"Xalq" Bankın İdarə Heyəti yeni tərkibdə təsdiqlənib
3 illik strateji planın icra müddətinin yekunlaşması ilə ASC "Xalq" Bankının İdarə Heyətinin yeni müddətə tərkibi təsdiq edilib.
2004-cü ildə təsis edilmiş ASC "Xalq" Bankı ölkənin sistem əhəmiyyətli banklarından biridir. Hazırda Bank əsas maliyyə göstəriciləri üzrə, o cümlədən aktivlər, kredit və depozit portfeli, kapitalının həcminə görə ölkənin ən böyük bankları arasındadır. Bankın İdarə Heyəti tərəfindən 3 illik strategiya planı uğurla icra olunmuş, yüksək nəaliyyətlər əldə edilmiş və planda qarşıya qoyulmuş bütün hədəflərə nail olunmuşdur. Yüksək nəticələr məhsul və xidmətlərin davamlı olaraq təkmilləşdirilməsi, müştəri xidmətinin keyfiyyətinin yüksəldilməsi, yeni rəqəmsal həllərin tətbiqi və inkişaf etdirilməsi sayəsində əldə edilmişdir.
Bankın yeni tərkibdə İdarə Heyəti 2024-2026-cı illər üçün hazırlanmış strateji inkişaf planına uyğun fəaliyyət göstərəcək. Yeni strategiya bazar mövqeyini gücləndirmək, dayanıqlı inkişaf və artım, sağlam maliyyə vəziyyəti və yüksək əməliyyat gəlirliliyinin təmin edilməsinə əsaslanır. Növbəti mərhələdə də Bank öz fəaliyyətində müştərilərə peşəkar, müasir və rahat bankçılıq xidmətlərinin göstərilməsini, eləcə də müştəri məmnuniyyətinin təmin edilməsini əsas tutmuşdur. / banker.az

"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri
Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə üstələyib
ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb
Ən çox gəlir gətirən onlayn bizneslər
ZARA-nın uğur hekayəsi
ChatGPT nədir və ChatGPT necə istifadə edilir?
Onlayn mağazalarda edilən TOP-5 səhvlər nələrdir?
Onlayn biznes ideyaları