Yığımları artan və azalan sığorta şirkətləri məlum olub

Yığımları artan və azalan sığorta şirkətləri məlum olub2022-ci ilin doqquz ayı üzrə Azərbaycan sığorta bazarında yığımları ən çox artan və azalan sığorta şirkətləri məlum olub.
20 sığorta şirkətindən 8-nin yığımları azalıb, 12-nin yığımları isə artıb.
İllik 13.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
Son bir ildə sığorta yığımları ən çox azalan şirkət "Azərsığorta" olub – 42 milyon manat. Belə ki, sığorta şirkətinin yığımları bu ilin doqquz ayı üzrə 9,5 milyon manat olub. Halbuki, ötən ilin üçüncü rübü üzrə şirkət 51,5 milyon manat sığorta haqqı toplamışdı. Bu da ötən ildən etibarən dövlət icbari şəxsi sığorta növləri ilə bağlı yığımların toplanmasının "Azərsığorta"dan alınaraq Dövlət Sosial Müdafiə Fonduna həvalə olunması ilə bağlıdır.
Siyahıda ikinci olan "AtaSığorta"nın yığımları son bir ildə 61,2% və ya 5,7 milyon manat azalaraq 3,6 milyon manata düşüb.
Hesabat dövrü üzrə "Günay Sığorta"nın yığımları 29% və ya 2,3 milyon manat azalaraq 5,7 milyon manata, "Meqa Sığorta"nın yığımları isə 9,5% və ya 1,7 milyon manat azalaraq 16,8 milyon manata enib.
Sığorta yığımları azalan şirkətlər sırasında həyat sığorta şirkəti "Qala Həyat" da yer alıb. Şirkətin yığımları 1,1% və ya 168 min manat azalaraq 14,7 milyon manata düşüb.
"Naxçıvan Sığorta" üzrə azalma müvafiq olaraq 0,2% və 4 min manat olub.
Sığorta yığımları ən çox artan şirkətlər siyahısında isə "PAŞA Həyat" birinci olub. Şirkətin yığımları son bir ildə 31,9% və ya 75 milyon manat artaraq 310,5 milyon manata çatıb.
"PAŞA Sığorta"nın yığımları 14,8% və ya 22,3 milyon manat artaraq 172,9 milyon manata, "Xalq Sığorta"nın yığımları isə 46,4% və ya 9,6 milyon manat artaraq 30,2 milyon manata çatıb.
"Atəşgah Sığorta" 28,7% və ya 4,9 milyon manat artımla siyahıda dördüncü, "İpək Yolu Sığorta" isə 30,4% və ya 4,5 milyon manat artımla beşinci olub. "Atəşgah Sığorta" bu ilin doqquz ayında 22,2 milyon manat, "İpək Yolu Sığorta" isə 19,4 milyon manat sığorta haqqı toplaya bilib. 
Yığımları artan və azalan sığorta şirkətləri məlum olubİllik 13.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
© APA / marja.az

Banklar     Tarix: 31 oktyabr 2022

Oxşar xəbərlər

Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir

Azərbaycan Mərkəzi Bankı lombardların fəaliyyətinin tənzimlənməsi ilə bağlı qanunvericilik təşəbbüsünün 2027-ci ildə təsdiqlənəcəyinə ümid edir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov oktyabrı

Yapı Kredi Bank Azərbaycan müştərilərinə Çinin maliyyə mərkəzi Şanxay üzərindən birbaşa köçürmə imkanı təqdim edir

"Yapı Kredi Bank Azərbaycan" QSC müştərilərinin beynəlxalq əməliyyatlarını asanlaşdırmaq və xarici ticarət üzrə ödəniş imkanlarını genişləndirmək istiqamətində fəaliyyətini davam etdirir. Bank bu məqsədlə Çini

PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib

PAŞA Bank Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA) təşkilatçılığı ilə keçirilən "Mikromaliyyədə İnvestisiya və Dayanıqlı İnkişaf" mövzulu 12-ci AMFA Konfransında iştirak edib. Azərbaycanda mikromaliyyə sektorunu

Kino biletləri də ABB mobile tətbiqində

Müştərilərin həyat tərzi tərəfdaşı olan ABB bu sahədə imkanların daha da genişləndirilməsi üçün yeni tərəfdaşlıqlar qurur. 3 noyabr 2026-cı ildə Bankla CineMastercard şirkəti arasında əməkdaşlıq sənədi imzalanıb. Sənəd kinoteatrlard

Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da

Kinosevərlər üçün bilet almaq daha asan olacaq. Rəqəmsal xidmətləri bir çətir altında birləşdirən Bir ekosistemi Azərbaycanın ən böyük kinoteatr şəbəkələrindən biri CineMastercard ilə yeni əməkdaşlığa başlayır. Tərəfdaşlı

PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®

PAŞA Bank kiçik və orta sahibkarların maliyyələşməyə çıxışını asanlaşdırmaq məqsədilə yeni POS Kredit məhsulunu təqdim edib. Məhsul bankın POS və mobil POS (mPOS) terminallarından istifadə edən hüquqi şəxslərə və fərdi sahibkarlar

Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır

"İpək Yolu Sığorta" ASC nizamnamə kapitalını 15 milyon 242 min 500 manat və yaxud 2 dəfə artıraraq 14 milyon 770 min manatdan 30 milyon 012 min 500 manata çatdırmağı planlaşdırır. Kapital artımı qurumun dövriyyəd

PAŞA Həyat-ın İdarə Heyətinin Sədri Ülviyyə Cabbarova: "İdman hər kəs üçün bərabər imkan olmalıdır

"PAŞA Həyat"ın İdarə Heyətinin Sədri Ülviyyə Cabbarova ilə şirkətin "EDJC 2026"nın (Eşitmə Məhdudiyyətli İdmançıların Avropa Cüdo Çempionatı) baş sponsoru olması ilə əlaqədar müsahibə. - Ülviyyə xanım

Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"

Azərbaycan Mərkəzi Bankı 2026-cı ilin sonunadək valyuta bazarında alışyönümlü müdaxilələrini davam etdirə bilər. Növbəti iki ayda 500 milyon – 1 milyard ABŞ dolları həcmində valyuta alışının həyata keçirilməsi ehtimal olunur


iqtisadi xeberler valyuta kurslari bitcoin qiymeti birbank telefonla pul qazanmaq