"Yapı Kredi Bank Azərbaycan" bu sertifikatı Azərbaycanda əldə edən ilk bank oldu

(®)"Yapı Kredi Bank Azərbaycan" QSC  ISO 14001:2015 "Ətraf Mühiti İdarəetmə Sistemi" üzrə beynəlxalq sertifikatı Azərbaycan Respublikasında əldə edən ilk bank oldu!
Beynəlxalq Standartlaşdırma Təşkilatı (ISO) tərəfindən hazırlanmış  ISO 14001:2015 (Ətraf Mühitin İdarəetmə) standartı ekoloji təsirlərin müəyyənləşdirilməsi, bu təsirlərin ölçülərinin qiymətləndirilməsi və minimuma endirilməsi məsələlərində müəssisələrə və digər təşkilatlara köməklik göstərən vasitədir.
Bank fəaliyyəti çərçivəsində qabaqcıl beynəlxalq təcrübələri tətbiq edir və bu beynəlxalq sertifikatın əldə olunması ətraf mühitin mühafizəsinə, həmçinin bu sahədə görülən işlərin mükəməlləşdirməsinə təkan verəcəkdir.
Ekoloji İdarəetmə Sisteminin qurulmasının əsas məqsədi bank məhsulunun ilk mərhələsindən istehlakçıya təqdim edilməsinə qədər olan hər addımda ətraf mühitin təsirlərinin nəzərə alınmasıdır.  Azərbaycanda ISO 14001 sertifikatının tələblərini uğurla yerinə yetirən ilk bank olmaq, "Yapı Kredi Bank Azərbaycan"-nın ölkəmizin təbii ehtiyatlarını gələcək nəsillər üçün qorumaq səylərini nümayiş etdirir. Bank bu fəliyyətlə  BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının 26-cı konfransında Azərbaycan 2050-ci ilə qədər əlavə könüllü öhdəlik kimi istixana qazı emissiyalarının 40 faizədək azaldılmasına və işğaldan azad edilmiş ərazilərdə "netto sıfır emissiya" zonasının yaradılmasına nail olmaq hədəfini dəstəkləyir.
Azərbaycanda ISO 14001:2015 sertifikatını əldə edən ilk bank olaraq, ekoloji göstəricilərimizi daha da yaxşılaşdırmaq, eləcə də iqlim dəyişikliyi ilə mübarizəyə təkan vermək və ətraf mühitə olan təsirimizi minimuma endirmək əsas hədəflərimiz sırasında yer alır.
Əsas səhmdarı Türkiyənin Yapı Kredi A.Ş. bankı olan "Yapı Kredi Bank Azərbaycan" QSC Bakı və Sumqayıt şəhərlərində yerləşən filialları, 7/24 xidmət göstərən Telefon Mərkəzi (*0444) və İnternet/Mobil Bankçılıq məhsulları ilə müştərilərə geniş çeşiddə xidmət göstərir. / marja.az

Banklar     Tarix: 18 noyabr 2022

Oxşar xəbərlər

Mərkəzi Bank maliyyə sektorunun inkişafı üzrə hədəflərinin 15 faizini icra edə bilməyib

Azərbaycan Mərkəzi Bankının 2024–2026-cı illəri əhatə edən Maliyyə Sektorunun İnkişafı Strategiyasında nəzərdə tutulan hədəf və təşəbbüslərin təxminən 85 faizi indiyədək icra olunub. xəbər verir ki, bunu Azərbaycan Mərkəz

Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"

Xarici bankların Azərbaycana gəlməsində maraqlıyıq. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov deyib. Onun sözlərinə görə, AMB-nin xarici bankların Azərbaycana gəlməsində maraqlı olmaması fikri yanlış yanaşmadır

Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir

Azərbaycan Mərkəzi Bankı yerli bankların xarici ölkələrin maliyyə bazarlarına çıxışını müsbət qiymətləndirir və belə təşəbbüsləri dəstəkləməyə hazırdır. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo

"Moody’s": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır

Beynəlxalq reytinq agentliyi "Moody"s Ratings" Azərbaycan banklarının kapital və likvidlik ehtiyatlarının kreditləşmənin genişləndirilməsi üçün kifayət qədər olduğunu bildirib. bu barədə reytinq agentliyin

Taleh Kazımov kreditlərə dair ekspertlərin fikirlərini SƏRT TƏNQİD ETDİ - "Həmin maddəni masanın üstünə qoyun

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bank sektorunda izafi likvidliyin artmasının biznes kreditləşməsinə tətbiq edilən sərt prudensial tələblərlə əlaqələndirilməsi barədə fikirlərlə razılaşmır. xəbər veri

Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək

"Yelo Bank" ASC-nin İdarə Heyətinin sədri və üzvlərinin vəzifəyə yenidən təyin edilməsi məsələsi səhmdarların müzakirəsinə çıxarılacaq. Bankın 2027-ci il üzrə büdcəsinin və növbəti üç ili əhatə edən strateji planını

"PAŞA Kapital" "Ziraat Bank Azərbaycan"ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib

Azərbaycanın kapital bazarlarının liderlərindən biri olan "PAŞA Kapital" İnvestisiya Şirkəti növbəti korporativ istiqraz emissiyasının yerləşdirilməsini uğurla tamamlayıb. Belə ki, "Ziraat Bank Azərbaycan"

Expressbank Bərdədə 300 ağac əkib

Expressbank "Təbiətə qayğı – Gələcəyə miras" korporativ sosial məsuliyyət layihəsi çərçivəsində növbəti ağacəkmə aksiyasını həyata keçirib. Bərdə Rayon İcra Hakimiyyətinin dəstəyi ilə rayonun Əliyanlı və Şirvanl

Rabitəbank Xankəndidə sahibkarlarla görüş keçirib ®

Rabitəbank Qarabağda sahibkarlığın inkişafının dəstəklənməsi, biznes subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi və regionda dayanıqlı iqtisadi əlaqələrin qurulması istiqamətində fəaliyyətin


iqtisadi xeberler telefonla pul qazanmaq biznes ideyalari bitkoin kicik biznes