Yüksək faizlərə və artan işçi xərclərinə görə xalis mənfəəti kəskin azalıb

Yüksək faizlərə və artan işçi xərclərinə görə xalis mənfəəti kəskin azalıb"Yelo Bank" ASC-nin 31 dekabr 2022-ci il tarixində başa çatmış il üzrə Beynəlxalq Maliyyə Hesabatı Standartlarına uyğun hazırlanmış Maliyyə Hesabatlarına görə, Bank 2022-ci ili 5 milyon 624 min manat xalis mənfəət ilə başa vurub. "Yelo Bank" 2021-ci ili 8 milyon 462 min manat xalis mənfəət ilə bağlamışdı. 
Marja xəbər verir ki, "Yelo Bank"ın xalis mənfəətinin 33,5% və ya 2 milyon 838 manat  azalması, əsasən, faiz xərclərinin və işçi heyəti üzrə xərclərinin artması ilə əlaqədardır. "Yelo Bank" yüksək əmanət faizləri təklif edən banklardan biridir. 
Ötən il Bankın faiz xərcləri 11 milyon 882 min manat, işçi heyəti üzrə xərcləri isə 7 milyon 209 min manat artıb. 
İlk olaraq, "Ülpər" SCB 1994-cü ildə Azərbaycan Respublikasında yaradılmış və 1994-cü ildə verilmiş 203 nömrəli ümumi Bank lisenziyasına malik olmuşdur. 2002-ci ildə "Nikoyl" Qapalı Səhmdar Cəmiyyəti və "Lukoil Azərbaycan" Qapalı Səhmdar Cəmiyyəti Bankda nəzarət payları almış və Bankın adı "Nikoyl" ASC İnvestisiya Kommersiya Bankına dəyişdirilmişdir. Bank 2 may 2002-ci ildən etibarən Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 203 nömrəli tam bank lisenziyası əsasında fəaliyyətə başlamışdır. 2008-ci ilin iyul ayında "Topaz İnvestments Limited" QSC Bankda nəzarət payı almışdır. 2019-cu ilin noyabr ayında "Nikoyl Bank" ASC rebrendinq həyata keçirmiş və Bankın adı "Yelo Bank" ASC olaraq dəyişdirilmişdir. 2022-ci ilin mart ayında "Topaz İnvestments Limited" QSC Bankın "Topaz İnvestments Limited" QSC-yə məxsus bütün səhmlərini  Marina Kulişova və  Anar Həsənova satmışdır. 
Bankın ana şirkəti 2022-ci ilin mart ayına qədər "Topaz İnvestment Limited" QSC olmuşdur. Banka birbaşa olaraq 2022-ci ilin mart ayına qədər fiziki şəxs Vahid Ələkbərov nəzarət edib. 2022-ci ilin mart ayından etibarən Banka birbaşa olaraq fiziki şəxs Marina Kulişova nəzarət edir.
31 dekabr 2022-ci il tarixinə Bankın 16 (31 dekabr 2021-ci il: 12) filialı olub.
Yüksək faizlərə və artan işçi xərclərinə görə xalis mənfəəti kəskin azalıbYüksək faizlərə və artan işçi xərclərinə görə xalis mənfəəti kəskin azalıb/ marja.az

Banklar     Tarix: 01 iyun 2023

Oxşar xəbərlər

İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu

İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu (ABİF) işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarların maliyyə resurslarına çıxışını genişləndirmək məqsədilə yeni "İşğalda

AMB: Bank Milli İranın fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur

Bank Milli İranın Azərbaycanda fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur.  xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. Onun sözlərinə görə, Bank Milli İranın Azərbaycand

Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var

Azərbaycanda bank sektorunun izafi likvidliyi yüksək səviyyədə qalmaqda davam edir. Bankların mövcud tənzimləyici tələblər nəzərə alındıqdan sonra kreditləşməyə yönəldə biləcəyi sərbəst vəsaitlərinin həcmi 4,6 milyard mana

ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb

ABŞ-ın bankçılıq və investisiya xidmətləri sahəsində fəaliyyət göstərən "JPMorgan Chase" bankı Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində varlı müştərilərə xidmət göstərmək üçün yeni özəl bankçılıq filialı açıb

AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb

Azərbaycanda sentyabrda qeydə alınan 5,5%-lik illik inflyasiyanın 2,89 faiz bəndi ticarət tərəfdaşlarındakı qiymət artımlarının təsiri ilə formalaşıb. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Azə

Azərbaycanda əhali nağd 1.47 mlrd.-ını manata çeviriblər

Azərbaycanda xarici valyuta təklifinin tələbi üstələməsi 2026-cı ilin sentyabr ayında da davam edib. Hesabat ayında bankların nağd ABŞ dolları alışı 182,2 milyon dollar, satışı isə 98,7 milyon dollar təşkil edib. Beləliklə

"Rabitəbank"ın Müşahidə Şurası sədrinə müavin təyin edilib

Rabitəbankın Müşahidə Şurasında yeni təyinat olub. Bankın audit və korporativ idarəetmə sistemində iyirmi ildən artıq təcrübəyə malik Rəşad Abasov Müşahidə Şurası sədrinin müavini vəzifəsinə təyin edilib. O, eyni zamanda

İcbari Sığorta Bürosu "We Invest in People – Silver" beynəlxalq akkreditasiyasına layiq görülüb

İcbari Sığorta Bürosu (İSB) insan kapitalının idarə edilməsi, təşkilati mədəniyyətin inkişafı, liderlik, əməkdaşların motivasiyası və peşəkar inkişafı sahəsində tətbiq etdiyi idarəetmə təcrübələrinin beynəlxalq qiymətləndirilməs

Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib

Bir ekosistemi Qarabağın bərpası və yenidən qurulmasına verdiyi töhfələri genişləndirərək, doğma yurdlarına qayıdan vətəndaşların peşəkar inkişafını və əmək bazarına inteqrasiyasını dəstəkləyən yeni təşəbbüsə start verib


iqtisadi xeberler en son xeberler dollar kursu bank faizleri biznes qurmaq