"Xalq Sığorta"nın mənfəəti artıb – şirkət 2025-ci ili 6 milyon manatdan çox qazanc ilə tamamlayıb

Xalq Sığorta 2025-ci il üzrə maliyyə nəticələrini açıqlayıb. Şirkət ötən ili 6 milyon 5 min manat xalis mənfəətlə başa vurub. Bu göstərici 2024-cü ildə qeydə alınmış 4 milyon 791 min manat mənfəətlə müqayisədə daha yüksəkdir.
Maliyyə hesabatına əsasən, 2025-ci ildə şirkətin ümumi gəlirləri 30 milyon 885 min manat təşkil edib ki, bu da illik müqayisədə 7,1 % artım deməkdir. Hesabat dövründə xərclər 25 milyon 90 min manat olub və əvvəlki ilə nisbətən 0,9 % artıb.
Şirkət il ərzində 1 milyon 615 min manat fövqəladə gəlir əldə edib ki, bu da əvvəlki illə müqayisədə 51,9 % çoxdur. Eyni zamanda fövqəladə xərclər 909 min manat təşkil edib və bu göstərici 3,9 dəfə artım göstərib. 2025-ci ildə şirkət 497 min manat mənfəət vergisi ödəyib, halbuki əvvəlki ildə mənfəət vergisi ödənişi olmayıb.
2026-cı ilin 1 yanvar tarixinə olan məlumata görə, şirkətin aktivləri 93 milyon 484 min manata çatıb ki, bu da 5 % artım deməkdir. Bu dövrdə öhdəliklər 29 milyon 631 min manata enərək 0,5 % azalıb, balans kapitalı isə 63 milyon 854 min manata yüksələrək 7,8 % artıb.
Qeyd edək ki, Xalq Sığorta 2004-cü ildə yaradılıb. Şirkətin nizamnamə kapitalı 58 milyon 750 min manatdır. Səhmlərin 50 %-i "İdeal Business Co." MMC-yə, digər 50 %-i isə "Euro Standard" MMC-yə məxsusdur. "Euro Standard" MMC isə Xalq Bank ASC-nin 33,85 %-lik səhmdarıdır.

Banklar     Tarix: 10 aprel 2026

Oxşar xəbərlər

AccessBank qadın sahibkarların inkişafına Access2Success ilə yenidən dəstək verir

Access2Success layihəsi bu il beşinci dəfə qadın sahibkarları bir araya gətirir. AccessBank-ın təşəbbüsü və Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) dəstəyi ilə həyata keçirilən proqram qadınların biznes biliklərin

Sürətli pul köçürmələri ilə daxil olan vəsait 1,5 milyard manatı keçib

2026-cı ilin yanvar–sentyabr aylarında sürətli pul köçürmə sistemləri vasitəsilə Azərbaycan banklarına 1 milyard 523,1 milyon manat vəsait daxil olub. Bu, ötən ilin eyni dövründəki 1 milyard 306,7 milyon manatla müqayisəd

Bank yeni konseptli ilk filialı ilə Gəncədə

Ölkənin birinci bankı Kapital Bank rəqəmsal bankçılığın imkanlarını fiziki məkanın üstünlükləri ilə birləşdirən yeni filial formatını təqdim edib. Yeni formatda ilk filial isə Gəncə şəhərində açılıb. Yeni konseptin üstünlüy

PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib

PAŞA Bank Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA) təşkilatçılığı ilə keçirilən "Mikromaliyyədə İnvestisiya və Dayanıqlı İnkişaf" mövzulu 12-ci AMFA Konfransında iştirak edib. Azərbaycanda mikromaliyyə sektorunu

ABB-nin dəstəyi ilə ölkəmizdə ilk ixtisaslaşmış beynəlxalq daşınmaz əmlak və investisiya sərgisi keçirildi

Bakı Ekspo Mərkəzində Azərbaycanın ilk ixtisaslaşmış beynəlxalq daşınmaz əmlak və investisiya sərgisi olan "AIREX 2026" keçirilib. Müxtəlif ölkələrdən 70-dən çox yerli və beynəlxalq şirkətin iştirak etdiyi sərgiy

"Bank Respublika" mühüm təyinat baş tutub

"Bank Respublika" ASC-də yeni kadr təyinatı olub. xəbər verir ki, Cəfər Həmidov bankın baş texnologiya direktoru (CTO) vəzifəsinə təyin edilib. O, 2026-cı ilin oktyabrından etibarən yeni vəzifəsinin icrasına başlayıb

Ziraat Bank Azərbaycan – maliyyə xidmətləri ilə yanaşı, inklüziv cəmiyyətin formalaşmasına da dəstək verir

Ziraat Bank Azərbaycan korporativ sosial məsuliyyət strategiyası çərçivəsində inklüzivliyin təşviqi və ekoloji maarifləndirmə məqsədilə keçirilən "Təbiətin Dostları Festivalı"nın baş sponsoru olub. Mərkəzi Nəbata

Banklarda ən sərfəli manatla əmanətlər – Noyabr 2026

olaraq banklarda 2026-cı ilin noyabr ayı üçün manat ilə müddətli əmanətlər üzrə təkliflərini araşdırıb. Araşdırmalara görə , 12 aylıq əmanətlər üzrə ən yüksək illik faiz dərəcəsini 10.5% təklif edilir. Bankların manatla depozi

Kino biletləri də ABB mobile tətbiqində

Müştərilərin həyat tərzi tərəfdaşı olan ABB bu sahədə imkanların daha da genişləndirilməsi üçün yeni tərəfdaşlıqlar qurur. 3 noyabr 2026-cı ildə Bankla CineMastercard şirkəti arasında əməkdaşlıq sənədi imzalanıb. Sənəd kinoteatrlard


iqtisadi xeberler avtomobil xeberleri dollarin kursu bu gun emlak xeberleri leobank kart