Xalq Bank beynəlxalq maliyyə bazarında növbəti layihədə iştirak edib

Xalq Bank beynəlxalq maliyyə bazarında növbəti layihədə iştirak edib®Ölkənin aparıcı banklarından olan Xalq Bank Türkiyə Respublikasının Ziraat Bankının dayanıqlı inkişafın maliyyələşdirilməsi kriteriyalı beynəlxalq sindikat kreditləşməsi layihəsində iştirak etmişdir. Məbləği 1.75 milyard dollar məbləğində olan irihəcmli kreditləşmədə 29 ölkədən 69 bank yer almışdır. Layihə üzrə əsas meyar olaraq dayanıqlı kənd təsərrüfatının təşviqi və karbon emissiyalarının azaldılmasını dəstəkləyən layihələrin maliyyələşdirilməsi çıxış edir.
Layihənin kreditləşmə meyarları Xalq Banka dayanıqlı inkişaf və sosial məsuliyyətlə bağlı beynəlxalq standartlara uyğun layihələrə maliyyə dəstəyi vermək imkanı təqdim edir. Xatırladaq ki, davamlı inkişaf və sosial məsuliyyət prinsiplərini dəstəkləyən Xalq Bank 2024-cü ildə Birləşmiş Millətlər Təşkilatının Qlobal Sazişinə (UN Global Compact) qoşulub və Sazişin 10 prinsipini dəstəkləməyi öhdəsinə götürməklə özünün 2024-2026-cı illəri əhatə edən İnkişaf Strategiyasının prioritetlərində də nəzərdə tutulmuş ekoloji, sosial və korporativ idarəetmə istiqamətində fəaliyyət proqramını təkmilləşdirməyə davam edir.
Beynəlxalq sindikat krediti layihəsində iştirak Xalq Banka yeni maliyyə partnyorları ilə əlaqələr qurmağa və qlobal bazarlarda mövqeyini möhkəmləndirməyə imkan verir. Qeyd edək ki, Xalq Bank əvvəlki illərdə də ESG və dayanıqlı inkişaf standartlı sindikat kreditləşməsi layihələrində iştirak etmişdir.
Xalq Bankın məhsul və xidmətləri barədə məlumatları Bankın filial şəbəkəsindən, rəsmi internet səhifəsindən, 138 Çağrı mərkəzindən, həmçinin müxtəlif sosial şəbəkə səhifələrindən əldə etmək olar. / banker.az

Banklar     Tarix: 02 may 2025

Oxşar xəbərlər

Nağdsız ödənişlərin artım tempi zəifləyib – Elektron ticarətdə isə geriləmə var

Azərbaycanda dövriyyədə olan ödəniş kartlarının sayı artmaqda davam edir. 2026-cı ilin sentyabr ayının sonuna banklar və "Azərpoçt" MMC üzrə dövriyyədə olan ödəniş kartlarının sayı 23 milyon 388 min ədədə çatıb

"PAŞA Kapital" "Ziraat Bank Azərbaycan"ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib

Azərbaycanın kapital bazarlarının liderlərindən biri olan "PAŞA Kapital" İnvestisiya Şirkəti növbəti korporativ istiqraz emissiyasının yerləşdirilməsini uğurla tamamlayıb. Belə ki, "Ziraat Bank Azərbaycan"

"Moody’s": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır

Beynəlxalq reytinq agentliyi "Moody"s Ratings" Azərbaycan banklarının kapital və likvidlik ehtiyatlarının kreditləşmənin genişləndirilməsi üçün kifayət qədər olduğunu bildirib. bu barədə reytinq agentliyin

Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı

Azərbaycanda bank müştəriləri kartlarına pul qəbul etmək üçün müəyyənləşdirilmiş gündəlik və aylıq limitlərin artırılmasını istəyə bilərlər. Bunun üçün əməliyyatların məqsədi banka izah edilməli, müraciət əsaslandırılmalıdır

AMB: Bank Milli İranın fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur

Bank Milli İranın Azərbaycanda fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur.  xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. Onun sözlərinə görə, Bank Milli İranın Azərbaycand

İcbari Sığorta Bürosu "We Invest in People – Silver" beynəlxalq akkreditasiyasına layiq görülüb

İcbari Sığorta Bürosu (İSB) insan kapitalının idarə edilməsi, təşkilati mədəniyyətin inkişafı, liderlik, əməkdaşların motivasiyası və peşəkar inkişafı sahəsində tətbiq etdiyi idarəetmə təcrübələrinin beynəlxalq qiymətləndirilməs

Kredit ittifaqlarının vəziyyəti pisləşir: Aktivlər, kreditlər və kapital kəskin azalıb

Azərbaycanda fəaliyyət göstərən kredit ittifaqlarının maliyyə göstəricilərində geriləmə davam edir. 2026-cı ilin sentyabr ayının sonuna sektorun aktivləri, kredit portfeli və kapitalı ötən ilin eyni dövrü ilə müqayisədə əhəmiyyətl

Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar

Dövlət Bankı Azər Türk Bank atb360 mobil tətbiqini yeniləyərək müştərilərinə daha geniş rəqəmsal bankçılıq imkanları təqdim edir. Yenilənmiş dizaynı, optimallaşdırılmış fəaliyyəti və əlavə funksiyaları ilə atb360 istifadəçiləri

İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir

Azərbaycanda İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən ipoteka kreditləri ilə bağlı qaydalara dəyişiklik edilib. Yeniliklər həm kredit götürə biləcək şəxslərə, həm də müraciət prosesinə aiddir. xəbər veri


iqtisadi xeberler biznes xeberleri dollarin kursu bu gun bitcoin internetden pul qazanmaq