Yemiş sahələrinin sərfəli şərtlərlə sığortası başlandı – ŞƏRTLƏR, MƏBLƏĞLƏR

Yemiş sahələrinin sərfəli şərtlərlə sığortası başlandı – ŞƏRTLƏR, MƏBLƏĞLƏRAzərbaycanda dövlət dəstəyi ilə təqdim olunan aqrar sığorta mexanizmi vasitəsilə yemiş (qovun) sahələrinin sığortalanmasına başlanılıb. 
Aqrar Sığorta Fondu tərəfindən həyata keçirilən aqrar sığorta vasitəsilə, fermer və təsərrüfat sahibləri yemiş sahələrini çoxsaylı risklərdən qoruya bilərlər, bu zaman sığorta haqqının yarısını fermerlərə dəstək üçün dövlət ödəyir.
Qeyd edək ki, Azərbaycanda yay süfrəsinin ayrılmaz təamı olan yemiş-qovun təqribən 5 min hektar ərazidə əkilir. 
Bu bitki ən çox Mil Muğan və Mərkəzi Aran regionlarında becərilir. Ölkədə yemişin ən çox əkildiyi rayon Saatlıdır – 912 hektar və ya ölkə üzrə bütün yemiş sahələrinin təqribən 20%-i bu rayonun payına düşür. 
Bundan başqa, Kürdəmir rayonunda 672 hektar, Sabirabadda 650 hektar, Ağsu rayonunda 420 hektar, Salyanda 276 hektar, Masallıda 248 hektar, Hacıqabulda isə 218 hektar yemiş-qovun becərilir. 
Ötən il ölkəmizdə 90 min tonrdan artıq yemiş yığılıb. Yemiş əsasən daxili bazar üçün becərilir. 
Yemiişin məhsuldarlığı ortadır – ölkə üzrə bir hektar sahədən orta məhsuldarlıq 18,5 tona çatır. Bəzi rayonlarda bu göstərici daha yüksəkdir. Məsələn, Saatlıda 1 hektardan 286 sentner, Sabirabadda 258 sentner, Qazaxda 250 sentner, Zərdabda 242 sentner, Ağcabədidə 241 sentner,  Göyçayda 210 və Kürdəmirdə 192 sentner məhsul götürülür. 
Aqrar sığorta yemiş əkinlərini çoxsaylı risklərdən qoruyur. Bura dolu, sel-su basma, leysan, ildırım, yanğın, qasırğa, fırtına, bitki xəstəlikləri və ziyanvericilər, üçüncü şəxslərin hərəkətləri və sair hallar aiddir.
Yemiş becərən fkrmerlər əkin sahəsini baza sığorta zərfi ilə yanaşı, əlaə ödəniş etməklə, doludan keyfiyət itkisi riskindən də sığorta edə bilərlər. 
Doludan keyfiyyət itkisi – dolu vurması nəticəsində yemişin miqdarca deyil, keyfiyyətcə zərər görməsi, yəni məhsulun üzərinə ləkələr və sair düşməsidir. Nəticədə məhsulun əmtəə görünüşü pisləşir və satışında problem yaranır. Fermerlər bu məhsulu əvvəl planlaşdırdıqlarından daha aşağı qiymətə satmalı olurlar. Doludan kefiyyət itkisi sığortası isə bu zərərləri qarşılamağa imkan verir 
Yemiş təsərrüfatlarının baza sığorta zərfi ilə sığortası tarifi ölkənin ayrı-ayrı regionları üzrə fərqlidir və 1,87%-4,56% arasında dəyişir. Bu bitkinin ən çox əkildiyi Aran bölgəsində sığorta tarifi 1,96% təşkil edir. Hesablanan sığorta haqqının 50%-ni fermerə dəstək üçün dövlət ödəyir.
Məsələn, Sabirabad-Saatlı bölgəsində kiloqramının qiyməti 80 qəpik, məhsuldarlığı 120 sentner olan, yəni 12 ton yemiş məhsulu gözlənilən 1 hektar yemiş sahəsini baza zərfi ilə sığorta etmək üçün sığorta haqqı 188 manat təşkil edir. Bu məbləğin 50%-ni dövlət ödədiyinə görə, fermer cəmi 94 manat ödəniş etəklə 1 hektar sahəni çoxsaylı risklərdən qoruya bilir. 
Həmin sahəni əlavə olaraq doludan keyfiyyət itkisindən, yəni məhsula ləkələrin düşməsindən sığorta etmək üçün isə əlavə cəmi 19 manat ödəmək kifayətdir. 
Xatırladaq ki, yemiş bitkisi təbiət hadisələrinə çox həssasdır. Əvvəlki illərdə, xüsusilə də ötən il respublikanın müxtəlif bölgələrində baş vermiş təbiət hadisələri yemiş-qovun sahələrinə böyük zərər vurub. Məsələn. Ağsu rayonunda dolu vurması nəticəsində fermerlərin onlarla hektar sahəsində yemiş bitkiləri məhv olub. Fermerlərə böyük zərər dəyib. 
Aqrar Sığorta Fondu yemiş-qovun bitkii əkən femerləri öz məhsullarını qorumağa və böyük  zəhmət hesabına yetişdirilən məhsullarını sığortalamağa çağırır. 
Aqrar sığortanın əhatə etdiyi meyvə məhsullarının sığorta şərtləri və tarifləri ilə Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsində «Bitkiçilik məhsulları» bölməsində ətraflı tanış olmaq mümkündür.
Əlavə məlumatları ASF-nin sosial şəbəkə hesablarını izləməklə və 1651 qısa nömrəsi ilə əlaqə saxlamaqla əldə etmək olar. / marja.az

Banklar     Tarix: 31 may 2025

Oxşar xəbərlər

Bankın müştərilərinin şəxsi məlumatları oğurlanıb

Onlayn bank xidmətləri göstərən Böyük Britaniyanın "Revolut" şirkətinin müştərilərinin fərdi məlumatları dövlət qurumları kimi təqdim edən dələduzlar tərəfindən oğurlanıb. Bu barədə "Reuters" agentliy

Bir 1000-dən çox gənci "Spark "26" festivalında bir araya gətirdi

Qafqazın ilk tam inteqrasiya olunmuş rəqəmsal ekosistemi olan Bir 100-dən çox gənci Azərbaycanın ilk tələbə-texnologiya festivalı – "Spark "26"da bir araya gətirib.  Festivalda texnologiya, data və süni intellek

BOKT-ların biznes kreditləri verməsi daha çox təşviq ediləcək

Azərbaycanda bank olmayan kredit təşkilatlarının (BOKT) biznes kreditləri verməsi daha çox təşviq ediləcək. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Bank olmayan kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentinin direktor

Bu müəssisələrin rəqabətli neytrallığı qiymətləndiriləcək – Dövlət bankları istisnadır

Azərbaycanda dövlət müəssisələrinin fəaliyyətində rəqabətli neytrallıq prinsiplərinin tətbiqi qiymətləndiriləcək və bu sahənin təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlanacaq. xəbər verir ki, bu, Prezident İlham Əliyevi

Expressbank Qusarın bütün ucqar kəndlərində birinciləri sevindirib

Expressbank "Aydın Sabahlar" korporativ sosial məsuliyyət layihəsi çərçivəsində növbəti dəfə ucqar kəndlərdə birinci sinfə başlayan uşaqları məktəb ləvazimatları ilə təmin edib. Layihə çərçivəsində Qusarın Böyü

Dünya Bankı Azərbaycanda vahid ölkə nümayəndəliyi modelinə keçir

Dünya Bankı Qrupunun Azərbaycanda vahid ölkə nümayəndəliyi modelinə keçidi nəzərdə tutulur. Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib. Nazir Dünya Bankının Cənubi Qafqa

AMB valyuta bazarındakı vəziyyəti açıqladı – Manat möhkəmlənir

Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları tarixi maksimuma çatdığı bir vaxtda valyuta bazarında təklifin tələbi üstələməsi, manatın möhkəmlənməsi istiqamətində təzyiqlər və Mərkəzi Bankın alış yönlü əməliyyatlar

Azərbaycanın strateji valyuta ehtiyatları $91 milyarda yüksəlib

Azərbaycanın strateji valyuta ehtiyatları 2026-cı il sentyabrın 1-nə 90 milyard 769,7 milyon ABŞ dolları təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 15,7%, 2026-cı ilin yanvar-iyul aylarına nisbətən isə 12,2% çoxdur

Azərbaycandan xaricə pul köçürmələri 13% azalıb

2026-cı ilin ilk 6 ayında Azərbaycandan xarici ölkələrə fiziki şəxslər tərəfindən göndərilən pul baratlarının ümumi həcmi 13% azalaraq 207,88 milyon dollara düşüb. Ötən ilin müvafiq dövründə bu göstərici 238,18 milyon dolla


iqtisadi xeberler emlak xeberleri pul qazanmaq dollar mezenne internetden pul qazanmaq