Ziraat Bank Azərbaycan 2022-ci ilin maliyyə göstəricilərini açıqladı

Ziraat Bank Azərbaycan 2022-ci ilin maliyyə göstəricilərini açıqladı"Ziraat Bank Azərbaycan" 2022-ci ilin yekunlarına dair maliyyə hesabatlarını açıqlayıb.
Bankın yaydığı press-relizdə bildirilir ki, "Ziraat Bank Azərbaycan" ASC böyüməyə və müştərilərinin etimadını qazanmağa davam edib. Belə ki, açıqlanmış maliyyə hesabatlarına əsasən 2022-ci il ərzində bankın aktivləri 36,3% artaraq 529 mln. manata çatmış, bankın kredit portfeli isə banklar və digər maliyyə institutları istisna olmaqla 37,5% artaraq  317 mln. manatı keçmişdir. Bankın məcmu kapitalı 31% artaraq 102 mln. manatı keçmişdir. Qeyd edək ki, Ziraat Bank Azərbaycan 2022-ci ildə Nizamnamə kapitalını da 31% artıraraq 65 mln. manata çatdırmışdır.  
Bank müştərilərinin inam və etibarını qazanmağa davam edir. Göstəricilərdən biri olaraq bankın depozit portfelində il ərzində müşahidə edilən mühüm artımı bunun sübutu kimi qeyd etmək olar. Belə ki, Bankın cəmi depozit portfeli banklar və digər maliyyə institutları istisna olmaqla 2021-ci ilin sonu ilə müqayisədə 51% artaraq 318 mln. manata çatmışdır. Bankın xalis mənfəəti isə 7,5 mln. manatı keçmişdir.
2022-ci il ərzində Bankın beynəlxalq və yerli təşkilatlar ilə əməkdaşlığı da uğurla inkişaf etmişdir. Belə ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Sahibkarlığın İnkişafı Fondunun vəsaiti hesabına Bank tərəfindən yerləşdirilmiş kreditlərdə keçən ilin sonu ilə müqayisədə 24% artım müşahidə olunub. Azərbaycan Respublikası İpoteka və Zəmanət Fondu vəsaiti hesabına verilmiş kreditlərdə isə 2021-ci ilin sonu ili müqayisədə 2.7 dəfədən artıq artım müşahidə edilmişdir. 
Ziraat Bank Azərbaycan 2022-ci il ərzində xarici ticarət əməliyyatlarında təqdim etdiyi xidmətləri daha da yaxşılaşdırılması məqsədi ilə Fransanın Societte Generale bankında yeni AVRO müxbir hesabı açaraq  beynəlxalq müxbir əlaqələrini  genişlətmiş və hesabların sayını səkkizə çatdırmışdır. Qeyd etmək lazımdır ki, Societte Generale AVRO valyutasında ən yaxşı müxbir bank xidmətləri təqdim edən Avropa banklarından biri hesab edilir. Qeyd edək ki, Bank 2022-ci ildə xarici ticarət istiqamətində göstərdiyi üstün xidmətlərə görə "Global Finance" beynəlxalq nəşri tərəfindən "İlin ən yaxşı xarici ticarət xidmətini təqdim edən bank"ı adına layiq görülmüşdür.
Ümumi olaraq hesabatlara əsasən bank 2022-ci il ərzində əsas maliyyə göstəriciləri üzrə illik fəaliyyətini uğurla tamamlamışdır.
"Ziraat Bank Azərbaycan" ASC, Türkiyə Respublikasına məxsus, 159 illik tarixə malik olan "Ziraat Maliyyə Qrupu"-nun tərkib hissəsidir və Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Bank korporativ və pərakəndə bankçılıq sahəsində məhsul və xidmətlərini Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən ümumi 7 filialı ilə yanaşı, rəqəmsal satış və xidmət platformaları üzərindən də müştərilərə təqdim edir. 
Bankın təqdim etdiyi məhsul və xidmətlər haqqında daha ətraflı məlumatı, Bankın Facebook, Instagram, Twitter, Linkedin sosial media hesablarından və ya *9229 qısa nömrəsinə zəng edərək əldə edə bilərsiniz.
Ziraat Bank Azərbaycan 2022-ci ilin maliyyə göstəricilərini açıqladıZiraat Bank Azərbaycan 2022-ci ilin maliyyə göstəricilərini açıqladıZiraat Bank Azərbaycan 2022-ci ilin maliyyə göstəricilərini açıqladıZiraat Bank Azərbaycan 2022-ci ilin maliyyə göstəricilərini açıqladıZiraat Bank Azərbaycan 2022-ci ilin maliyyə göstəricilərini açıqladıZiraat Bank Azərbaycan 2022-ci ilin maliyyə göstəricilərini açıqladı/ marja.az

Banklar     Tarix: 25 yanvar 2023

Oxşar xəbərlər

Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var

Azərbaycanda bank sektorunun izafi likvidliyi yüksək səviyyədə qalmaqda davam edir. Bankların mövcud tənzimləyici tələblər nəzərə alındıqdan sonra kreditləşməyə yönəldə biləcəyi sərbəst vəsaitlərinin həcmi 4,6 milyard mana

ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur

ABB-nin ("Azərbaycan Beynəlxalq Bankı" ASC) Bakı Fond Birjasında (BFB) ticarət olunan  səhmlərinin nominal qiymətdən yuxarı səviyyədə ticarəti davam edir. BFB-nin 28 oktyabr 2026-cı il tarixinə olan məlumatların

PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®

PAŞA Bank kiçik və orta sahibkarların maliyyələşməyə çıxışını asanlaşdırmaq məqsədilə yeni POS Kredit məhsulunu təqdim edib. Məhsul bankın POS və mobil POS (mPOS) terminallarından istifadə edən hüquqi şəxslərə və fərdi sahibkarlar

Süd vəzi xərçənginə qarşı necə sığortalanmaq olar? ®

Bu xəstəliklə mübarizədə erkən diaqnostika və vaxtında müalicə mühüm rol oynayır. Çünki süd vəzi xərçəngi dünyada qadınlar arasında ən geniş yayılmış onkoloji xəstəlikdir. Ümumdünya Səhiyyə Təşkilatı süd vəzi xərçəngini müasi

"Rabitəbank"ın Müşahidə Şurası sədrinə müavin təyin edilib

Rabitəbankın Müşahidə Şurasında yeni təyinat olub. Bankın audit və korporativ idarəetmə sistemində iyirmi ildən artıq təcrübəyə malik Rəşad Abasov Müşahidə Şurası sədrinin müavini vəzifəsinə təyin edilib. O, eyni zamanda

Maaşı istənilən bankdan almaq bu tarixdən mümkün olacaq

Gələn il aprelin 1-dən vətəndaşlar maaş hesablarını heç bir əlavə ödəniş etmədən istədikləri banka keçirə biləcəklər. Bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov iqtisadçılarla görüşündə bildirib. Onun sözlərinə görə, növbət

Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri

Sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan adi şəxsin kartına hər gün beş dəfə pul daxil olması normal praktika deyil. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair cümə axşam

"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə  üstələyib

"Ziraat Bank Azərbaycan" ASC-nin kapital bazarına təqdim etdiyi 15 milyon manatlıq istiqraz emissiyası investorların yüksək marağı ilə qarşılanıb. İllik 10 faiz gəlirlilik təklif edən istiqrazlara ümumilikdə 45,

Rabitəbank Xankəndidə sahibkarlarla görüş keçirib ®

Rabitəbank Qarabağda sahibkarlığın inkişafının dəstəklənməsi, biznes subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi və regionda dayanıqlı iqtisadi əlaqələrin qurulması istiqamətində fəaliyyətin


iqtisadi xeberler 1000 manatla biznes internetden pul qazanmaq valyuta mezennesi bitcoin