Xalq Bank və "Bakcell"dən XalqOnline istifadəçiləri üçün hədiyyə danışıq dəqiqələri
®Xalq Bank XalqOnline istifadəçiləri üçün yeni kampaniyaya start verir. İndi XalqOnline mobil tətbiqi vasitəsilə Bakcell nömrələrinin balansını minimum 5 AZN məbləğdə artıran istifadəçilər Bakcell Ulduzumdan zənglər üçün əlavə 15 dəqiqə qazanacaqlar! Kampaniya 5 sentyabr 2023 tarixinədək davam edəcək.
XalqOnline Xalq Bankın fərdi və korporativ müştərilərə xidmət göstərən iOS və Android platformalı mobil və internet bankçılıq sistemidir. Müştərilər tətbiq vasitəsilə kommunal, rabitə ödənişlərini həyata keçirmək, ödəniş şablonları yaratmaqla kart və ölkədaxili/ölkəxarici hesablara köçürmələr etmək, valyuta alqı-satqısı həyata keçirmək, bank hesabları və XalqKart loyallıq layihəsi üzrə bonus və qalığa hesablanmış faizlər haqqında ətraflı məlumat əldə etmək imkanına malikdirlər.
Bank xidmət və məhsulları, eləcə də kampaniyalar və yenilikləri haqqında ətraflı məlumatı Xalq Bankın rəsmi Facebook və Instagram səhifələrindən, eləcə də www.xalqbank.az saytından və 138 Məlumat mərkəzindən əldə edə bilərsiniz. / banker.az

ABB-nin Özbəkistan bankının nəzarət səhm paketini alması üzrə əqdin dəyərinin 100 milyon dollardan çox olacağı proqnozlaşdırılır
YAP-ın Sabunçu təşkilatı və "Balakhani Operating Company LTD"nin birgə təşəbbüsü ilə ağacəkmə aksiyası keçirilib
Biznes nədir və hansı növləri var?
Elon Musk kimdir?
SMM nə deməkdir?
İban nədir?
Biznes planı necə yazmaq lazımdır?