Xalq Bank qiymətli metallar üzrə yeni xidmətləri istifadəyə verdi
®Xalq Bank müştərilərinə etibarlı və çevik investisiya imkanları təqdim etməyə davam edərək yeni xidməti istifadəyə verib. Artıq fiziki və hüquqi şəxslər Xalq Bankda qızıl və gümüş metallarından əlavə, fiziki olmayan platin (XPT) və palladium (XPD) metalına yatırımın edilməsindən yararlana bilərlər.
Hazırda qiymətli metal hesabı ən effektiv investisiya alətlərindən biri hesab edilir. Xalq Bankın təqdim etdiyi xidmətdən faydalanmaqla müştərilər sərmayelərini etibarlı şəkildə idarə edə bilərlər. Bu zaman pul vəsaitləri Bankın daxili məzənnəsi ilə qiymətli metala dəyişdirilir və cari metal hesabında saxlanılır. İstənilən vaxt hesabda olan metal qalığı satılaraq yenidən pul vəsaitinə çevrilə bilər.
Qeyd edək ki, Xalq Bankda qiymətli metal hesablarının açılması pulsuzdur və hesaba ilkin mədaxil məbləği tələb olunmur. Bankla bağlanılan bir əqd üzrə qiymətli metalın miqdarı min. 1 XAU/XAG/XPT/XPD təşkil etməlidir.
Müştərilər xidmətdən yararlanmaq üçün Xalq Bankın filiallarına müraciət edə bilərlər.
Xalq Bankın məhsul və xidmətləri barədə məlumatları Bankın filial şəbəkəsindən, rəsmi internet səhifəsindən, 138 Çağrı mərkəzindən, həmçinin müxtəlif sosial şəbəkə səhifələrindən əldə etmək olar. / banker.az

ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur
Cənubi afrikalı yazıçı süni intellektin köməyi ilə 371 kitab yazaraq 1 milyon dollar qazanıb
Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq
AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb
Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı
Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu
Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"
AzInTelecom-un rəqəmsal imza infrastrukturu beynəlxalq "WebTrust for CA" auditindən uğurla keçib
Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri
ATİB sədri Mürsəl Rüstəmov Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə keçirilən mərasimə qatılıb - FOTOLAR
Bitcoin necə işləyir?
Necə Bitcoin almaq olar?
5 liderlik göstəricisi
Yatırım olmadan necə biznes qurmaq olar?
SWIFT nədir?