Yelo komandası Mərdəkan çimərliyində təmizlik aksiyası həyata keçirib
®Yelo Bank korporativ sosial məsuliyyət strategiyası çərçivəsində ətraf mühitin qorunmasına yönəlmiş növbəti təşəbbüsünü həyata keçirib. Bu dəfə Bankın əməkdaşları Mərdəkan çimərliyində təşkil olunan "Parlaq Sahillər" ekoloji aksiyasında bir araya gələrək sahilyanı ərazini tullantılardan təmizləyiblər.
Aksiyada onlarla Yelo əməkdaşı iştirak edib. Nəticədə 1 tona yaxın tullantı toplanaraq çeşidlənib və təkrar emala göndərilməsi üçün xüsusi konteynerlərə təhvil verilib.
Artıq ənənə halını almış "Parlaq Sahillər" təşəbbüsünün əsas məqsədi Xəzər dənizinin ekoloji vəziyyətini qorumaq, təbiətə qarşı qayğı və məsuliyyət hissini gücləndirməkdir. Yelo Bank gələcəkdə də bu kimi layihələri dəstəkləməyi və onların miqyasını genişləndirməyi planlaşdırır.
Bank xidmətləri haqqında () ətraflı məlumat almaq istəyirsiniz? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram , Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.
Yelo Bank – Parlaq bankçılıq!





/ banker.az

Cənubi afrikalı yazıçı süni intellektin köməyi ilə 371 kitab yazaraq 1 milyon dollar qazanıb
Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq
Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı
Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu
Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"
AzInTelecom-un rəqəmsal imza infrastrukturu beynəlxalq "WebTrust for CA" auditindən uğurla keçib
ATİB sədri Mürsəl Rüstəmov Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə keçirilən mərasimə qatılıb - FOTOLAR
Cv hazırlayarkən nələrə diqqət yetirməliyik?
Necə Bitcoin almaq olar?
Dünyanın ən çox maaş verən şirkətləri
Dünyada ən çox oxunan 5 kitab
McDonalds haqqında maraqlı faktlar