"Xəngəland"ın sahibkarı: "Bizdə heç bir problem yoxdur, 2 gündür FHN generalının icazəsini gözləyirik"

Xəbər verildiyi kimi, Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Səbail rayonu, Mehdi Hüseyn küçəsi, ev 88, mənzil 5 ünvanında yerləşən Əhmədov Sabir Faiq oğluna məxsus "Xəngəland" kafesinin fəaliyyəti dayandırılıb. 
 xatırladır ki, FHN-in bununla bağlı noyabrın 4-də yaydığı açıqlamada kafedə bəzi qanun pozuntularının aşkarlandığı bildirilirdi.
Bura kafedə propan qaz balonlarından istifadə, ehtiyat yanğın çıxışının olmaması, avtomatik yanğından xəbərdaredici qurğuların olmaması, tüstü bacalarının təmizlənməməsi, ynağınsöndürənlərin qoyulmaması aiddir. 
Bu səbəbləri əsas tutaraq FHN kafenin fəaliyyətini noyabrın 1-də dayandırıb və bu barədə noyabrın 4-də ictimaiyyətə açıqlama yayıb. 
Bununla yanaşı, "Xəngəland"ın özündə səsləndirilən ittihamların bir hissəsi ilə razılaşmırlar.
Kafenin sahibi Sabir Əhmədov, -a bildirib ki, "Xəngəland" yay aylarında 3 aydan artıq davam edən əsaslı təmirdən sonra cəmi 20 gün əvvəl fəaliyyətini bərpa edib: "Təmir zamanı kafedə bütün avadanlıqları dəyişmişik, stol-stuldan tutmuş mətbəx avadanlıqlarına qədər bütün əşyalar yenilənib. Bəzi kiçik işlər isə tədricən aradan qaldırılırdı".
Sahibkarın sözlərinə görə, obyektdə qaz balonlarından istifadə və ehtiyat çıxışın normalara uyğun gəlməməsi barədə iradlar haqlıdır, yanğın siqnalizasiyası da yoxdur, amma o artıq sifariş verilmişdi və bir neçə günə quraşdırılacaqdı. Əvəzində FHN-in dediyinin əksinə olaraq kafedə yanğın söndürənlər var, sadəcə Xidmət obyektdə 5 yanğınsöndürənin olmasını tələb edib, burada isə 3 qurğu olub, eyni zamanda tüstü bacalarının təmizlənməməsi barədə deyilənlər həqiqətə uyğun deyil: "Təsəvvür edin, qaydaya görə, bu qurğular 3 aydan bir təmizlənməlidir. Bizim tüstü bacası isə tamamilə yenidir və bir aydır ki quraşdırılıb, onun təmizlənməsinə ehtiyacı yox idi". 
Bununla yanaşı, sahibkarın sözlərinə görə, Dövlət Yanğın Nəzarəti Xidmətinin obyektlə bağlı iradları dərhal aradan qaldırılıb. 
"Obyektdə siqnalizasiya qurğusu quraşdırıldı, Xidmətin tələb etdiyi daha 2 yanğınsöndürən də alınaraq obyektdə gətirildi, ehtiyat çıxışın da yolu təmizləndi və artıq bu problem də aradan qaldırılıb". 
Bundan başqa, sahibkarın sözlərinə görə, avadanlıqların tamamilə təzə olmasına və cəmi 15-20 gün istifadə edilməsinə baxmayaraq xidmətin iradlarının olmaması üçün tüstü bacası da yenidən təmizlənib. Obyektdəki qaz balonları da yığışdırılıb və elektrik plitəsi alınaraq quraşdırılıb. 
Sabir Əhmədovun sözlərinə görə, bütün bu işlər 1 gün ərzində, noyabrın 2-də yerinə yetirilib və bununla bağlı Dövlət Yanğın Nəzarəti Xidmətinin bu əraziyə baxan 2 saylı idarəsinin rəhbərliyinə məlumat verilib: "İdarənin rəhbəri İlqar müəllimə və xidmətə, həm də nazirliyə bildirdik ki, bütün iradlar aradan qaldırılıb". 
Amma obyektin yenidən fəaliyyətə başlamasına icazə almaq mümkün olmayıb. 
 xatırladır ki, FHN-in bu obyektdəki çatışmazlıqlar və onun səbəbindən fəaliyyətini dayandırması barədə məlumat noyabrın 4-də yayılıb. Başqa sözlə, noyabrın 2-də bütün iradların aradan qaldırılmasına və bu barədə FHN-ə məlumat verilməsinə baxmayaraq, Xidmət nəinki restorana yenidən baxış keçirməyib və onun xidmətinə icazə verməyib, hətta iradların aradan qaldırıldığı barədə məlumatlı olduğu halda noyabrın 4-də bu barədə ictimaiyyətə məlumat yayıb. 
Sahibkar bu barədə Fövqəladə Hallar Nazirliyinə və Xidmətə məlumat versə də, obyektin fəaliyyətinə nə vaxt icazə veriləcəyi barədə məlumat ala bilməyib. Onlara bildirilib ki, obyektin işə düşməsi üçün FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin rəisi Hikmət Abbasov icazə verməlidir: "Bizə bildirdilər ki, obyektin açılmasına general Hikmət Abbasov özü icazə verməlidir, biz də gözləyirik".  / fed.az

Biznes     Tarix: 05 noyabr 2022

Oxşar xəbərlər

Azərbaycanda kiçik biznesin yalnız 25%-nin krediti var - RƏQƏMLƏR

Azərbaycanda 2030-cu ilə maliyyə institutundan ən azı bir cari krediti və ya kredit xətti olan mikro, kiçik və orta biznes subyektlərinin – MKOB-ların bütün MKOB-ların sayına nisbətinin 36 faizə çatdırılması nəzərdə tutulur

Orxan Məmmədov: "Tacikistan bazarına çıxmaq istəyən şirkətlərə yardım etməyə hazırıq"

Azərbaycan və Tacikistan arasındakı siyasi dialoqun yüksək səviyyəsi işgüzar dairələrin arasında eyni dərəcədə fəal əməkdaşlıqla müşayiət olunmalıdır. Pakistan vətəndaşları Azərbaycanda yeni şirkətlər - YARADIBLAR. xəbə

Azərbaycanda 2 şirkət "Təbii inhisar subyektlərinin Siyahısı"ndan çıxarılıb

Nazirlər Kabineti 1 avqust 2024-cü il tarixli qərarı ilə təsdiq edilmiş "Təbii inhisar subyektlərinin Siyahısı"nda dəyişiklik edib.  biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bununla bağlı Baş nazir Əl

"Bir uşağın sabahına işıq ol!" şüarı ilə 22-ci Ənənəvi Xeyriyyə Sərgisi keçirilib – FOTOLAR 

İyunun 5-də Gəncliyə Yardım Fondunun təşkilatçılığı ilə "Bir uşağın sabahına işıq ol!" şüarı ilə 22-ci Ənənəvi Xeyriyyə Sərgisi keçirilib. biznes və maliyyə xəbərləri portalına bu barədə Azərbaycan-Türkiyə İş Adamlar

Trendyol və PAŞA Holding-in dəstəyi ilə gənc qadınlar üçün süni intellekt düşərgəsi keçirilib - FOTOLAR

Qadınların süni intellekt sahəsində iştirakı son illərdə texnoloji inkişafın əsas müzakirə mövzularından birinə çevrilib. Fərqli baxış bucaqlarının innovasiyanın keyfiyyətinə birbaşa təsir etdiyi vurğulandıqca, bu sahəd

AZPROMO: Ötən il 50-yə yaxın yerli şirkət 6 beynəlxalq sərgiyə qatılıb

Ötən il 50-yə yaxın yerli şirkət "Made in Azerbaijan" brendi altında 6 beynəlxalq sərgidə iştirak edib. AZPROMO: Ələt Azad İqtisadi Zonasında Karqo Kəndi yaradılır.  biznes və maliyyə xəbərləri portalı xəbər veri

Pakistan vətəndaşları Azərbaycanda yeni şirkət - YARADIBLAR

Bu ilin fevral ayının 3-də "SS Enterprises 26" MMC (VÖEN: 1704152461) və "Junaid Khan" MMC dövlət qeydiyyatına alınıb. Xankəndidə 2 milyon manat kapital ilə yeni şirkət - YARADILIB. biznes və maliyyə xəbərlər

NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir

NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstək məqsədilə "YAŞAT" Fondu ilə əməkdaşlığını davam etdirir. Əməkdaşlıq çərçivəsində bu ildən etibarən "YAŞAT" Fondunun təşkilatçılığı ilə "Zərif Görüş"

Qəbələdə Azərbaycan-Çexiya biznes-forumu keçirilib - FOTOLAR

Aprelin 27-də Qəbələdə Azərbaycan Prezidenti İlham Əliyevin və Çex Respublikasının Baş naziri Andrey Babişin iştirakı ilə Azərbaycan-Çexiya biznes-forumu keçirilib.  biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, Azərbayca


iqtisadi xeberler bitkoin internetden pul qazanmaq pul qazanmaq iqtisadiyyat xeberleri