Xalq Bank əməliyyatları yeni terminallarda

Xalq Bank əməliyyatları yeni terminallarda®Xalq Bank öz müştəriləri üçün növbəti əlçatan xidmətləri istifadəyə verib. Belə ki, artıq Bankın bütün müştəriləri geniş şəbəkəyə malik eMANAT ödəniş terminalları və EPUL onlayn ödəniş portalı vasitəsilə günün istənilən vaxtı müxtəlif növ mədaxil əməliyyatlarını rahatlıqla icra edə biləcəklər. 
eMANAT terminalları ilə kart balansının artırılması, cari hesaba mədaxil və kredit ödənişi əməliyyatlarını fiziki şəxslər xidmət haqqı olmadan icra edə bilərlər.  
Fərdi sahibkarlar üçün həmin terminal şəbəkəsində cari və kart hesabına mədaxil, hüquqi şəxslər üçün isə cari hesaba mədaxil əməliyyatları təqdim edilir.
EPUL onlayn ödəniş portalı vasitəsilə fiziki şəxslər kredit ödənişi və kart balansının artırılması, fərdi sahibkarlar isə yalnız kart hesabına mədaxil əməliyyatlarını aparmaq imkanını əldə edirlər.
Məlumat üçün bildirmək istərdik ki, Bank daha əvvəl öz müştərilərinə MilliÖn və KorpON ödəniş terminallarında xidmətləri aktiv etmişdi. Beləliklə, artıq Xalq Bank müştəriləri müxtəlif növ mədaxil əməliyyatlarını və ödənişlərini banka gəlmədən daha çox terminal şəbəkəsi vasitəsilə rahatlıqla icra edə biləcəklər.
 Xalq Bankın yeni kart məhsulları – XalqKart PETROL və XalqKart CASHBACK (məhsullara link) kartlarının balansının artırılmasını da bu terminal şəbəkələrində həyata keçirmək mümkündür. 
Bank məhsulları, eləcə də yenikləri haqqında ətraflı məlumatı Xalq Bankın rəsmi Facebook və Instagram səhifələrindən, eləcə də www.xalqbank.az saytından və 138 Məlumat mərkəzindən əldə edə bilərsiniz. / banker.az

Banklar     Tarix: 26 sentyabr 2022

Oxşar xəbərlər

"Bank of Baku" "UiPath" ilə proseslərin robotlaşdırılmasına başlayır

Müştərilərə xidmətdə innovativ həlləri tətbiq edən "Bank of Baku" rəqəmsal transformasiya strategiyası çərçivəsində daha bir addım atıb. Marja xəbər verir ki, Bank of Baku texnologiya lideri olan qlobal "UiPath"

Erkən maliyyə savadlılığı üçün 15 sadə qayda

Martın 16-dan bütün dünyada, o cümlədən Azərbaycanda Qlobal Pul Həftəsi başlandı və martın 22-ə qədər davam edəcək. Qlobal Pul Həftəsi uşaqların erkən yaşlarından maliyyə ilə bağlı bilik və bacarıqlara yiyələnməsi üçün aparıla

AccessBank qeyri-iş günlərində müştərilərinin xidmətində olacaq

()  Müştərilərinə keyfiyyətli və operativ maliyyə həlləri təqdim edən AccessBank qeyri-iş günlərində də fəaliyyət göstərəcək. Bankın bütün filialları 26 və 27 mart tarixlərində saat 09:00-dan 17:00-dək açıq olacaq. Qeyd oluna

Birbank Invest 2.0 təqdim olundu – Azərbaycan kapital bazarında yeni investisiya imkanları

Azərbaycanın bank tərəfindən təqdim olunan ilk müstəqil investisiya tətbiqi Birbank Invest-in 2.0 versiyası istifadəyə verildi. Yenilənən platforma istifadəçilərə yerli və qlobal kapital bazarında daha geniş investisiya imkanları

VTB (Azərbaycan) "A. A. Banişevski adına Bakı Kuboku"nun rəsmi tərəfdaşı olacaq

VTB (Azərbaycan) 19–21 mart 2026-cı il tarixlərində Bakıda keçiriləcək uşaqlar üçün keçiriləcək "A. A. Banişevski adına Bakı Kuboku"nun rəsmi tərəfdaşı olacaq. "A. A. Banişevski adına Bakı Kuboku" L. İ

Ziraat Bank Azərbaycan istehlak kreditlərində bahar kampaniyasını təqdim edib

Ziraat Bank Azərbaycan istehlak kreditləri üzrə bahar kampaniyasını təqdim edərək kredit şərtlərində xüsusi güzəştlər tətbiq edir. Kampaniya çərçivəsində istehlak kreditlərinin faiz dərəcələrinə endirim təqdim edilir. Bununl

Mir Camal Paşayev: "2006-cı ildə hekayəmiz "PAŞA Sığorta"nın təsis edilməsi ilə başladı

"2006-cı ildə hekayəmiz "PAŞA Sığorta"nın təsis edilməsi ilə başladı". Bunu "PAŞA Holding"in Direktorlar Şurasının sədr müavini Mir Camal Paşayev bildirib. VTB-də minimal faiz dərəcəsi ilə nağ

"Qlobal Pul Həftəsi"ndə Bank of Baku-dan yaradıcı müsabiqə – ÖZ PULUNU YARAT

Həyata keçirdiyi layihələr ilə seçilən Bank of Baku gənc nəslin maliyyə dünyasına marağını artırmağı hədəfləyən növbəti təşəbbüsünü reallaşdırıb. Bank 16-22 mart "Qlobal Pul Həftəsi" (Global Money Week) çərçivəsind

ADB ötən il Azərbaycanda layihələrə 39 mln. dollardan çox vəsait ayırıb

2025-ci ildə Asiya İnkişaf Bankı (ADB) ilə əməkdaşlıq çərçivəsində Azərbaycanı da əhatə edən bir sıra regional texniki yardım layihələrinə 39,38 mln. ABŞ dolları vəsait ayrılıb. Layihələr əsasən yaşıl enerji və enerji ötürülməsi


iqtisadi xeberler biznes xeberleri valyuta kurslari bitkoin depozit faizleri