Yelo Bank-ın dəstəyi ilə PR Forum 2025 uğurla keçirildi

Yelo Bank-ın dəstəyi ilə PR Forum 2025 uğurla keçirildi®10 oktyabr 2025-ci ildə Finance Time şirkətinin təşkilatçılığı, Yelo Bank-ın dəstəyi ilə yerli kommunikasiya mütəxəssisləri, media nümayəndələri, dövlət və özəl sektor təmsilçilərinin iştirakı ilə PR Forum 2025 baş tutdu.
Forumun builki mövzusu çağdaş dövrün ən aktual çağırışlarına – brend etibarı, dezinformasiya və Korporativ Sosial Məsuliyyət (KSM) məsələlərinə həsr olunmuşdu. Tədbir çərçivəsində müasir PR strategiyaları, onların tətbiqi və uğurlu təcrübələr ətrafında peşəkar müzakirələr aparıldı.
Tədbirin açılışında Yelo Bank İdarə Heyətinin sədr müavini Günay Cəlilova çıxış edərək qonaqları salamladı. O, PR-ın yalnız "ictimaiyyətlə əlaqələr" kimi deyil, daha geniş mənada kommunikasiya üslubu olduğunu vurğuladı – insanla insan, brendlə insan, hətta keçmişlə gələcək arasında körpü rolunu oynayan bir üslub. Onun sözlərinə görə, belə forumlar həm peşəkarların təcrübə mübadiləsi, həm də gənc mütəxəssislərin inkişafı üçün mühüm platformadır.
Forumun əsas panellərində bu mövzular müzakirə olundu:
Dezinformasiyanın artdığı dövrdə brend etibarını qorumaq yolları
Korporativ Sosial Məsuliyyətin şirkət imicinə və cəmiyyətə təsiri
Krizis şəraitində effektiv kommunikasiya üsulları
Azərbaycandan və dünyadan uğurlu PR kampaniyaları
Panel müzakirələrində yerli və xarici PR mütəxəssisləri çıxış edərək, öz sahələrində tətbiq etdikləri strategiyaları və real təcrübələrini bölüşdülər. Forum həmçinin gənc kommunikasiya mütəxəssisləri üçün öyrənmək, şəbəkələşmək və ilham almaq baxımından dəyərli imkan yaratdı.
Yelo Bank isə bundan sonra da bilik mübadiləsini, innovativ yanaşmaları və sosial məsuliyyət dəyərlərini gücləndirən layihələri dəstəkləməyi hədəfləyir.
Bank xidmətləri haqqında ətraflı məlumat almaq istəyirsiniz? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram , Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.
Yelo Bank – Parlaq bankçılıq!

  / banker.az

Banklar     Tarix: 13 oktyabr 2025

Oxşar xəbərlər

AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb

Azərbaycanda sentyabrda qeydə alınan 5,5%-lik illik inflyasiyanın 2,89 faiz bəndi ticarət tərəfdaşlarındakı qiymət artımlarının təsiri ilə formalaşıb. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Azə

Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir

Azərbaycan Mərkəzi Bankı yerli bankların xarici ölkələrin maliyyə bazarlarına çıxışını müsbət qiymətləndirir və belə təşəbbüsləri dəstəkləməyə hazırdır. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo

BOKT-lərin xalis mənfəəti 2,5 dəfədən çox artaraq 153 milyon manatı keçib

Azərbaycanda fəaliyyət göstərən bank olmayan kredit təşkilatlarının (BOKT) 2026-cı ilin yanvar–sentyabr aylarında xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 dəfədən çox artıb. bank olmayan kredit təşkilatlarını

ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur

ABB-nin ("Azərbaycan Beynəlxalq Bankı" ASC) Bakı Fond Birjasında (BFB) ticarət olunan  səhmlərinin nominal qiymətdən yuxarı səviyyədə ticarəti davam edir. BFB-nin 28 oktyabr 2026-cı il tarixinə olan məlumatların

Bank sektorunda son vəziyyət - YENİ GÖSTƏRİCİLƏR AÇIQLANDI

30 sentyabr 2026-cı il tarixinə fəaliyyət göstərən 21 bankın filiallarının sayı 507, şöbələrinin sayı 80, ATM-lərin sayı 3,500 olmuşdur. Bank sektorunda çalışanların sayı 27,775 nəfər təşkil etmişdir. Bu barədə Azərbayca

İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir

Azərbaycanda İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən ipoteka kreditləri ilə bağlı qaydalara dəyişiklik edilib. Yeniliklər həm kredit götürə biləcək şəxslərə, həm də müraciət prosesinə aiddir. xəbər veri

Mərkəzi Bank BOKT-lar üçün yeni gəlir mənbələri yaratmağı planlaşdırır

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) fəaliyyət imkanlarının genişləndirilməsi məqsədilə qanunvericiliyə dəyişikliklər üzərində işləyir. Bunu AMB-nin Bank Olmayan Kredit Təşkilatların

Azərbaycanda əhali nağd 1.47 mlrd.-ını manata çeviriblər

Azərbaycanda xarici valyuta təklifinin tələbi üstələməsi 2026-cı ilin sentyabr ayında da davam edib. Hesabat ayında bankların nağd ABŞ dolları alışı 182,2 milyon dollar, satışı isə 98,7 milyon dollar təşkil edib. Beləliklə

Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri

Sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan adi şəxsin kartına hər gün beş dəfə pul daxil olması normal praktika deyil. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair cümə axşam


iqtisadi xeberler bitkoin almaq dollar manat kursu internetden pul qazanmaq dollar kursu