Xalq Bank əməliyyatları yeni terminallarda

Xalq Bank əməliyyatları yeni terminallarda(®) Xalq Bank öz müştəriləri üçün növbəti əlçatan xidmətləri istifadəyə verib.
Belə ki, artıq Bankın bütün müştəriləri geniş şəbəkəyə malik eMANAT ödəniş terminalları və EPUL onlayn ödəniş portalı vasitəsilə günün istənilən vaxtı müxtəlif növ mədaxil əməliyyatlarını rahatlıqla icra edə biləcəklər.
eMANAT terminalları ilə kart balansının artırılması, cari hesaba mədaxil və kredit ödənişi əməliyyatlarını fiziki şəxslər xidmət haqqı olmadan icra edə bilərlər.  
Fərdi sahibkarlar üçün həmin terminal şəbəkəsində cari və kart hesabına mədaxil, hüquqi şəxslər üçün isə cari hesaba mədaxil əməliyyatları təqdim edilir.
EPUL onlayn ödəniş portalı vasitəsilə fiziki şəxslər kredit ödənişi və kart balansının artırılması, fərdi sahibkarlar isə yalnız kart hesabına mədaxil əməliyyatlarını aparmaq imkanını əldə edirlər.
Məlumat üçün bildirmək istərdik ki, Bank daha əvvəl öz müştərilərinə MilliÖn və KorpON ödəniş terminallarında xidmətləri aktiv etmişdi. Beləliklə, artıq Xalq Bank müştəriləri müxtəlif növ mədaxil əməliyyatlarını və ödənişlərini banka gəlmədən daha çox terminal şəbəkəsi vasitəsilə rahatlıqla icra edə biləcəklər.
Xalq Bankın yeni kart məhsulları - XalqKart PETROL və XalqKart CASHBACK (məhsullara link) kartlarının balansının artırılmasını da bu terminal şəbəkələrində həyata keçirmək mümkündür.
Bank məhsulları, eləcə də yenikləri haqqında ətraflı məlumatı Xalq Bankın rəsmi Facebook və Instagram səhifələrindən, eləcə də www.xalqbank.az saytından və 138 Məlumat mərkəzindən əldə edə bilərsiniz. / marja.az

Banklar     Tarix: 26 sentyabr 2022

Oxşar xəbərlər

Enerji xərclərinizi "Unibank"la azaldın

Evinizdə və ya biznesinizdə enerji xərclərini azaltmaq istəyirsiniz? "Unibank" enerji effektivliyi layihələri üçün yeni güzəştli kredit imkanı təqdim edir. Bank Enerji Effektivliyi Fondunun vəsaiti hesabına bu layihələr

BOKT-ların problemli kreditləri üzrə yeni qaydalar hazırlanır

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) problemli kreditləri ilə əlaqədar yeni qaydaların hazırlanması üzərində işləyir. Bunu AMB-nin Bank olmayan kredit təşkilatlarının fəaliyyətinə nəzarə

"Bank Respublika"da növbədənkənar yığıncaq keçiriləcək

"Bank Respublika" ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağını keçirəcək. xəbər verir ki, yığıncaq 19 oktyabr 2026-cı il saat 12:00-da Bankın Bakı şəhəri, Xaqani küçəsi 21 ünvanında yerləşən Baş Ofisində keçiriləcək

"Azərbaycan Sənaye Bankı"na yeni sədr təyin edilib – Uzun müddətdir orada çalışırdı

"Azərbaycan Sənaye Bankı" ASC-nin İdarə Heyətinə yeni sədr təyin edilib. xəbər verir ki, səhdmarların Ümumi Yığıncağının qərarına əsasən bankın İdarə Heyətinin üzvü Sarvan Umudvar oğlu Mikayılov İdarə Heyətini

BOKT-un maliyyə nəticələrində güclü artım

BOKT "EMBAFİNANS" QSC 2026-cı ilin ilk 6 ayını (yanvar - iyun) 6 milyon 684,6 min manat xalis mənfəətlə başa vurub. şirkətin baza emissiya prospektinə əlavə edilmiş 2026-cı ilin yanvar-iyun ayları üzrə maliyyə hesabatların

ABŞ-dən Azərbaycana pul köçürmələri 11% azalıb

2026-cı ilin ilk yarısında ABŞ-dən Azərbaycana fiziki şəxslər tərəfindən $46,5 milyon pul köçürülüb. Bu, ötən ilin eyni dövründəki $52,1 milyonla müqayisədə 10,7% azdır. Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki

"Yelo Bank"da çalışanların sayı açıqlandı

"Yelo Bank" ASC 2026-cı ilin II rübünün yekunlarına əsasən işçi heyətinin dinamikasını açıqlayıb. bu barədə bankın yarımillik hesabatına istinadən xəbər verir. 2026-cı ilin martın 31-nə olan məlumata əsasən bankd

"Access Bank"ın müştərilərini nə gözləyir? — Ekspertdən AÇIQLAMA

"Bank Respublika" ASC və "Access Bank" QSC-nin səhmdarları "Bank Respublika"nın "Access Bank"ın səhmlərinin 100 %-ni almasını nəzərdə tutan strateji əqdin əsas şərtlərini təsdiqləyiblər

ABB partnyorları ilə görüş ®

ABB-nin partnyorları ilə kommunikasiyaların daha da inkişafı, Bankın təqdim etdiyi məhsul və xidmətlər haqqında faydalı rəylərin öyrənilməsi məqsədilə partnyorlarla görüş keçirilib. Görüşdə ABB-nin 80-dən çox partnyoru iştira


iqtisadi xeberler birbank dollar kursu valyuta kurslari bitkoin