Yelo Bank rəqəmsal konseptli növbəti filialını təqdim edib

Yelo Bank rəqəmsal konseptli növbəti filialını təqdim edib®Müştərilərinə daha sürətli və rahat xidmət təqdim etmək məqsədilə Yelo Bank daha bir rəqəmsal filialını istifadəyə verib. Sarayevo küçəsi, 33b (Əhmədli m/s-ın yaxınlığı) ünvanında yerləşən yeni filial, parlaq interyeri və müasir bankçılıq həlləri ilə müştərilərin xidmətindədir.
Bankın bir çox xidmət mərkəzi kimi Əhmədli filialı da rəqəmsal konseptlidir. Ənənəvi bank filiallarından əsas üstünlüyü müştərilərə zaman qazandırması və yüksək rahatlıq təmin etməsidir. Burada müştərilər kart alışı, kreditin təsdiqlənməsi, əmanət hesabı açılması kimi əsas bank əməliyyatlarını tamamilə onlayn və çevik həyata keçirə bilərlər.
Bank-ın İdarə Heyətinin sədr müavini Günay Cəlilova yeni filial barədə öz fikirlərini səsləndirib: "Yelo Bank olaraq əsas hədəfimiz bank xidmətlərini hər kəs üçün daha əlçatan və rahat etməkdir. Rəqəmsal filial konseptimiz də bizə daha sürətli, ağıllı və inklüziv maliyyə xidmətləri təqdim etməyə imkan verir.
Əsas məhsullarımızı rəqəmsallaşdırmaqla bərabər, filialdakı xidmətləri də optimallaşdıraraq, daha sürətli və minimum kağız istifadə edilən formaya gətiririk. Hər iki istiqamət bir-biri ilə sıx bağlıdır və müştəri məmnuniyyətinin artırılmasında mühüm rol oynayır. Kredit, kart və əmanət hesabı açmaq kimi əsas xidmətlər tamamilə onlayn – "end-to-end" şəkildə təqdim olunur. Digər rəqəmsal filiallarımız kimi Əhmədli filialı da əhalinin gündəlik ehtiyaclarına uyğun fəaliyyət göstərməklə bərabər, rəqəmsal vərdişlərin inkişafına töhfə verəcək".
Bununla yanaşı, Yelo Bank artıq ölkənin bir neçə regionunda eyni konseptli müasir xidmət məntəqələrini istifadəyə verib. Ağcabədi, Xaçmaz, Qəbələ, Masallı, Tovuz və Şamaxı kimi regionlarda da müştərilərin rəqəmsal bankçılıq xidmətlərindən faydalanması mümkündür. Hazırda Yelo Bank paytaxt və regionlarda 22 xidmət məntəqəsi ilə fəaliyyət göstərir.
Bank xidmətləri, o cümlədən mikro kredit haqda əlavə suallarınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram , Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.
Yelo Bank – Parlaq bankçılıq!
Yelo Bank rəqəmsal konseptli növbəti filialını təqdim edibYelo Bank rəqəmsal konseptli növbəti filialını təqdim edibYelo Bank rəqəmsal konseptli növbəti filialını təqdim edibYelo Bank rəqəmsal konseptli növbəti filialını təqdim edib/ banker.az

Banklar     Tarix: 30 iyul 2025

Oxşar xəbərlər

"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"

Azərbaycanda bankların 4 milyard 600 milyon manat sərbəst vəsaitinin olmasına baxmayaraq, kredit bazarında, xüsusilə biznes kreditləşməsi sahəsində tələbin zəifliyi müşahidə edilir. Nəticədə banklar yeni borcalanlar tapma

Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib

Bir ekosistemi Qarabağın bərpası və yenidən qurulmasına verdiyi töhfələri genişləndirərək, doğma yurdlarına qayıdan vətəndaşların peşəkar inkişafını və əmək bazarına inteqrasiyasını dəstəkləyən yeni təşəbbüsə start verib

AMB: Bank Milli İranın fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur

Bank Milli İranın Azərbaycanda fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur.  xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. Onun sözlərinə görə, Bank Milli İranın Azərbaycand

Hər 100 manatdan 71 manatı ödənişə gedib - Azərbaycanda sığorta ödənişləri kəskin artıb

Azərbaycanda sığorta bazarında ödənişlərin artım tempi sığorta haqlarının artım tempini xeyli üstələyib. Azərbaycan Mərkəzi Bankının statistik məlumatlarına istinadən xəbər verir ki, 2026-cı ilin yanvar–sentyabr aylarınd

Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu

Yelo Bank yığım vərdişini oyuna, hədəfə çatmağı isə qazanca çevirən yeni əmanət məhsulunu – "Yelo Hədəf"i təqdim edir. Məhsulun əsas yanaşması sadədir: müştəri əmanət açarkən özü üçün hədəf məbləğ müəyyən edir

Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar

Dövlət Bankı Azər Türk Bank atb360 mobil tətbiqini yeniləyərək müştərilərinə daha geniş rəqəmsal bankçılıq imkanları təqdim edir. Yenilənmiş dizaynı, optimallaşdırılmış fəaliyyəti və əlavə funksiyaları ilə atb360 istifadəçiləri

Kredit ittifaqlarının vəziyyəti pisləşir: Aktivlər, kreditlər və kapital kəskin azalıb

Azərbaycanda fəaliyyət göstərən kredit ittifaqlarının maliyyə göstəricilərində geriləmə davam edir. 2026-cı ilin sentyabr ayının sonuna sektorun aktivləri, kredit portfeli və kapitalı ötən ilin eyni dövrü ilə müqayisədə əhəmiyyətl

"Kredit Evi" 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır

"Kredit Evi" ASC 15 milyon 300 min manat dəyərində daşınmaz əmlakın alınması ilə bağlı qərar qəbul edib. xəbər verir ki, qərar şirkətin səhmdarlarının 23 oktyabr 2026-cı il tarixində keçirilmiş növbədənkənar ümum

Taleh Kazımov kreditlərə dair ekspertlərin fikirlərini SƏRT TƏNQİD ETDİ - "Həmin maddəni masanın üstünə qoyun

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bank sektorunda izafi likvidliyin artmasının biznes kreditləşməsinə tətbiq edilən sərt prudensial tələblərlə əlaqələndirilməsi barədə fikirlərlə razılaşmır. xəbər veri


iqtisadi xeberler dollar məzənnəsi valyuta kurslari valyuta xeberleri leobank kart