Zakir Nuriyev Türk Dövlətləri Bank Birlikləri Şurasının rəhbərliyinə seçilib
İstanbulda Azərbaycanın da iştirakı ilə Türkdilli Dövlətlərin Banklar Birlikləri Şurasının Əməkdaşlıq Sazişinin imzalanması mərasimi olub.
Bu barədə Türkiyə Banklar Birliyinə(TBB) istinadən xəbər verilir. Məlumata görə, Türkiyənin Bankların Tənzimlənməsi və Nəzarəti Agentliyinin sədri Mehmet Ali Akben, TBB-nin sədri Alpaslan Çakar, Türkiyə İştirak Bankları Assosiasiyasının İdarə Heyətinin sədri Osman Çelik və Türk Dövlətləri Təşkilatındakı bank birliklərinin rəhbərləri imzalanma mərasimində üzv ölkələr iştirak edib.
Razılaşmadan sonra ilk iclasını keçirən Şuranın İdarə Heyətinin sədri vəzifəsinə TBB-nin İdarə Heyətinin sədri Alpaslan Çakar, Azərbaycan Banklar Assosiasiyasının İdarə Heyətinin sədri Zakir Nuriyev isə sədr müavini seçilib. Prezident Çakar Şura üzvlərinə təşəkkür edib və üzv dövlətlərlə əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün hər cür səy göstərəcəklərini bildirib Növbəti görüşün Azərbaycanda və ya Özbəkistanda keçirilməsi, müxbir əlaqələrinin inkişaf etdirilməsi, texnologiya və ödəniş sistemlərinin ətraflı müzakirəsi qərara alınıb.
Şura Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin hüquqi normativlərinə, beynəlxalq konvensiyalara və nizamnamələrə uyğun fəaliyyət göstərəcək. Şura çərçivəsində rəqəmsal bankçılığın inkişafı, iqlim və ekoloji risklərlə mübarizə, ödəniş ekosistemlərinin yayılması kimi məsələlərdə əməkdaşlıq nəzərdə tutulub. / banker.az

PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
"Rabitəbank"ın Müşahidə Şurası sədrinə müavin təyin edilib
Pekində Azərbaycan dili üçün yeni rəqəmsal resurs yaradılıb — istifadə pulsuzdur
Rabitəbank Xankəndidə sahibkarlarla görüş keçirib ®
Bank sektorunda iri əqd tamamlandı – AccessBank və Bank Respublika birləşir
Expressbank Bərdədə 300 ağac əkib
Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub
Kino biletləri də ABB mobile tətbiqində
Dövlət şirkətlərinin idarəetmə orqanlarının üzvlərinin mükafatlandırılması qaydası dəyişib
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Onlayn biznes növləri
Dünyanın ən zəngin idmançıları
Dünyanın TOP-5 bahalı geyim şirkətləri
Proqramçılar üçün TOP-5 Freelance sayt
Onlayn mağazalarda edilən TOP-5 səhvlər nələrdir?