"Ziraat Bank Azərbaycan" 2023-ün 1-ci yarısını artımlar ilə başa vurub - BANKDA SON VƏZİYYƏT

"Ziraat Bank Azərbaycan" ASC 2023-cü ilin ikinci rübünə dair maliyyə hesabatlarını yayımlayıb.
Bankın yaydığı press-relizdə bildirilir ki, "Ziraat Bank Azərbaycan" ilin əvvəlindən başlayan müsbət artım dinamikasını davam etdirərək müştərilərinin etimatını qazanmağa davam edib. 
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.99%-dən
Qeyd edilib ki, bankın kredit portfeli ötən ilin müvafiq dövrü ilə müqayisədə 20,4% artaraq 348 milyon manata çatmışdır. Portfelin mühüm hissəsini Bankın prioritet istiqamətlərindən olan və real sektora dəstəyini göstərən biznes kreditlər təşkil edib. Belə ki, 2023-cü ilin 2-ci rübündə Bankın real sektorun maliyyələşdirilməsinə ayırdığı vəsaitlər 335 milyon manatı keçib.
Bankın depozit portfeli üzrə də əhəmiyyətli artım müşahidə edilib. Təqdim edilən maliyyə nəticələrinə görə 2023-cü ilin ilk 6 ayında müştərilərin banka etibar etdiyi vəsaitlər ötən ilin ilk altı ayı ilə müqayisədə 98,6% artaraq 452 milyon manatı artıq olmuşdur.
Bankın əməliyyat mənfəəti də ötən ilin müvafiq dövrü ilə müqayisədə 15.4% artaraq 10 milyon manatı keçmişdir. 
Maliyyə hesabatına əsasən, bank 2023-cü ilin ilk altı ayı ərzində 4 milyon 128 min manat xalis mənfəət əldə etmişdir. 
Qeyd edilib ki, Bankın uğurları bununla da bitmir. Belə ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə Bankın aktivləri 52.1 % artaraq 670 milyon manatı keçmişdir. 
"Ziraat Bank Azərbaycan" ASC, Türkiyə Respublikasına məxsus, 159 illik tarixə malik olan "Ziraat Maliyyə Qrupu"-nun tərkib hissəsidir və Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Bank korporativ və pərakəndə bankçılıq sahəsində məhsul və xidmətlərini Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən ümumi 7 filialı ilə yanaşı, rəqəmsal satış və xidmət platformaları üzərindən də müştərilərə təqdim edir.   / marja.az

Banklar     Tarix: 25 iyul 2023

Oxşar xəbərlər

Mərkəzi Bankın bina və avadanlıqlarının sığortası 905 min manata başa gələcək

Azərbaycan Mərkəzi Bankı bina və avadanlıqlarının sığortalanması xidmətini "PAŞA Sığorta" ASC-dən satın alır. xəbər verir ki, Mərkəzi Bank bu məqsədlə "PAŞA Sığorta" ilə 905 min 265 manat dəyərində müqavil

"Azərbaycan Sənaye Bankı"na yeni sədr təyin edilib – Uzun müddətdir orada çalışırdı

"Azərbaycan Sənaye Bankı" ASC-nin İdarə Heyətinə yeni sədr təyin edilib. xəbər verir ki, səhdmarların Ümumi Yığıncağının qərarına əsasən bankın İdarə Heyətinin üzvü Sarvan Umudvar oğlu Mikayılov İdarə Heyətini

Azərbaycanda ilk dəfə unikal bank səhmdarlarının sayı açıqlanıb

Milli Depozit Mərkəzi ilk dəfə unikal bank səhmdarlarının sayını açıqlayıb. Bu barədə sorğusuna cavab olaraq qurumdan bildirilib. VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən. Məlumata görə, hazırda 41 102 fizik

ABB partnyorları ilə görüş ®

ABB-nin partnyorları ilə kommunikasiyaların daha da inkişafı, Bankın təqdim etdiyi məhsul və xidmətlər haqqında faydalı rəylərin öyrənilməsi məqsədilə partnyorlarla görüş keçirilib. Görüşdə ABB-nin 80-dən çox partnyoru iştira

"Ziraat Bank Azərbaycan" enerji effektivliyi layihələri üçün güzəştli maliyyələşməyə başlayıb

Bank Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) ilə cari ilin aprel ayında imzalanmış strateji əməkdaşlıq müqaviləsi çərçivəsində Enerji Effektivliyi Fondunun vəsaiti hesabına güzəştli kreditlərin verilməsinə başlayıb

BOKT-ların biznes kreditləri verməsi daha çox təşviq ediləcək

Azərbaycanda bank olmayan kredit təşkilatlarının (BOKT) biznes kreditləri verməsi daha çox təşviq ediləcək. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Bank olmayan kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentinin direktor

ABB ilə Davr Bank arasında əqd prosesi tamamlandı

ABB Maliyyə Qrupu ilə Özbəkistanda fəaliyyət göstərən Davr Bank kommersiya bankı arasında əqdin bağlanması prosesi uğurla tamamlanıb. ABB-yə istinadən xəbər verir ki, əqd 10 sentyabr 2026-cı il tarixində Daşkənd Fond Birjasınd

"Yapı Kredi Bank Azərbaycan" Hüquq Büro xidmətini satın alır - TENDER ®

"Yapı Kredi Bank Azərbaycan" QSC Hüquq Büro xidmətinin alımı üçün tender açıq elan edir. Tenderə müraciət edilməsi üçün şikrətlər aşağıdakı şərtlərə uyğun gəlməli və qeyd edilən sənədləri qapalı zərfdə "Yap

"MJ Finance" BOKT böyüyüb - aktivləri 50%-ə yaxın artıb

"MJ Finance Bank Olmayan Kredit Təşkilatı" ASC 2025-ci ildə aktivlərini və kapitalını kəskin artırıb. Bununla belə, şirkətin vergidən əvvəlki mənfəəti və məcmu gəliri azalıb, 30 gündən çox gecikdirilmiş kreditləri


iqtisadi xeberler bitcoin dollar məzənnəsi dollar kursu pul qazanmaq