Zəlzələdən zərərçəkənlərə ABB mobile-la yardım imkanı
(®) ABB Türkiyədə baş vermiş zəlzələdən zərər çəkənlərə yardım göstərmək istəyənlər üçün imkan yaradıb. Yardımları artıq ABB mobile vasitəsilə də etmək olar. Vəsaitlər Azərbaycanda elan edilmiş "Səninləyəm, Türkiyə" aksiyası çərçivəsində Azərbaycan Qızıl Aypara Cəmiyyətinin hesabına köçürülür.
Bu məqsədlə ABB mobile tətbiqinə xüsusi bölmə əlavə edilib. Tətbiq istifadəçiləri həmin bölməyə daxil olub Türkiyədə zərərçəkənlərə istədikləri məbləğdə yardım göstərə bilərlər. ABB mobile istifadəçisi olmayanlar isə bu imkandan yararlanmaq üçün tətbiqi yükləyib qeydiyyatdan keçməlidirlər.
Zəlzələdən zərər çəkənlərə yardımları bu Türkiyə bankları vasitəsilə də köçürmək mümkündür. ABB mobile, eləcə də banklar vasitəsilə köçürmə zamanı komissiya haqqı və ƏDV tutulmur.
Xatırladaq ki, fevralın 6-da qardaş Türkiyənin cənub-şərqində baş verən güclü zəlzələ Kahramanmaraş, Kilis, Diyarbəkir, Adana, Osmaniye, Qaziantep, Şanlıurfa, Adıyaman, Malatya, Hatay əyalətlərində böyük dağıntılara və insan tələfatına səbəb olub. Zəlzələdən zərər çəkənlərin müxtəlif ehtiyaclarının qarşılanması üçün ən kiçik yardımın da indiki çətin günlərdə qardaş Türkiyə üçün böyük dəyəri var.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, www.abb-bank.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar. / marja.az

Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə üstələyib
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
"Rabitəbank"ın Müşahidə Şurası sədrinə müavin təyin edilib
Pekində Azərbaycan dili üçün yeni rəqəmsal resurs yaradılıb — istifadə pulsuzdur
Rabitəbank Xankəndidə sahibkarlarla görüş keçirib ®
Bank sektorunda iri əqd tamamlandı – AccessBank və Bank Respublika birləşir
Expressbank Bərdədə 300 ağac əkib
Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub
Dünyanın əh bahalı brendləri - TOP-10
SMM nə deməkdir?
2026-ci ilin TOP-5 onlayn biznes ideyası
Layihə menecmenti nədir?
Onlayn biznes növləri