Yeni strategiya nəticə verib: AFB Bank 2025-ci ildə 43,3% böyüyüb

Yeni strategiya nəticə verib: AFB Bank 2025-ci ildə 43,3% böyüyüb2025-ci ilin yekun maliyyə nəticələri AFB Bankın inkişaf strategiyasının, risklərin idarə olunmasının və müştəriyönümlü biznes modelinin effektivliyini bir daha təsdiqləyir. 2024-cü ilin sonu ilə müqayisədə Bankın əsas maliyyə göstəriciləri üzrə qeydə alınan əhəmiyyətli artım həm əməliyyat miqyasının genişləndiyini, həm də maliyyə dayanıqlığının daha da möhkəmləndiyini göstərir.
Marja xəbər verir ki, bu, AFB Bankın yaydığı press-relizdə bildirilir.
Aktivlər: bünövrənin möhkəmləndirilməsi və davamlı artım
Qeyd edilib ki, 2025-ci ilin sonunda Bankın ümumi aktivləri 423,0 milyon manat təşkil edib ki, bu da illik əsasda 43,3% artım deməkdir. Aktivlərin artımı Bankın biznes istiqamətlərinin inkişafı nəticəsində bazardakı mövqeyinin güclənməsi və resursların daha səmərəli istiqamətləndirilməsi ilə bağlıdır. Hesabat dövründə gəlir gətirən aktivlərin ümumi aktivlərdə payı 82,3%-ə çataraq yüksək səmərəlilik göstəricisi formalaşdırıb.
Kredit portfeli: real sektora dəstək və yüksək dinamika
Bankın kredit portfeli 2025-ci ilin sonunda 300,7 milyon manat olub ki, bu da 2024-cü ilin sonu ilə müqayisədə 64,2% artım deməkdir. Kredit portfelinin 55%-i biznes kreditlərinin payına düşür ki, bunun da 42%-i KOS və korporativ, 13%-i isə mikro və aqro kreditlərdir. Portfelin qalan 45%-i ipoteka və pərakəndə kreditlərdən ibarətdir. Bu göstəricilər Bankın bütün müştəri seqmentlərinə xidmət etdiyini və şaxələndirilmiş inkişaf modelini əks etdirir.
Əmanət portfeli: etimadın göstəricisi
2025-ci ilin sonunda Bankın müştərilərinin əmanətləri 226,4 milyon manata yüksəlib. Bundan əlavə, maliyyə institutlarından, fondlardan və istiqrazların yerləşdirilməsindən cəlb edilən vəsaitlərin həcmi 107 milyon manat təşkil edib. Bu, Bankın həm likvidlik, həm də uzunmüddətli resurslar baxımından sağlam baza formalaşdırdığını göstərir.
Mənfəətlilik: güclü sıçrayış
Hesabat dövründə Bank 4,26 milyon manat xalis mənfəət əldə edib. Ötən il ərzində Bankın gəlirləri 17,6% artaraq 36,7 milyon manata çatıb, inzibati xərclər isə 20 milyon manat təşkil edib ki, bu da illik ifadədə 33% artım deməkdir. Artımın əhəmiyyətli hissəsi transformasiya dövründə rəqəmsal həllərə, risklərin idarə edilməsi sisteminə və insan kapitalına yönəldilən investisiyalarla bağlıdır.
Risklər və kapital adekvatlığı
Bankın qeyri-işlək aktivlərinin kredit portfelində payı 41,5% azalıb ki, bu da həmin aktivlərin effektiv idarə olunmasının göstəricisidir. Bankın kapital mövqeyi prudensial normalardan xeyli yüksəkdir:
I dərəcəli kapitalın adekvatlıq əmsalı – 21,9%,
Məcmu kapitalın adekvatlıq əmsalı – 24,2%.
Məcmu kapitalın həcmi 75,0 milyon manatı ötərək Bankın uzunmüddətli inkişaf və risklərə qarşı davamlılıq potensialını təmin edir.
Strateji perspektiv
2025–2029-cu illəri əhatə edən strategiyanın ilk ilində Bank bir sıra əsas strateji layihələri uğurla həyata keçirib. Hesabat dövründə korporativ bankçılıq və SME istiqamətləri yenidən qurulub, mikrokreditləşmə və pərakəndə bankçılıq üzrə fəaliyyət modelləri formalaşdırılıb, risklərin idarə edilməsi sistemi yenilənib, end-to-end rəqəmsal kreditləşmə həlli istifadəyə verilib və istiqraz buraxılışı həyata keçirilib.
Eyni zamanda, Neftçilər filialı fəaliyyətə başlayıb, Fitch Ratings beynəlxalq reytinq agentliyi Banka "B" uzunmüddətli emitent reytinqi (IDR) və "Stabil" proqnoz verib. Qarşıdakı dövrdə Bank böyümənin davam etdirilməsini, rəqəmsal transformasiyanın dərinləşdirilməsini və maliyyə bazarlarında mövqeyinin gücləndirilməsini əsas prioritetlər kimi müəyyən edib. / marja.az

Banklar     Tarix: 17 yanvar 2026

Oxşar xəbərlər

Bankların audit olunmuş hesabatına əsasən xalis mənfəətinin RENKİNQİ (2025)

Azərbaycanda fəaliyyət göstərən bankların 2025-ci il üzrə audit olunmuş maliyyə hesabatları açıqlanıb və hər bir bank ili xalis mənfəətlə bitirib. bankların açıqladığı hesabatlarına istinadən xəbər verir ki, ən yüksək xali

İyunun 16-dan "Bonus-Malus" sistemi ləğv edilir

Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası qaydalarına edilən dəyişikliklərə əsasən, 16 iyun 2026-cı il tarixindən etibarən mövcud "Bonus-Malus"

Azər Türk Bank Beynəlxalq Maliyyə və Bankçılıq Sammitinin rəsmi tərəfdaşıdır

Dövlət bankı Azər Türk Bank Bakıda keçirilən "Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti 2026: Türk Dövlətlərinin Qlobal Maliyyə İnteqrasiyası" adlı forumunda (IFBS 2026) rəsmi tərəfdaş olaraq iştirak etmişdir. Azərbayca

ABB istiqrazlarına yüksək investor marağı davam edir: sifarişlər təklifi 2 dəfə üstələdi

Vətəndaşlar üçün yeni investisiya və qazanc imkanları yaradan ABB istiqrazlarına abunə yazılışının 3-cü mərhələsi də uğurla başa çatıb. Hər biri 5 milyon manat həcmində olan 1 illik və 2 illik istiqraz buraxılışları investorları

PAŞA Bank: Sifarişinin həcmi 20 min manatadək olan fiziki şəxs investorun sifarişinin 100 faizi hissəsində səhm alacağı gözlənilir

"PAŞA Bank" ASC-nin ilkin kütləvi təklif çərçivəsində satışa çıxardığı səhmlərə investor marağı yüksəkdir. -ın məlumatına görə, Bankın İdarə Heyətinin üzvü, Baş Maliyyə İnzibatçısı Murad Süleymanov brifinqdə bildiri

Rabitəbank İslam İnkişaf Bankı Qrupuna daxil olan İslam Ticarət Maliyyə Korporasiyası ilə 10 milyon ABŞ dolları məbləğində maliyyələşmə sazişi imzalay

16–19 iyun tarixlərində Bakıda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ali himayəsi altında keçirilən İslam İnkişaf Bankı (İİB) Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində təşkil olunan Özəl Sektor Forumund

Özbəkistandan Azərbaycandakı fiziki şəxslərə pul köçürmələr 62% yüksəlib

2026-cı ilin birinci rübündə Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında fiziki şəxslər üzrə pul baratlarının ümumi həcmi 12.72 mln. dollar təşkil edib. bunu Azərbaycan Mərkəzi Bankına istinadən xəbər. Bunun 10.17 mln

Mərkəzi Bankın FinCERT-i qlobal kibertəhlükəsizlik təşkilatına üzv qəbul edildi

Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən maliyyə sektorunda kibertəhlükəsizlik insidentləri üzrə koordinasiyanın təmin edilməsi məqsədilə yaradılmış Maliyyə sektorunda sahəvi Kompüter İnsidentlərinə qarşı Mübariz

ABB rəhbərliyi V Daşkənd Beynəlxalq İnvestisiya Forumunda

İyunun 16-dan başlanmış V Daşkənd Beynəlxalq İnvestisiya Forumunda (TIIF-2026) ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimovun rəhbərliyi ilə Bankın nümayəndə heyəti də təmsil olunur. Bu barədə Abbas İbrahimov özünün sosia


iqtisadi xeberler rubl mezenne iqtisadiyyat xeberleri dollar kursu biznes ideyalari