaycan Fond Bazarı İştirakçıları Assosiasiyası və Azərbaycan Fintex Assosiasiyası arasında imzalanmış 13 mart 2023-cü il tarixli "Anlaşma Memorandumu" əsasında həyata keçirilmişdir. Layihə çərçivəsində 2023-cü ildən başlayaraq 10 il ərzində hər il 100 000 ağac olmaqla, ümumən 1 milyon ağac əkilməsi nəzərdə tutulmuşdur.
Aksiya zamanı meşə massivinin salınması məqsədilə ayrılmış sahədə müxtəlif ağaclar əkilmiş, həmçinin damcılı suvarma sisteminin qurulması işləri həyata keçirilmişdir.
Xalq Bankın xidmət və məhsulları, eləcə də kampaniyalar və yenilikləri haqqında ətraflı məlumatı Bankın filiallarından, rəsmi Facebook və Instagram səhifələrindən, www.xalqbank.az saytından və 138 Məlumat mərkəzindən əldə etmək mümkündür. / banker.az

Banklar     Tarix: 15 mart 2023

Oxşar xəbərlər

Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"

Azərbaycan Mərkəzi Bankı 2026-cı ilin sonunadək valyuta bazarında alışyönümlü müdaxilələrini davam etdirə bilər. Növbəti iki ayda 500 milyon – 1 milyard ABŞ dolları həcmində valyuta alışının həyata keçirilməsi ehtimal olunur

PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®

PAŞA Bank kiçik və orta sahibkarların maliyyələşməyə çıxışını asanlaşdırmaq məqsədilə yeni POS Kredit məhsulunu təqdim edib. Məhsul bankın POS və mobil POS (mPOS) terminallarından istifadə edən hüquqi şəxslərə və fərdi sahibkarlar

Rabitəbank Xankəndidə sahibkarlarla görüş keçirib ®

Rabitəbank Qarabağda sahibkarlığın inkişafının dəstəklənməsi, biznes subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi və regionda dayanıqlı iqtisadi əlaqələrin qurulması istiqamətində fəaliyyətin

İcbari Sığorta Bürosu "We Invest in People – Silver" beynəlxalq akkreditasiyasına layiq görülüb

İcbari Sığorta Bürosu (İSB) insan kapitalının idarə edilməsi, təşkilati mədəniyyətin inkişafı, liderlik, əməkdaşların motivasiyası və peşəkar inkişafı sahəsində tətbiq etdiyi idarəetmə təcrübələrinin beynəlxalq qiymətləndirilməs

Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir

Azərbaycan Mərkəzi Bankı lombardların fəaliyyətinin tənzimlənməsi ilə bağlı qanunvericilik təşəbbüsünün 2027-ci ildə təsdiqlənəcəyinə ümid edir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov oktyabrı

XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus

Xalq Bank və "Baku Electronics" müştərilər üçün əlavə üstünlük qazandıran yeni kampaniyaya start verir. 26 yanvaradək davam edəcək kampaniya çərçivəsində XalqKart sahibləri "Baku Electronics" və "Seve

Azərbaycanda pul bazası 25 milyard manatı ötüb

2026-cı il oktyabrın 30-na Azərbaycanda pul bazasının həcmi 25 milyard 146,1 milyon manata yüksəlib. Bu, sentyabrın sonundakı 24 milyard 817,9 milyon manatla müqayisədə 328,2 milyon manat və ya 1,3% çoxdur. xəbər verir ki

İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu

İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu (ABİF) işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarların maliyyə resurslarına çıxışını genişləndirmək məqsədilə yeni "İşğalda

"PAŞA Kapital" "Ziraat Bank Azərbaycan"ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib

Azərbaycanın kapital bazarlarının liderlərindən biri olan "PAŞA Kapital" İnvestisiya Şirkəti növbəti korporativ istiqraz emissiyasının yerləşdirilməsini uğurla tamamlayıb. Belə ki, "Ziraat Bank Azərbaycan"


iqtisadi xeberler pul qazanmaq valyuta kurslari bitcoin online pul qazanmaq