Yapı Kredi Bank Azərbaycan yeni mobil tətbiqini istifadəyə verdi
®Yapı Kredi Bank Azərbaycan müştərilərinə daha rahat və müasir rəqəmsal bankçılıq təcrübəsi təqdim etmək məqsədilə yeni mobil tətbiqini istifadəyə verib.
Yenilənmiş mobil tətbiq müasir dizaynı, sadələşdirilmiş interfeysi və təkmilləşdirilmiş funksionallığı ilə seçilir. Tətbiq vasitəsilə istifadəçilər hesab və kartlarını idarə edə, köçürmə və ödəniş əməliyyatlarını həyata keçirə, həmçinin bankın məhsul və xidmətlərindən daha rahat yararlana bilərlər.
30 iyun tarixindən etibarən bankın mövcud mobil tətbiqinin istifadəsi dayandırılacaqdır. Müştərilər bank xidmətlərindən fasiləsiz istifadə etmək üçün yeni mobil tətbiqi App Store və Google Play platformalarından yükləyərək qeydiyyatdan keçə bilərlər.
Əsas səhmdarı Türkiyənin Yapı Kredi A.Ş. bankı olan Yapı Kredi Bank Azərbaycan QSC Bakı və Sumqayıt şəhərlərində yerləşən filialları, 7/24 xidmət göstərən Telefon Mərkəzi (*0444) və İnternet/Mobil Bankçılıq məhsulları ilə müştərilərə geniş çeşiddə xidmət göstərir. / banker.az

Google yeni süni intellekt modelini təqdim etdi – Mətnlə virtual dünyalar yaratmaq mümkün olacaq
İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi
Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib
"Apple" illərdir imtina etdiyi yeniliyi təqdim etdi – İlk sensor ekranlı "MacBook Pro" satışa çıxır
Vəzifəli şəxslərə dövlət və bələdiyyə əmlakından istifadə, reklam fəaliyyəti ilə bağlı məhdudiyyətlər qoyulacaq
İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir
Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar
"Kredit Evi" 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır
ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur
ZARA-nın uğur hekayəsi
Digital Card nədir?
Xaricdə freelancer tapmaq üçün TOP-5 sayt
SMM nə deməkdir?
Cv hazırlayarkən nələrə diqqət yetirməliyik?