"Xalq" Bankının İdarə Heyəti yeni tərkibdə təsdiqlənib
3 illik strateji planın icra müddətinin yekunlaşması ilə ASC "Xalq" Bankının İdarə Heyətinin yeni müddətə tərkibi təsdiq edilib.
Bu barədə Marja.az-a Bankdan bildirilib.
Qeyd edilib ki, 2004-cü ildə təsis edilmiş ASC "Xalq" Bankı ölkənin sistem əhəmiyyətli banklarından biridir. Hazırda Bank əsas maliyyə göstəriciləri üzrə, o cümlədən aktivlər, kredit və depozit portfeli, kapitalının həcminə görə ölkənin ən böyük bankları arasındadır. Bankın İdarə Heyəti tərəfindən 3 illik strategiya planı uğurla icra olunmuş, yüksək nəaliyyətlər əldə edilmiş və planda qarşıya qoyulmuş bütün hədəflərə nail olunmuşdur. Yüksək nəticələr məhsul və xidmətlərin davamlı olaraq təkmilləşdirilməsi, müştəri xidmətinin keyfiyyətinin yüksəldilməsi, yeni rəqəmsal həllərin tətbiqi və inkişaf etdirilməsi sayəsində əldə edilmişdir.
"Bankın yeni tərkibdə İdarə Heyəti 2024-2026-cı illər üçün hazırlanmış strateji inkişaf planına uyğun fəaliyyət göstərəcək. Yeni strategiya bazar mövqeyini gücləndirmək, dayanıqlı inkişaf və artım, sağlam maliyyə vəziyyəti və yüksək əməliyyat gəlirliliyinin təmin edilməsinə əsaslanır. Növbəti mərhələdə də Bank öz fəaliyyətində müştərilərə peşəkar, müasir və rahat bankçılıq xidmətlərinin göstərilməsini, eləcə də müştəri məmnuniyyətinin təmin edilməsini əsas tutmuşdur",- Bnakdan bildirilib.
ASC "Xalq" Bankının İdarə Heyətinin tərkibi ilə buradan tanış ola bilərsiniz.
Hazırda Kamran Nazim oğlu Məcidov İdarə Heyətinin Sədri, Natella Fikrət qızı Şahverdiyeva İdarə Heyəti Sədrinin birinci müavini, Rumiyə Ağa Cəfər qızı Məmmədova İdarə Heyəti Sədrinin müavini, Baş İnformasiya Texnologiyaları İnzibatçısı, Nigar Aqşin qızı Biləndərli İdarə Heyəti Sədrinin müavini, Baş Kommersiya inzibatçısı, Nazim Aydın oğlu İbrahimov İdarə Heyətinin üzvü, Hesablaşmalar Baş İdarəsinin rəisi, Nəbi Məcid oğlu Nəbiyev Udarə Heyətinin üzvü, Baş Maliyyə inzibatçısı, Maliyyə İdarəsinin rəisidir.

Bank Respublika sahibkarlara "FAİZSİZ 100 GÜN" kampaniyasına start verib
"Yapı Kredi Bank Azərbaycan" Hüquq Büro xidmətini satın alır - TENDER ®
Rusiyadan Azərbaycana pul köçürmələri 67% artıb
Trampın sərvəti 2024-cü il seçkilərindən sonra 2,7 milyard dollar artıb
Müəssisələr vəsaitlərini qanundankənar xərcləyə bilər - Yeni təklif
ABB partnyorları ilə görüş ®
"Yelo Bank"ın Müşahidə Şurasında dəyişiklik olub
Mərkəzi Bankında departamentin adı dəyişdirilib, yeni şöbə yaradılıb
Mərkəzi Bankın bina və avadanlıqlarının sığortası 905 min manata başa gələcək
Dolların sabaha olan məzənnəsi - AÇIQLANDI
Evdə biznes qurmağın yolları
SEO nədir və Google axtarışda necə 1-ci olaq?
Dizaynerlər üçün TOP-5 Freelance sayt
Biznes nədir?
SMM nədir?