Yelo invest-də "Komissiyasız alış günləri" başladı
Yelo Bank müştərilərini sərfəli və rahat investisiya imkanları ilə sevindirməyə davam edir. Bu dəfə Yelo invest istifadəçiləri üçün xüsusi kampaniya elan olunub: 28, 29, 30 iyul tarixlərində Yelo App üzərindən bazarın açıq olduğu, bazaröncəsi (pre-market) və bazarsonrası (after-market) ticarət saatlarında edilən səhm və ETF alışları komissiyasız olacaq. Kampaniya həm bazar, həm də limit sifarişləri ilə edilən əməliyyatlara aiddir.
Yelo invest nədir?
Yelo invest xidmətini istifadə edərək Yelo müştəriləri ABŞ birjalarında səhmlər və ETF-lərlə rahatlıqla ticarət edə bilirlər. Cəmi 10 ABŞ dolları ilə investisiya dünyasına daxil olmaq mümkündür. Üstəlik, Yelo invest ilə treyd etmək üçün yalnız bazarın açıq olduğu saatlarda deyil, həm də pre-market və after-market saatlarında ümumilikdə 16 saat ərzində əməliyyat aparmaq imkanı mövcuddur.
Ticarət zamanı müştərilərə iki seçim təqdim olunur: ya bazar qiyməti ilə dərhal alış üçün bazar sifarişi, ya da daha yaxşı qiymət üçün gözləyən limit sifarişi. Ticarət prosesi tamamilə onlayndır və yalnız Yelo App üzərindən həyata keçirilir.
Qeyd edək ki, Yelo invest xidməti "Unicapital İnvestisiya Şirkəti" ASC (lisenziya №-si 087910) vasitəsilə həyata keçirilir.
Yelo Bank-ın bu kampaniyası investisiya ilə maraqlanan müştərilər üçün həm daha sərfəli, həm də daha rahat ticarət təcrübəsi təklif edir. İndi siz də Yelo App-ə daxil olaraq investisiya hesabı açın və komissiyasız alış günlərindən yararlanın! Yelo Invest: .
Bank xidmətləri haqda əlavə suallarınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram , Whatsapp və yelo.az hesablarımızı ziyarət edin. / banker.az

Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"
AzInTelecom-un rəqəmsal imza infrastrukturu beynəlxalq "WebTrust for CA" auditindən uğurla keçib
Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri
ATİB sədri Mürsəl Rüstəmov Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə keçirilən mərasimə qatılıb - FOTOLAR
Süd vəzi xərçənginə qarşı necə sığortalanmaq olar? ®
"Gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, dəstəkləyəcəyik"
Sığorta şirkətləri üçün yeni kapital tələbləri tətbiq ediləcək – Mərkəzi Bankdan mühüm açıqlama
İcbari Sığorta Bürosu "We Invest in People – Silver" beynəlxalq akkreditasiyasına layiq görülüb
Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir
Biznesə aid ən yaxşı 10 kitab
İnvestisiyanın necə cəlb etmək olar?
Digital Card nədir?
Biznes qurmaq istəyənlərə 10 sadə məsləhət
SMM nədir?