"Yapı Kredi Bank Azərbaycan" QSC və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalandı
®"Yapı Kredi Bank Azərbaycan" QSC ilə Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) arasında müvəkkil kredit təşkilatı vasitəsilə Enerji Effektivliyi Fondunun vəsaiti hesabına güzəştli kreditlərin verilməsinə dair əməkdaşlıq müqaviləsi imzalanıb.
Müqaviləni EMTA-nın İdarə Heyətinin sədri Samir Axundov və "Yapı Kredi Bank Azərbaycan" QSC-nin İdarə Heyətinin sədri Mete Şamil Öztürk imzalayıblar.
Tərəflər Fondun vəsaiti hesabına enerji effektivliyi üzrə tədbirlərin həyata keçirilməsinin təşviqi məqsədilə güzəştli kreditin verilməsi, o cümlədən güzəştli kreditin şərtləri, uçotunun aparılması, təyinatı üzrə istifadəsinin monitorinqinin aparılması qaydası, geri qaytarılması, eləcə də müvəkkil kredit təşkilatının Agentlik qarşısında hesabatlılığına dair münasibətlərin tənzimlənməsində razılığa gəliblər.
Samir Axundov bildirib ki, banklarla əməkdaşlıq nəticəsində Fondun vəsaiti hesabına enerji effektivliyi üzrə tədbirlərin həyata keçirilməsinin təşviqi məqsədilə güzəştli kreditlərin verilməsi nəzərdə tutulub. Fondun vəsaiti hesabına veriləcək güzəştli kreditlər enerji səmərəliliyi layihələrini həyata keçirənlər üçün əlverişli və faydalı dəstək rolunu oynayacaq.
Mete Şamil Öztürk, öz növbəsində, müasir dünyada enerji səmərəliliyinin əhəmiyyətindən söz açaraq qeyd edib ki, energetika sahəsində bu cür layihələrin həyata keçirilməsi prioritet məsələlərdəndir. Bu baxımdan, o, çıxışında qarşılıqlı əməkdaşlıq əlaqələrinin gələcək inkişafını vurğulayıb.
Qeyd edək ki, Enerji Effektivliyi Fondu Prezident İlham Əliyevin 1 mart 2024-cü il tarixli Fərmanı ilə yaradılıb. Fondun vəsaitlərinin idarə olunmasını Enerji Məsələlərini Tənzimləmə Agentliyi həyata keçirir.
EMTA Mətbuat sektoru / banker.az

"Apple" illərdir imtina etdiyi yeniliyi təqdim etdi – İlk sensor ekranlı "MacBook Pro" satışa çıxır
Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar
"Kredit Evi" 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır
Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq
ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur
Cənubi afrikalı yazıçı süni intellektin köməyi ilə 371 kitab yazaraq 1 milyon dollar qazanıb
Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı
AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb
Onlayn mağazalarda edilən TOP-5 səhvlər nələrdir?
Bill Qeyts kimdir?
SEO nədir və Google axtarışda necə 1-ci olaq?
SMM nə deməkdir?