Yanvarda bankların əmanət portfeli artıb
Yanvar ayında bankların əmanət portfeli (sahibkarlıqla məşğul olan fiziki şəxslər istisna olmaqla) 1.8% və ya 203.8 milyon manat artmışdır.
Bu barədə Marja-ya Mərkəzi Bankdan bildirilib.
Qeyd edilib ki, əmanət portfelinin 53%-i (6 milyard 196.3 milyon manat) müddətli əmanətlərdən ibarətdir.
31 Dekabr 2023-cü il tarixində bankların öhdəliklərin strukturunda depozit portfeli üstünlük təşkil edir (cəmi öhdəliklərin 82%-i və ya 32 milyard 968.8 milyon manat). Depozit portfelinin 64.6%-ni (21 milyard 282 milyon manat) hüquqi şəxslərin depozitləri, 35.4%-ni (11 milyard 686.8 milyon manat) fiziki şəxslərin depozitləri (əmanət portfeli) təşkil edib.
Fiziki şəxslərin əmanətlərinin dollarlaşması yanvar ayında ilin əvvəlinə nəzərən 0.4 faiz bəndi, əvvəlki ilin müvafiq dövrünə nəzərən isə 0.5 faiz bəndi azalaraq 38.8% təşkil etmişdir. / marja.az

Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
"Rabitəbank"ın Müşahidə Şurası sədrinə müavin təyin edilib
Pekində Azərbaycan dili üçün yeni rəqəmsal resurs yaradılıb — istifadə pulsuzdur
Rabitəbank Xankəndidə sahibkarlarla görüş keçirib ®
Expressbank Bərdədə 300 ağac əkib
Dünyanın TOP-5 bahalı geyim şirkətləri
SEO nədir və Google axtarışda necə 1-ci olaq?
Layihə menecmenti nədir?
2026-ci ilin TOP-5 onlayn biznes ideyası
Dropshipping nədir?