"Xəngəland"ın sahibkarı: "Bizdə heç bir problem yoxdur, 2 gündür FHN generalının icazəsini gözləyirik"

Xəbər verildiyi kimi,Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Səbail rayonu, Mehdi Hüseyn küçəsi, ev 88, mənzil 5 ünvanında yerləşən Əhmədov Sabir Faiq oğluna məxsus "Xəngəland" kafesinin fəaliyyəti dayandırılıb. 
FED.az xatırladır ki, FHN-in bununla bağlı noyabrın 4-də yaydığı açıqlamada kafedə bəzi qanun pozuntularının aşkarlandığı bildirilirdi.
Bura kafedə propan qaz balonlarından istifadə, ehtiyat yanğın çıxışının olmaması, avtomatik yanğından xəbərdaredici qurğuların olmaması, tüstü bacalarının təmizlənməməsi, ynağınsöndürənlərin qoyulmaması aiddir. 
Bu səbəbləri əsas tutaraq FHN kafenin fəaliyyətini noyabrın 1-də dayandırıb və bu barədə noyabrın 4-də ictimaiyyətə açıqlama yayıb. 
Bununla yanaşı, "Xəngəland"ın özündə səsləndirilən ittihamların bir hissəsi ilə razılaşmırlar.
Kafenin sahibi Sabir Əhmədov, FED.az-a bildirib ki, "Xəngəland" yay aylarında 3 aydan artıq davam edən əsaslı təmirdən sonra cəmi 20 gün əvvəl fəaliyyətini bərpa edib: "Təmir zamanı kafedə bütün avadanlıqları dəyişmişik, stol-stuldan tutmuş mətbəx avadanlıqlarına qədər bütün əşyalar yenilənib. Bəzi kiçik işlər isə tədricən aradan qaldırılırdı".
Sahibkarın sözlərinə görə, obyektdə qaz balonlarından istifadə və ehtiyat çıxışın normalara uyğun gəlməməsi barədə iradlar haqlıdır, yanğın siqnalizasiyası da yoxdur, amma o artıq sifariş verilmişdi və bir neçə günə quraşdırılacaqdı. Əvəzində FHN-in dediyinin əksinə olaraq kafedə yanğın söndürənlər var, sadəcə Xidmət obyektdə 5 yanğınsöndürənin olmasını tələb edib, burada isə 3 qurğu olub, eyni zamanda tüstü bacalarının təmizlənməməsi barədə deyilənlər həqiqətə uyğun deyil: "Təsəvvür edin, qaydaya görə, bu qurğular 3 aydan bir təmizlənməlidir. Bizim tüstü bacası isə tamamilə yenidir və bir aydır ki quraşdırılıb, onun təmizlənməsinə ehtiyacı yox idi". 
Bununla yanaşı, sahibkarın sözlərinə görə, Dövlət Yanğın Nəzarəti Xidmətinin obyektlə bağlı iradları dərhal aradan qaldırılıb. 
"Obyektdə siqnalizasiya qurğusu quraşdırıldı, Xidmətin tələb etdiyi daha 2 yanğınsöndürən də alınaraq obyektdə gətirildi, ehtiyat çıxışın da yolu təmizləndi və artıq bu problem də aradan qaldırılıb". 
Bundan başqa, sahibkarın sözlərinə görə, avadanlıqların tamamilə təzə olmasına və cəmi 15-20 gün istifadə edilməsinə baxmayaraq xidmətin iradlarının olmaması üçün tüstü bacası da yenidən təmizlənib. Obyektdəki qaz balonları da yığışdırılıb və elektrik plitəsi alınaraq quraşdırılıb. 
Sabir Əhmədovun sözlərinə görə, bütün bu işlər 1 gün ərzində, noyabrın 2-də yerinə yetirilib və bununla bağlı Dövlət Yanğın Nəzarəti Xidmətinin bu əraziyə baxan 2 saylı idarəsinin rəhbərliyinə məlumat verilib: "İdarənin rəhbəri İlqar müəllimə və xidmətə, həm də nazirliyə bildirdik ki, bütün iradlar aradan qaldırılıb". 
Amma obyektin yenidən fəaliyyətə başlamasına icazə almaq mümkün olmayıb. 
FED.az xatırladır ki, FHN-in bu obyektdəki çatışmazlıqlar və onun səbəbindən fəaliyyətini dayandırması barədə məlumat noyabrın 4-də yayılıb. Başqa sözlə, noyabrın 2-də bütün iradların aradan qaldırılmasına və bu barədə FHN-ə məlumat verilməsinə baxmayaraq, Xidmət nəinki restorana yenidən baxış keçirməyib və onun xidmətinə icazə verməyib, hətta iradların aradan qaldırıldığı barədə məlumatlı olduğu halda noyabrın 4-də bu barədə ictimaiyyətə məlumat yayıb. 
Sahibkar bu barədə Fövqəladə Hallar Nazirliyinə və Xidmətə məlumat versə də, obyektin fəaliyyətinə nə vaxt icazə veriləcəyi barədə məlumat ala bilməyib. Onlara bildirilib ki, obyektin işə düşməsi üçün FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin rəisi Hikmət Abbasov icazə verməlidir: "Bizə bildirdilər ki, obyektin açılmasına general Hikmət Abbasov özü icazə verməlidir, biz də gözləyirik". 

Biznes     Tarix: 04 noyabr 2022

Oxşar xəbərlər

"Gənclər evi" sahibkarlıq fəaliyyəti ilə məşğul ola biləcək

"Gənclər evi" sahibkarlıq fəaliyyətini həyata keçirə bilər. "7 il ərzində tətbiq edilən vergi güzəştlərinin nəticəsini görürük" - Mikayıl Cabbarov .  biznes və maliyyə xəbərləri portalı xəbər verir ki

Ufuk Aydın: "Azərbaycanda yerli və türk şirkətləri arasında sağlam rəqabət formalaşıb"

Azərbaycanda biznes mühiti son illərdə daha sağlam və peşəkar formaya keçib, xüsusilə xarici şirkətlərlə bağlı tətbiq olunan qaydalar bazarda keyfiyyətli seçim formalaşdırıb. xəbər verir ki, bunu Azərbaycanda fəaliyyət göstərə

Milyonçu sahibkarlar "10 manatlıq" şirkətlərinə görə - Məsuliyyət daşıyırmı?

Bu gün ölkəmizdə şirkət yaratmaq, bizneslə məşğul olmaq üçün kifayət qədər əlçatan şərait yaradılıb və istənilən şəxs qanuni əsaslarla kommersiya məqsədli şirkət təsis edə, sahibkar kimi fəaliyyət göstərə bilir. 10 manatlı

Prezident bir qrup sahibkarı "Tərəqqi" medalı ilə təltif edib - SƏRƏNCAM - SİYAHI

Prezident İlham Əliyev sahibkarlıq fəaliyyəti sahəsində fərqlənən şəxslərin "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.  biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, Sərəncama əsasə

"7 Gözəl" şadlıq evində də nöqsanlar aşkar edilib

Azərbaycan  Qida Təhlükəsizliyi Agentliyinin Qarabağ regional bölməsinin əməkdaşları tərəfindən Ağcabədi rayonu, B.Sərdarov küçəsi ünvanında fəaliyyət göstərən sahibkar Quliyev Pərviz Əlayiq oğluna məxsus "7 Gözəl "

NEQSOL Holding şirkətləri Azərbaycanda ən iri vergi ödəyiciləri sırasında

NEQSOL Holding tərkibində fəaliyyət göstərən dörd şirkət Azərbaycan Respublikasının Dövlət Vergi Xidməti tərəfindən açıqlanan 2025-ci il üzrə Azərbaycanın ən böyük 100 vergi ödəyicisi siyahısına daxil edilib.  biznes və maliyy

ADRA-da ticarət şəbəkələri ilə əməkdaşlıq məsələləri müzakirə edilib - FOTOLAR

Azərbaycan Dövlət Reklam Agentliyində İdarə Heyəti sədrinin müşaviri Elmar Abasovun rəhbərliyi və Agentliyin aidiyyəti struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə Azərbaycanda fəaliyyət göstərən iri ticarət şəbəkələrin

Azərbaycanlı milyarder 1 gündə 51 milyon dollar itirdi

Azərbaycan əsilli rusiyalı iş adamı, "Lukoil" şirkətinin təsisçisi Vahid Ələkbərovun sərvətində dəyişiklik qeydə alınıb. Lukoil-dan alınan İraqın iri neft yatağı ABŞ şirkətinə verilir.   biznes və maliyyə xəbərlər

Azərbaycanda biznes niyə artıq "köhnə qaydada" işləmək istəmir?

Azərbaycanda hər il aprelin 25-i Sahibkarlar Günü kimi qeyd olunur.  biznes və maliyyə xəbərləri portalı "Qafqazinfo"ya istinadən xəbər verir ki, ölkəmizdə sahibkarlıq mühiti son illərdə təkcə iqtisadi göstəricilə


iqtisadi xeberler internetden pul qazanmaq kicik biznes emlak xeberleri online pul qazanmaq