"Yelo Bank"ın rəhbərliyində dəyişiklik olub
"Yelo Bank" ASC-nin rəhbərliyində dəyişiklik olub.
Müşahidə Şurasının üzvü Nikoloz Enukidze "Yelo Bank"dan ayrılıb. Onun yerinə Thomas Engelhardt Müşahidə Şurasının üzvü və Audit komitəsinin sədri təyin edilib.
Qeyd edək ki, T. Engelhardt Almaniya, Bosniya və Herseqovina, Azərbaycan, Özbəkistan və Afrikada mikrokredit təşkilatlarında 20 ildən çox idarəetmə təcrübəsinə malikdir. O həmçinin, 2006-cı ildən "AccessHolding"in idarə heyətinin üzvü, baş icraçı direktoru, "AccessBank Azərbaycan"ın İdarə Heyətinin ilk sədri olub.
Xatırladaq ki, "Yelo Bank"ın əsası 1994-cü ildə qoyulub. Onun nizamnamə kapitalı 378 milyon manatdır. Bankın səhmlərinin 98,94%-i Marina Kulişovaya (Bankın Müşahidə Şurasının sədri), 0,96%-i Anar Həsənova (İdarə Heyətinin sədri), 0,10%-i isə "İSR Holdinq" MMC-yə məxsusdur. / banker.az

Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə üstələyib
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
"Rabitəbank"ın Müşahidə Şurası sədrinə müavin təyin edilib
Pekində Azərbaycan dili üçün yeni rəqəmsal resurs yaradılıb — istifadə pulsuzdur
Françayzinq nədir və necə olur?
Dünyanın ən varlı 10 adamı
Bitcoin necə işləyir?
Milyonlar qazandıran qəribə biznes ideyaları
Swift nədir?