Yelo Bank ağacəkmə aksiyasında iştirak etdi
®Yelo Bank ekoloji sosial təşəbbüslərdə fəal iştirakını davam etdirir. Bank bu dəfə ağacəkmə aksiyasına qatılıb. Müşfiqabad qəsəbəsində keçirilən aksiyada Yelo əməkdaşlarının da iştirakı ilə müxtəlif ağaclar əkilib. Tədbirə qatılmaqda Bankın əsas məqsədi ağac əkilməsini təşviq edərək təbiətin qorunmasına, eləcə də sağlam ekoloji mühitin yaradılmasına töhfə verməkdir.
Qeyd edək ki, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü il dönümünə həsr olunan aksiya Azərbaycan Respublikasının Mərkəzi Bankı, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Banklar Assosiasiyası, Azərbaycan Sığortaçılar Assosiasiyası, Azərbaycan Mikromaliyyə Assosiasiyası, Azərbaycan Fond Bazarı İştirakçıları Assosiasiyası və Azərbaycan Fintex Assosiasiyası arasında imzalanmış 13 mart 2023-cü il tarixli "Anlaşma Memorandumu" əsasında təşkil olunub. Memoranduma əsasən, 2023-cü ildən başlayaraq 10 il ərzində hər il 100 000 ağac olmaqla, ümumilikdə bir milyon ağacın əkilməsi planlaşdırılır. Bu missiyada Yelo Bank da öz təşəbbüskar dəstəyini əsirgəməyəcək.
Bank xidmətləri, həmçinin, valyuta məzənnəsi haqqında əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram və ya Whatsapp hesablarımıza yazın.
Yelo Bank – Parlaq bankçılıq!


/ banker.az

Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub
ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə üstələyib
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
"Rabitəbank"ın Müşahidə Şurası sədrinə müavin təyin edilib
Pekində Azərbaycan dili üçün yeni rəqəmsal resurs yaradılıb — istifadə pulsuzdur
Bank sektorunda iri əqd tamamlandı – AccessBank və Bank Respublika birləşir
Expressbank Bərdədə 300 ağac əkib
Layihə menecmenti nədir?
Kriptovalyuta nədir?
Green Card nədir və onu necə əldə etmək olar?
İKEA şirkətinin tarixi
Biznes qurmaq üçün nə lazımdır?